Ən erotik reklam

August 31, 2009 by admin  
Filed under Maraqlı

Chevrolet Matizi  ən erotik reklamla təqdim etdi

  • Share/Bookmark

Pişik Günel: Əlhəmdülillah, müsəlmanam…

August 31, 2009 by admin  
Filed under Şou biznes

“Evimdə də, maşınımda da “Quran” saxlayıram”

Şou-biznes aləmində “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova özü barəsində açıqlanan son iddaları cavablandırıb. O, xristianlığı qəbul etməsi barədə deyilənlərə və jurnalist Cavanşirlə müğənni Mehrimin onun barəsində söylədiklərinə ətraflı cavab verib. Sualı gözləməyən Güneldən Lent.az-a ilk açıqlama gəlib.

- Mənim dinimə kimsə nəsə deyə bilməz!

- Bəs necə oldu ki, Mehrim məhz belə bir iddia ilə çıxış etdi?

- Onu yazandan, iddia edən adamdan soruşun, mənə niyə deyirsiniz? Oturub ağıllarına gələn söhbəti ediblər. Bəs, bunu məndən soruşa bilməzdilər?

- İndi mən soruşuram, hər halda iddianı cavablamaq üçün söz haqqın var.

- Mən, əlhəmdülillah, müsəlmanam.

- Bax, Günel, əvvəl dost idiniz, düzdü? Sən, Mehrim, Cavanşir, Fərruxla da…

- …Fərrux kimdi? Onun adını niyə hallandırırsınız, o oldu keçdi.

- Demirsən ki, mənə bu iddialarla bağlı sual ver?.. Mən də sual verirəm…

- …

- Necə oldu ki, o münasibətdən bu səviyyəyə gəlib çatdırdınız. İndi də mətbuatı günahlandırırsınız.
.
- Mən mətbuatı günahlandırmıram. Sadəcə, onlar da mənim fikrimi öyrənməli idilər. Hansısa bir haqsızlıqlar olursa, kimsə mənim dini mənsubiyyətimə qarışırsa, jurnalist ondan açıqlama istəməlidir. Mən evimdə də, maşınımda da “Quran” saxlayıram.

- Sənə elə gəlmir ki, həddən artıq açıq-saçıq olmaqla, zəng vurub özünüz haqqında dəxli olan-olmayan informasiyanı bəyan etməklə bu şəraitə gətirib çıxarmısan? Düşünmürsən ki, bu kimi hallara alışdırdığın mətbuatı qınamaq yersizdir? İstər-istəməz mətbuat maraqlanır, soruşur, yazır…

- Siz mətbuatın tərəfini saxlayırsınız, mən sizə haqq verirəm. Lakin bu elə bir şeydir ki, mənim dinimdir. Mənim dinim haqqında kimsə nəsə deyirsə, bu, son etapdır. Bunu yazmazdan öncə məndən soruşmaq lazımdır. O necə sübut edə bilər? Mən deyilən bütün sözlərə görə məhkəməyə müraciət edəcəyəm. Qanun qarşısında cavab versinlər.

- Cavanşirin açıqlamalarına nə deyə bilərsən?

- Bu gün Cavanşir jurnalist kimi heç yerdə fəaliyyət göstərmir. Onu jurnalist kimi heç kim qəbul etmir. O ki qaldı onun oriyentasiyası ilə bağlı söhbətlərə, hazırda müzakirələr gedir. Yenə deyirəm, kim nə deyir-desin, onun oriyentasiyası haqqında fikirlərin mənə aidiyyəti yoxdur. Mən də heç nə deməmişəm. Əgər onun orientasiyası ilə bağlı müzakirələr gedirsə, bunun günahkarı mən deyiləm, məhz özüdür. Özünü belə pis qələmə verib. Bu, onun öz günahıdır. Kimin orientasiyasında nəsə problem varsa, burda mənim nə günahım var, bunu başa düşmədim? O hansı orientasiyaya malik olduğunu sübut etmək üçün, xahiş edirəm, mənim adımı hallandırmasın. Onun arvadı var, neçə ildir ailə həyatı qurublar, bir övlad dünyaya gətirsinlər, camaat da yaxşı şeylər fikirləşsin. Övlad dünyaya gətirsin. Bu, bir. İkincisi, Cavanşirlə dostluq etmişəm, heç vaxt yanında qız görməmişəm həmişə özü kimi oğlanlar olub əhatəsində.

- Mehrim…

- …Mehrim nə vaxtın müğənnisi olub? O Türkiyəyə gedirdi, gələndə mal vurub gətirirdi. Mən də o Türkiyədən gələndə pulunu verib pal-paltar almışam, müğənnilərdən də bəzilərini onun yanına gətirmişəm. Deyir, Hacıbaba Hüseynov mənim müəllimim olub. Ayıbdır e, Allah Hacıbaba Hüseynova qəni-qəni rəhmət eləsin, amma belə insanlar onun adını çəkib, ruhunu narahat eləməsinlər. Muğam teatrında vokalist Zeynəbdən dərs alıb. Hacıbaba Hüseynovun niyə adını çəkir? Oraya da başqa əməllərə görə gedib-gəlirdi, oxumaq məqsədi ilə yox.

