![]() |
|
ABŞ-ın Şimali Karolina ştatından Kaliforniyaya uçan təyyarə Nyu-Meksiko ştatının Albukerke ştatının hava limanında təcili yerə enib.
![]()
Lent.az-ın “KRQE” telekanalına istinadən verdiyi məlumata görə, buna Nyu-Yorkun 50 yaşlı sakininin uçuş zamanı striptiz göstərməsi səbəb olub.
Keyt Rayt adlı kişi çılpaq soyunaraq salonda qaçmağa başlayıb. O, xidmət personalının etirazlarına məhəl qoymayıb. Stüartlar onu geyindirməyə cəhd edəndə, Rayt aqressivlik nümayiş etdirməyə başlayıb.
Matt Makqinns adlı sərnişin bildirib ki, Rayt müqavimət göstərdiyinə görə, onun qollarına qandal taxılıb. Təyyarədə baş verən hadisə zamanı Makqinns də zədələnib.
Təcili enmədən sonra Raytı Federal Təhqiqat Bürosunun əməkdaşlarına təhvil veriblər. İlkin məlumata görə, striptizçi sərnişin son dərəcə kefli olub. Onun aqressivliyi daima qəbul etdiyi dərmanları həmin gün içməməsi ilə də bağlı ola bilər. Amma Raytın hansı xəstəlikdən əziyyət çəkdiyi bildirilmir.
[ad#728x90]
LENT.AZ
RSS Feed
Twitter

Posted in
Tags: