MARAQ TƏLƏSİ

Dünyada hər 3 nəfərdən biri siqaret çəkir. Siqaret çəkənlərin 80%-i inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaşlarıdır.siqaretKişilərdə ölümün səbəbi (35-69 yaşlar arasında) olan xərçəng 40-48% hallarda nikotinlə bağlıdır. Ağ ciyər xərçəngi 95% hallarda siqaret çəkmə ilə bağlıdır.
Maraq tələsi

Mən nə üçün siqaret çəkməyə başladım? Yaxşı olardı ki, heç dadına baxmayaydım… Belə söhbətlər insanın öz-özü ilə 30-35 yaşlarında baş-layır. Lakin buna qədər maraq, böyükləri yamsılamaq, yaşıdların təsiri özünü göstərir.
Təbiidir ki, Siz uşağınızın siqaret çəkməyini istəmirsiniz. Özünüz mühakimə edin, mühazirədən sonra Sizin oğlunuz (qızınız) Sizi siqaret çə-kən halda görsələr, Sizin mühazirənizin nə faydası ola bilər?

Təyin edilmişdir ki, ailədə 3 siqaret çəkən varsa, uşağın 12 yaşından siqaret çəkməsi ehtimalı böyükdür.
Beləliklə, əgər Siz özünüzün və uşağınızın sağlamlığı haqqında düşünürsünüzsə, ilk olaraq, siqaretdən imtina edin. Bunun üçün səbəb çox-dur.

Dünyada
hər
8 saniyədə
siqaret çəkmə
səbəbindən
bir insan
dünyasını
dəyişir.

Acı nəticələr
Siz siqaret çəkdikdə nikotin, karbon turşusu və daha 200 təhlükəli zəhərlərlə nəfəs alırsınız.
Siqaret tüstüsündə 59 kanserogen maddə vardır ki, onlardan da 6-sıqarşısı alınmaz olaraq uşaqlığa və dölün inkişafına təsir edir. Siqaret tüstüsündə olan zəhərlər hüceyrələrdə dağıdıcı dəyişikliklər törədir, lakin siqaret çəkən bunu uzun illər boyu hiss etmir. Nəticədə – ağ ciyərlərin, dərinin, uşaqlığın xərçəngi, dişlərin xəstəlikləri, mədə yarası, psoriaz, spermanın deformasiyası və s. əmələ gəlir.

Passiv siqaret çəkmə
Ağciyərlərin xərçəngindən, ürək xəstəliklərindən çox insanlar tələf olur. Uşaqlar isə ildırım sürətli ölümlə üzləşir.
Nə üçün? – Ona görə ki, siz siqaret çəkirsiniz. Passiv siqaret çəkmə, siqaret tüstüsü ilə nəfəs almaq sağlamlığa pis təsir edir. Əgər hamilə qadın daim siqaret tüstüsü ilə nəfəs alarsa, uşaq müxtəlif inkişaf qüsurları ilə do-ğula bilər. Siqaret tüstüsü olan otaqda 4 saat qalmaq 2 siqareti çəkməyə bərabər sayılır.

Hər il passiv siqaret
çəkmə nəticəsində
26 000 uşaq
bronxial asma,
300 000 uşaq isə
bronxitlə xəstələnir.
Fikirləşin,
sevdiyiniz insanları,
gələcək nəsli
hər hansı
“keyfə” görə
qurban vermək
olarmı?

Bu yazı nə qədər faydlı oldu?
Çox Faydalı idi (0) Faydalı deyildi (0)
You can leave a response, or trackback from your own site.

Şərh et

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More