- Mehrim iddia edib ki, vaxtilə sənə çox kömək edib, hətta evində qalmaq üçün şərait belə yaradıb.

- Allaha şükür, mən 6 ildir sənətdəyəm, heç bir şeydən ötrü də kasıbçılıq çəkməmişəm. Onun dedikləri hamısı absurddur. Mehrimin özü, gəlinləri, qardaşı uşaqları mənim hesabıma dincəliblər. Gəlib-gediblər, düzdü, mən də onların evində olmuşam. Amma mənim ehtiyacım olmayıb ki, kiminəsə evində gedim, yaşayım. O kimdi ki? Özü kişilərlə görüşüb pul əldə edir. Məni hamı tanıyır. Bilirsiniz, o özündə olanı… Deyir, meymun baxar güzgüyə, adın qoyar özgəyə. Bakı balaca şəhərdi, hamı bir-birini tanıyır. Elin gözü tərəzidir. Müsahibəsində deyir ki, Güneli bir dostum gətirdi bizə… Bəli, o mənim dostum idi, o da mənim dostumun sevgililərindən biri idi. O da mənim müğənni olduğumu bilirdi və deyirdi ki, müğənnidir, gəlsin səndən mal alsın. Mən də Səidəni, Xuramanı onun yanına aparmışam. Mən tədbirlərə gedəndə o mənim yanımda prodüser kimi fəaliyyət göstərirdi, diskləri dəyişirdi. O getsin özündən danışsın ki, gəlinini də vurub qoltuğuna, səhərə qədər küçələri gəzir. Qardaşının dərdini çəksin. Öz keçmişinə baxsın. Namuslu qadın obrazı yaratmaqla deyil. Bir insan ki, ona çörək verən şəxs, yəni sevgililərindən biri haqqında polisə şikayət edir və ondan pul alır, Siz ondan nə gözləyə bilərsiniz? Ayıbdır, yaşından-başından utan, elə hərəkət et ki, övladların böyüyür, gələcəkdə analarından utanmasınlar. Məni də necə ki, şərləyir, böhtan atır, Allaha tapşırıram. Cavanşir də, Mehrim də dedikləri hər bir sözə görə, şərə-böhtana görə Allah və qanun qarşısında cavab verəcək.

Mənim ailəm mənə hər zaman dəstəkdir. Onun ailəsi bilinmir kimdir, nədir. Gəlib burda sayta dəxlisiz pozalar verməsin. Artıq o heç kimə lazım deyil. Normal heç bir kişi ona tamah sala bilməz, boş yerə poz verməsin. İkincisi də, rəhmətlik… kim idi o? Hə Hacıbala (Hacıbaba – red.) Hüseynovun da adını çəkməsin. Allah ona qəni-qəni rəhmət eləsin, belə əqidəsizlər də onun adını hallandırmasın, qoy onun ruhunu narahat etməsin.

- Yəni, demək istəyirsən, sənin vaxtilə evdən qovulmağın barədə iddialar yalandır?

- Ətrafımda məni tanıyan çox adamlar var, onlar evimə gəlib-gediblər, görüblər. Elə o Mehrim də, Cavanşir də mənim evimə gəlib-gediblər. Həmin o Cavanşirdir ki, “Space”in yanında qalanda onun aylıq 400 dollar kirayə pulunu verirdim. Həmişə də səhnəyə marka geyinib çıxmışam. Mən onun paltarlarını necə geyinə bilərəm, bəyəm o, mənim ölçümdədir? Hamı bilir ki, mən ən bahalı mağazalardan şoppinq etmişəm. Mən istəmirəm ki, mənim Günel adımın altında, özü də xahiş edirəm, yazanda da Pişik Günel yazmayın da, Cavanşir kimi, Mehrim kimilərinin məlum olmayan şəxslərin adı hallanmasın, bu mənim üçün pis nəticədir. Mən onların barəsində nə isə desəm, özümə hörmətsizlik etmiş olaram. Hərə getsin öz dərdini çəksin. Mən öz layihələrimlə məşğul oluram.

- Nədir o layihələr?

- Cavanşirlə Mehrim bütün günü caduları gəzirlər. Cavanşir getsin arvadının yanında otursun…

- …Günel, layihə soruşuram e, nə layihədir o?

- Hə, layihə? Yeni mahnılarım var, Rəhim Rəhimlidən, Rəhmandan, sonra Nailə Mirməmmədlidən yeni mahnılar götürmüşəm. Albomum işıq üzü görəcək. Yeni mahnım var, ona da oktyabr ayında klip çəkdirəcəm, lirika olacaq. Bildiyiniz kimi, iki dənə kinoda (film – red.) oynamışam, biri komediyadır, Elməddingillə filan…

- “Gəmidə səyahət”.

- Ay sağ olun, bax o! Biri də mafiya ilə əlaqədardır, orada da baş rolda oynayıram. Qaldı Pişik ləqəbinə, o mənim klipdəki obrazımdır. 2004-də “Qısqanıram” adlı mahnıya klip çəkmişdi. Elə bir obraz yaranmışdı, qız dönüb pişik olur. O vaxt Günel çox olduğu üçün “Pişik” deməyə başladılar. Belə də ki, Pişik olanda nə olar?

Leyla

  • Share/Bookmark

CİNSİ LÜĞƏT

August 30, 2009 by admin  
Filed under CİNSƏL BİLGİLƏR

ADƏT GÖRMƏ
Hamilə olmayan qadınlarda, yetkinlik çağından klimosa qədər ayda bir vajinadan gələn qan.

AĞIZ YOLUYLA ƏLAQƏ (oral seks)
Bir yoldaşın cinsi orqanlarına o biri yoldaşın ağızla təmas etməsi.

ANAL ƏLAQƏ
Qalın bağırsaqla olan seks əlaqəsi.
Psikanaliz nəzəriyyəsində, psikoseksuel inkişafın ikinci mərhələsi olub, makat bölgəsindən həzz hissi eşitmə duyğuları

ANALİNGUS
Ağızla anusun yalanılması, oxşanılması.

AREOLA
Məmə başı ətrafındakı rəngli halqa.

ASEKSUAL
Seksə qarşı maraqsız və ya istəksiz olan.

OVUCLAYIŞ
Bütün bir əli vajinaya və ya anusa soxmaq.

BAKİR
Cinsi əlaqədə olmamış kişi.

BAKİRƏ
Cinsi əlaqədə olmamış qadın.

BAŞDAN ÇIXARTMAQ
Birini cinsi əlaqədə olmağa razı salmağa çalışmaq.

BƏKARƏT
Bakir və ya bakirə olma vəziyyəti.

BESTIALITY
Bir insanın bir heyvanla cinsi əlaqədə olması.

BİSEKSUAL
Həm qadınlarla həm də kişilərlə cinsi əlaqədə olmaq istəyi olan.
Həm kişi həm də qadınla cinsi əlaqədə olan.

BULUĞ ÇAĞI
İnsanın inkişaf mərhələsində uşaqlıqdan yetkinliyə girdiyi dövr.

CİNSİ CAZİBƏDARLIQ
Fiziki gözəllik və ya adamın xarakterinin bir başqa adamı cinsi baxımdan xəbərdar etməsi.

CİNSİ ƏLAQƏ
Qadın və kişi, kişi və kişi və ya qadın və qadın arasındakı cinsi birləşmə.

CİNSİ ŞƏXSİYYƏT
Cinsi şəxsiyyət ya dişi ya da kişidir, və tamamilə yaradılış xüsusiyyətidir (insanların beyninə qazınılmışdır).

CİNSİ ROL
Nə qədər qadına xas ya da nə qədər kişiyə xas olduğunuzla əlaqədardır, yəni başqalarının sizi necə gördüyü ilə əlaqədardır, bu sonradan qazanılan – öyrənilən – bir xüsusiyyətdir.

CİNSİ ZORLAMA
İstək xarici, itələyici, cinsiliyə söykənən davranışlar və ya sözlər.
Qarşı cinsi hörmətdən salıcı, alçaldıcı, narahat edici davranışlar və ya sözlər.

CİNSİ SEÇİM
Cinsi seçim isə cinsiliyinizi yaşayarkən hansı istiqamətə yönəldiyinizlə əlaqədardır. Kimi öz cinsini seçər kimi qarşı cinsi seçər, kimi yalnız özünü seçər. Kimi cansız obyektə yönələr, kimi heyvanlara yönələr daha sonrası zərər verməyə və əsas da cinsi sapmalara qədər gedər.

CİNSƏLLİK
İnsanların müəyyən fiziki xüsusiyyətlərindən ötəri kişi və ya qadın olaraq ikiyə ayrılmaları.
Cinsi şəxsiyyət və ya cinsi güc.

CUNNİLİNGUS
Ağızla vajinayı yalamaq.

DİLDO
Cinsi əlaqə əsnasında istifadə edilən süni penis.

DİAFRAQMA
Qübbə şəklində, plastikdən meydana gələr. Cinsi əlaqə əsnasında rəhm boyunu bağlayıb spermaların rəhmə girmələrini önləyər.

DÖLÜT
İnsanlarda, hamilə qalındıqdan sonra səkkiz həftədən, doğulmadan əvvəlki dövrə qədər ana qarınında olan körpəyə verilən ad.

İMPULS
Təbiətdə olan, doğuşdan gələn davranış xüsusiyyəti olub ətrafdan gələn xəbərdarlıqçılara reaksiya vermək.

OİDİPUS KOMPLEKSİ
Psikanaliz nəzəriyyəsində, xüsusilə oğlanın anasına hiss etdiyi cinsi istək və eyni zamanda atasına, anasına hiss etdiyi duyğulardan ötəri, düşmən kəsilməsi.

ƏLLƏ ƏLAQƏ
Bir yoldaşın cinsi orqanlarına o biri yoldaşın əllə təmas etməsi.

EMBRİONUN
Erkən inkişaf mərhələsində olan və xüsusiyyətləri müəyyən olmayan bir orqanizm.

ENSEST
İki adamın, yaxınlıq dərəcəsindən ötəri, evlənmələri qanunən qadağan olub, bu iki adamın cinsi əlaqədə olması.

EPİDİM
Sperma çıxaran tüpcük ya da borucuqlarda davamlı ibarət olan sperma hüceyrələri.

ERREKSİYYA
Yumşaq olan bir bölgənin ətrafındakı toxuların qan ilə dolması nəticəsində sərtləşməsi. Xüsusilə penis və klitoris vəziyyəti üçün istifadə edilər.

YETKİNLİK
İnsanın inkişaf mərhələsində uşaqlıqdan yetkinliyə girdiyi dövr.

EROS
Bütün cinsi impulsları və istəkləri əhatə edən.

EROTİK
Cinsi istəkliliyi oyandırıcı.

ƏKSCİNSƏL
Həmcinsinə cinsi arzu duyan.
Həmcinsinlə cinsi əlaqəyə girən.

FAHİŞƏLİK
Pul qarşılığı kişi və ya qadının qarşısındakına cinsi əlaqədə və ya cinsi lütf etməsi.

FANTAZİYA
Hər hansı bir istəyin və ya psixoloji ehtiyacın qarşılana bilməsi üçün qurulan xülyalar və ya bir silsilə zehni görünüşlərin xəyal edilməsi.

FELLATİO
Penisi ağız ilə yalamaq.

FETİŞİZM
Hər hansı bir cansız obyekden və ya bədəndəki cinsi orqanlar xaricində hər hansı bir hissədən təhrik olmaq və bəzən də bunsuz cinsi həzzə çata bilməmək.

FROTTAGE
Bir kişinin, yoldaşının bədəninə qarşı öz bədənini ovması.

GERANTOFİLİYA
Bir kişinin, yaşlı bir qadınla cinsi əlaqəyə girməyi seçməsi.

GOWPER BEZİ
Cinsi coşğu və ya orgazm əvvəli, kişilərdə, şəffaf alkalin bir maye ifraz edən bez.

HERMOPHRODITIC
Həm qadın həm də kişi cinsi orqanları olan.

HİMEN
Rəhm ağızını bağlayan dəri.
Qızlıq pərdəsi.

İQTİDARSIZ
Cinsi əlaqədə olma bilməmə. Çox vaxt ereksiyaya çata bilməməsindən ortaya çıxan bir vəziyyət.

GENİTAL ƏLAQƏ
Bir yoldaşın cinsi orqanlarının, o biri yoldaşın cinsi orqanlarıyla təmas etməsi.

SONSUZLUQ
Hamilə buraxa bilməmə və ya hamilə qala bilməmə vəziyyəti.

KLİTORİS
Qadının ən həssas xarici cinsi orqanı, vulvanın üst hissəsində.

LABİA
Qadının tenasül üzvündə dodaq şəklində qisim, dodaq.

LEZBİYAN
Əkscinsəl qadın.

MASTURBASYON
Adamın özünü cinsi təminə çatdırması.

MAZOXİST
Fiziki və ya romantik baxımdan təhqir edildikcə cinsi təminə çata bilən.
Fiziki və ya romantik baxımdan təhqir edilməkdən xoşlanan və bu təhqirləri edə biləcək kəsləri axtaran.

NEKROFİLİYA
Ölüm və cəsədlərə ilişmə halında marağı olan.
Cəsədlərlə cinsi əlaqədə olmaq.

ORGAZM
Cinsi əlaqədə çatıla bilinəcək ən üst səviyyə həyəcanlılıq.
Cinsi əlaqənin üst nöqtəsi.

OTOEROTİZM
Bir kişinin özülə sevişməyi seçməsi.

PEDOFİLİYA
Bir kişinin, sevişmək üçün uşaqları seçməsi vəziyyətinə verilən ad.

PİGMALİONİZM
Bir kişinin, heykəllə sevişməyi seçməsi.

PORNO
Cinsi əlaqəni ümumiyyətlə güc və şiddətlə uyğun gəldirən yazılı, vizual vəsaitlər.

REGL
Hamilə olmayan qadınlarda, yetkinlik çağından menopoza qədər ayda bir rəhmdən gələn qan.

PREZERVATİV
İncə lateks, plastik və ya heyvan dərisindən edilən, cinsi əlaqə əsnasında penisin üzərinə geyilən maddə. Məqsəd, həm hamilə qalma ehtimalını önləmək, həm də cinsi əlaqə yoluyla bulaşa biləcək xəstəlikləri.

SADİST
Fiziki və ya romantik baxımdan bir başqasına təhqir edərək/acı/ağrılı verərək cinsi təminə çata bilən.
Fiziki və ya romantik baxımdan bir başqasına təhqir etməkdən/acı/ağrılı çəkdirməkdən xoşlanan.

SADİZM
Sadist olma vəziyyətini izah edən.

SEKS
Cinsi arzunun və ya istəyin davranışlarla göstərilməsi.

SİBER SEKS
Kompüterlə ünsiyyət əsnasında cinsi fəaliyyətlər və ya cinsi impuls.

SODOMY
Əkscinsel əlaqə, eyni zamanda anal seks demək.

SPERMA BANKI
Spermanın həssaslıqla qorunduğu yeyərlər.

SPERMİSAL
Hər hansı bir döllənmə ehtimalını qaldırmaq üçün sperma öldürücü olaraq istifadə edilən kimyəvi maddələrə verilən ad.

SUBYANCI
Yetkin insanın uşaqla cinsi əlaqədə olması.

SÜNNƏT
Penisin ucundakı dərini əməliyyatla Kəsmək.

TƏCAVÜZ
Bir başqa adamı məcbur edərək cinsi əlaqədə olma cinayəti.

TRANSSEKSUAL
Cinsi seçimini qarşı cinsiyyətdən meydana gətirən.
Cinsi şəxsiyyəti ilə cinsi orqanları uyğunlaşmasız olaraq doğulmuş insan. (Cinsi orqanları cinsi şəxsiyyətinə uydurulana qədər adam nə kişi nə də dişidir. Transseksaldır. Cinsi orqanları cinsi şəxsiyyətinə uydurulan adam artıq transseksual deyil ya kişi ya da dişidir.)
Tibbi müdaxilə ilə cinsiyyət dəyişdirən.

TRAVESTİ
Qarşı cinsin geyimlərini istifadə edərək və cinsi rolunu boynuna götürərək cinsi həzzə çatan adam.
Cinsi seçimini qarşı cinsin geyimlərini istifadə edərək və cinsi rolunu boynuna götürərək meydana gətirən adam.

TROLİZM
Bir kişinin cinsi birlik üçün iki və ya daha çox qadını seçməsi.

UROLOQUYA
Yoldaşının və ya özünün sidiyiylə oynamaq.

VIBRATOR
Elektrikli süni penis.

VULVA
Qadının xarici cinsi orqanına verilən ad.

  • Share/Bookmark

Cinsi yolla ötürülən infeksiyalar

August 29, 2009 by admin  
Filed under CİNSƏL BİLGİLƏR

cinsel-hastaliklarCinsi yolla ötürülən infeksiyalarla aktiv mübarizə aparılırıasına baxmayaraq, problem yenə də aktual olaraq qalır. Trixomoniaz, xlamidioz, kandidoz, qonoreya, sifilis, herpes, mikoplazmoz, hepatitlər, QİÇS və s.  dünyada yiiksək stabil gösloricilərə malik olan infeksiyalardır və onların nəticələri təhlükəlidir.

  • Dünyada hər il 330 mln CYÖİ-nin yeni hadisələri qeyd edilir.
  • QİÇS-ə yoluxmaların 80%-i cinsi yolla baş verir.
  • Cinsi yolla ötürülən infeksiyalar uşaqlıqdankənar hamiləliyin, öz-özünə baş verən abortun, vaxtından əvvəl doğuşun, yenidoğulmuşların inkişaf qüsurlarının risk faktorları sayılır.
  • Təcrübə göstərir ki, CYÖİ göstəricilərinin yüksək olması informasiyanın olmamasından və yaxud öz sağlamlığma laqeyd münasibətdən irəli gəlir.

CYÖİ-nın yayılması necə baş verir?

CYÖİ əsasən cinsi yolla ötürülür. Xəstəliyin əlamətlərinin aşkara çıxmasından asılı olmayaraq, infeksiya mənbəyi cinsi partnyordur.

CYÖİ həm heteroseksual, həm də homoseksual cinsi əlaqə zamanı, formasından asılı olmayaraq – vaginal, anal və oral – həyata keçirilir.

CYÖİ təkcə cinsi yolla ötürülmür. Yoluxmuş insanın qanı və məişət əşyaları yaxın təmas zamanı əhatədə olan insan üçün çox tohlükəlicJir.

CYÖİ üçün xarakterik olan əlamətlər:

  • Cinsi orqanların selikli qişasında qızartı, şişkinlik, qaşınma, yandırma;
  • Cinsi orqanlardan ifrazat;
  • Sidik ifrazının tez-tez, ağrılı olması və ya çətinləşməsi;
  • Cinsi orqanlar nahiyəsində səpkilər və yaralar;
  • Cinsi akt zamanı ağrı.

CYÖİ-dən necə qorunmaq olar?

  • Yeganə etibarlı qorunma yolu   təhlükəsiz seks;
  • Bir neçə partnyoru olan yeniyetmələrin CYÖİ-yə yoluxmaq riski daha çoxdur;
  • Kondomdan (prezervativ) istifadə edin;
  • Təsadüfi cinsi əlaqələrdən qaçın;
  • Hər bir təsadüfi cinsi əlaqə zamanı yeni kondomdan istifadə edin;
  • Prezervativ – CYÖİ, QİÇS, hepatitlərdən qorunmaq üçün yeganə vasitədir;
  • Keyfiyyət nişanı olan prezervativlərə etibar edin;
  • Alkoqol və narkotiklərin qəbulu da CYÖİ yayılmasına şərait yaradır;
  • Qorunmayan, təsadüfi cinsi əlaqədən sonra həkimə müraciət edin;
  • CYÖİ-yə görə müayinəni bütün infeksiyalara görə aparmaq lazımdır, belə ki, onlar əsasən eyni zamanda rast gəlir;
  • CYÖİ aşkar edildiyi təqdirdə hər iki partnyor müalicə olunmalıdır, əks haida müalicənin effekti olmayacaq.
  • Həkimin təyin etdiyi dərmanların əvəz edilməsinə icazə verilmir;
  • Özünü müalicəyə yol verməyin;
  • CYÖİ, QİÇS diaqnostikası üçün testlərin aparılması məqsədəuyğundur. Belə testləri nikahdan və planlaşdırılmış hamiləlikdən əvvəl, həmçinin qorunmayan, təsadüfi cinsi əlaqədən sonra aparmaq lazımdır.

kondomKondomdan effektiv istifadə etmək üçün mütləq aşağıdakı şərtlərə əməl edilməlidir:

  • Kondom qaranlıq və sərin yerdə saxlanılmalı, istifadədən əvvəl paketin tamlığı yoxlanılmalıdır;
  • İti əşyalarla paketi açmayın;
  • Kondomu ancaq bir dəfə istifadə etməkolar;
  • Kondomu uzun müddət cibdə saxlamayın,
    həmçinin onu balışın altında saxlamaq olmaz
    burada olan istilik lateksi zədələyə bilər;
  • Prezervativdən istifadə etdikdə, vazelindən və ya digər      maddələrdən istifadə etməyin, onlar prezervativi korlaya bilər;
  • Kondomu spermisidlə birlikdə istifadə etmək məqsədəuyğundur. Onlardan kompleks şəkildə islifadə edilməsi prezervativin zədələnməsi zamanı arzuolunmaz hamiləlikdən qoruyıır və metodun effek-tivliyini 95-98% halda təmin edir.

  • Share/Bookmark

Yeniyetmələrdə hamiləliyin gecikmiş əlamətləri

August 29, 2009 by admin  
Filed under CİNSƏL BİLGİLƏR

Hamiləlik inkişaf etdikcə onun əlamətləri daha çox nəzərə çarpır və onları görməmək mümkün deyildir. Bu əlamətlərdən bəziləri:

  • Qarının böyüməsi
  • Çəkinin artması və ya azalması
  • Baş ağrısı və ya bel nahiyəsində ağrılar
  • Dölün hərəkəti
  • Üzün hamilə qadın üçün spesifik ifadəsi İştahanın artması

Yuxarıda göstərilən əlamotlər və simptomlar sizdə və ya sizin dostlarınızda müşahidə edilərsə, siz pulsuz anonim yardım almaq üçün müraciət cdə bilərsiniz.

  • Share/Bookmark

Lüt kişi məktəb avtobusunu girov götürdü

August 29, 2009 by admin  
Filed under Xəbərlər

ABŞ-ın Corciya ştatının Atlanta ştatında lüt kişi içində uşaqlar olan məktəb avtobusunu girov götürüb.

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 23 yaşlı Arris Pitmon dayanacaqdakı avtobusa pəncərədən daxil olub və sükanın arxasına əyləşib. Bir qədər sonra isə avtobusu idarəsiz qoyaraq ondan qaçan sürücünün arxasınca avtobusun salonuna gedib.

Məktəblilərdən biri idarəsiz hərəkət edən avtobusun sükanının arxasına keçməyə cəhd göstərib. Amma Pitmon onu vurub. Cinayətkar avtobusa girən zaman yarıçılpaq olub. Amma məktəblilərlə qarşıdurma zamanı əynindəki şalvarını da itirib. Bu zaman onun “əynində” ancaq prezervativ qalıb…

Bütün məktəblilər qəza qapısından istifadə edərək avtobusdan tullanıblar. Bir neçə nəfər avtobusdan tullananda zədələnib və onlar hospitala yerləşdiriliblər. Hələlik uşaqların vəziyyəti barədə məlumat verilmir. Boş avtobus isə bir qədər də gedəndən sonra divara çırpılaraq dayanıb.

Şahidlər polis gələnə qədər Pitmonu tutublar. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin əməkdaşları bildiriblər ki, yarımçılpaq kişi onlara əvvəlcədən şübhəli gəlib. O, özünü nəsə axtaran adam kimi aparırmış. Bundan əlavə, Pitmon bir neçə dəfə yerə oturaraq yanacaqdoldurma məntəqəsinin müştərilərinin ayaqlarını qucaqlayıb.

  • Share/Bookmark

Yeniyetmələrdə hamiləliyin erkən əlamətləri

August 28, 2009 by admin  
Filed under CİNSƏL BİLGİLƏR

hamileQızlarda cinsi yelkinlik başa çatmışdırdsa, onların hamilə olmaq ehtimalı yaranır. Yeniyetmələrdə hamiləliyin əlamətləri yaşlı qadınlarda olan hamiləlik əlamətlərindən fərqlənmir. Lakin, bir sıra hallarda yeniyetmələrdə hamiləliyin erkən əlamətləri hamiləliklə bağlı olmayan səbəblərdən özünü büruzə verə bilər. Məs: əgər qız yorğundursa və ya çox fəaldırsa, onda hamiləliyin bəzi əlamətləri özünü göstərə bilər. Yeniyetmələrdə hamiləliyin erkən əlamətləri aşağıdakılardır:

•       Buraxılmış aybaşı

•       Qusma və ürəkbulanma

•       Sidik ifrazının tezləşməsi

•       Döş vəzilərinin həssaslığının artması və şişməsi

•       Yorğunluq

•       İştahanın dəyişməsi

Yeniyetmə dövründə stress, qıcıqlanma aybaşının gecikməsinə, həddən artıq yorğunluğa, əhval-ruhiyyənin və iştahanın dəyişməsinə gətirib çıxara bilər. Qeyri-müntəzəm aybaşı tsikli cinsi yetkinliyin başlanğıc mərhələsində hamiləlik əlaməti kimi qəbul edilmir.

Əgər hamiləlik ehtimalı vardırsa  bu əlamətləri diqqətdən qaçırmaq olmaz və onlarm yaranma səbəblərini müəyyən etmək lazımdır.

  • Share/Bookmark

Qadağan olunmuş filmlər: seks, zorakılıq, kilsə kaprizləri…

August 28, 2009 by admin  
Filed under Maraqlı

Dünyanın ən geridə qalmış və ən inkişaf etmiş ölkələrində filmlər niyə qayçılanır?

Kinoindustriyanın yarandığı gündən bəri geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulmuş filmlər seksual, dini, siyasi, ya da sosial səbəblərdən senzuraya və qadağalara məruz qalıb. Bu qadağalar və senzura hələ səssiz kinonun zamanlarından bu günə qədər tədbiq olunub və olunur.

1922-ci ildə tamaşaçıya nəyi göstərməyin mümkün olduğunu, nəyi göstərməyə rəvac verilmədiyini bəyan edən birinci, səsli kino ekranlarda görünəndə isə (1930-cu il) ikinci kodeks qəbul olundu.

Kino tarixində cəmi neçə filmin qadağaya məruz qaldığını dəqiq demək mümkün deyil. Belə ki, bu filmlərə qoyulan qadağa onu bəzən bütün dünyada, bəzən bir və ya bir neçə ölkədə, bəzən bəzi ştatlarda nümayişinə qadağa qoyur, bəzən müəllifləri filmin bir və ya bir çox kadrlarını doğramağa məcbur edir və s…

Beləliklə də, o filmlərin hamısını “qadağan olunmuş filmlər” də adlandırmaq olmaz, “qadağan olunmamış film” də həmçinin…

Amma bu yazıda sizə qadağalara və senzuraya məruz qalmış məhşur filmlərdən, film məşhur olmasa da qadağa tarixçəsi maraqlı olan ekran əsərlərindən danışmaq istəyirik.

Heç prezident də kömək edə bilməz…

Amerika Birləşmiş Ştatlarında kinematoqrafa tədbiq olunan senzuraya ehtiyac acgöz kütlə kinonun təsiri altına düşəndən sonra yarandı. Kinematoqrafın ilk baharında filmlər səssiz olsa da, səssiz bir kadr minlərlə sözdən daha çox şey deyə bilərdi. Və bu fakt əxlaq, din keşikçilərinin diqqətindən yayına bilməzdi. Buna görə də, 1909-cu ildə Amerikada Bədii Filmlərə Baxış üzrə Milli Komissiya yarandı. Lakin kinematoqrafın bəlası bununla da bitmədi. Bədii filmləri kinoteatrlara yalnız bir neçə senzura mərhələsindən keçdikdən sonra buraxmağa və ya buraxmamağa qərarlı bir neçə dini, ictimai cəmiyyət yarandı. Bu cəmiyyətlərin “xeyir-dua” vermədiyi filmləri ekrana buraxmağa heç ölkə prezidenti də kömək edə bilməzdi. Məsələn, 1915-ci ildə rejissor D.V.Qriffitin “Millətin doğuluşu” filminə o vaxtkı prezident Vudro Uilson baxmış və demişdi: “Nə yazıq ki, bütün bunlar həqiqətdir!”. Onun bu sözlərinə məhəl qoyan olmamışdı. ABŞ Ali Məhkəməsi filmin qadağasını tələb edənlərin xeyrinə qərar çıxararaq, ekran əsərini nəinki qadağan, hətta bütün hüquqlarından məhrum etdi. Belə cəmiyyətlərin tələbi ilə məsələn, Çikaqoda onlarla film senzuraya məruz qaldı və ekranlara buraxılmadı. Yalnız Kinoteatrlarla Əlaqə Komissiyasının o zamankı rəhbəri (1934) Cozef Brinin “müsadirə” etdiyi filmlərin bəxti gətirdi. O, müəllflərindən aldığı kinolentləri polad seyfdə gizlətmişdi. 1980-ci ildə həmin fimlər ekrana çıxa bildi.
Yalnız 1952-ci ildə ABŞ Ali Məhkəməsi kinoya hüquqi baza verdi. Məhkəmənin qərarı ilə filmin qadağasını tələb edən senzorlar əvvəlcə oradakı kadrların “ədəbsiz”liyini, filmin məzmununun əxlaqa zidd olduğunu sübut etməli idilər. O vaxtdan kinoya qoyulan rəsmi qadağalar dövrü başa çatdı.

Ehtiras oyatmayan film əxlaqsız sayıla bilməz
(Maraqlı qadağa tarixçələri)

1959-cu ildə Çikaqonun şəhər rəhbərliyi Kolumbiya Pikçers kino şirkətinin istehsalı olan, rejissor Otto Preninqerin “Qətlin anatomiyası” filminin nümayişinin qadağasını tələb etdi. Kinosenzura üzrə şəhər komissiyasının üzvləri burada “zorlama”, “kontrasepsiya”, “sperma” kimi sözlərin işləndiyini əsas gətirərək, filmin “əxlaqi normalara zidd” olduğunu iddia etdilər. Belə olanda rejissor Otto Preninqer şəhər rəhbərliyini məhkəməyə verərək, filmin nümayişinə icazə verilməsini və ekran əsərinə qarşı gələcək iddiaların önlənməsini tələb etdi.
Məhkəmənin qərarı isə çox maraqlı idi. Hakim Mayers yalnız tamaşaçılarda yaranan reaksiyanın filmin əxlaqa zidd olub-olmamasını müəyyənləşdirdiyini əsas gətirərək, filmə bəraət verdi. Məhkəmə qərarında belə yazılmışdı: “Bu film tamaşaçıda ehtiras və naqolay düşüncələrdən daha çox acıma və rəhm hiss oyada bilər”.

Qadağan olunmuş məşhur fimlər…

Şeron Stoundan qadın öldürməyi tələb etdilər

İndiyə qədər qadağalara və senzuraya məruz qalmış ekran əsəplərinin çoxu ad-sansız, elə də geniş tamaşaçı kütləsinə tanış olmayan fimlər olsa da, onların arasında dünyaca məşhur filmlər var. Bu siyahıda E.Heminqueyin romanı əsasında çəkilmiş “Əlvida, silah”, özündə ilk pornogörüntülər əks etdirən “Emmanuel”, məşhur italyan rejissoru Federiko Fellininin “Şirin həyat” filmləri də var.

Lakin ən maraqlı əhvalat Hollivudun ən gəlirli və baxımlı məhsullarından biri olan “Əsas instinkt” filmi ilə bağlıdır. Cazibədar Şeron Stounun baş rolda oynadığı bu ekran əsərinə yəqin ki, baxmayan tapılmaz. 1992-ci ildə film ekranlara çıxandan sonra həm liberalların, həm də konservatorarın qəzəbinə səbəb oldu. Filmə qarşı belə aqressiv münasibətin səbəbi onun zorakılıqla dolu və seksual xarakterli olmasından daha çox siyasi motivlərlə bağlı idi. Şeron Stounun qatil qadın qəhrəmanının biseksual olması geylərin və lesbiyanların qəzəbinə səbəb olmuşdu. Onların fikrincə, kişilərlə yanaşı qadınlara da meyl edən şəxsin filmdə silsilə qətllər törətməsi homofobiyanı gücləndirir, cəmiyyətdə cinsi azlıqlara qarşı onsuz da müsbət olmayan rəyi daha da korlayırdı. Buna etiraz olaraq cinsi azlıqlar filmə qarşı sərt etiraz aksiyalarına başladılar. Sahibi olduğu kafenin çəkiliş meydançası kimi istifadə edilməsinə razılıq vermiş sahibkar və geylər üçün buraxılan qəzetin təsisçisi Çokerin maşınının şüşələrini sındırır, evinin qarşısında etiraz aksiyaları keçirir, ona hədə-qorxu gəlirdilər. Bu işə cinsi azlıqlarla əlaqəli bir çox ictimai təşkilat da qarışdı. Onların etirazları ilə yanaşı, maraqlı bir tələbləri də vardı: film qadağan olunmaya bilər, amma Şeron Stounun qəhrəmanının qətlə yetirdiyi şəxslər təkcə kişilər deyil, həm də qadınlar olmalıdır. Tələbin səbəbini anlamaq isə elə də çətin deyildi. Filmdə yalnız əks cinsdən olan insanları öldürən qəhrəman öz həmcinsinə maraq göstərənlərin əks cinsə qarşı ikrah, nifrət duymağı barədə bir mesaj idi ki, lesbiyanlar və mavilər bunu həzm edə bilmirdilər.
Yalnız bir neçə senzura mərhələsindən, dövlət və din xadimləri məsələyə qarışıb, filmdə bəzi səhnələrin təzədən çəkilməsinə nail olandan sonra filmin rahat nümayişinə icazə verildi.

Filmin qadağasına kim nail ola bilər?

Hazırda ABŞ-da hər kəs xoşuna gəlməyən bir ekran əsərinin qadağasını və ya o filmdəki müəyyən kadrların kəsilib, çıxarılmasını tələb edə bilər. Belə bir tələbi hər hansısa bir ştatdakı Müəllimlər və Valideynlər Assosiasiyasından tutmuş sıravi polis nəfərinə, Xeyirpərvər Katoliklər Komitəsindən tutmuş küçə süpürgəçisinə qədər hamı edə bilər. Tələb öz yerində. Əgər həmin şəxs və ya təşkilat filmin və ya müəyyən kadrların dinə, əxlaqa, hümunizmə zidd olduğunu və ya kiminsə heysiyyətini təhqir etdiyini sübut edə bilsə, onun tələbi yerinə yetiriləcək. Məsələn, kino tarixində özündə heç bir erotik yük daşımadğı halda, sıravi amerikan polisinin küçədə görüb, əxlaqa zidd hesab etdiyi və məhkəmədə bunu sübut edə bildiyi üçün qadağan olunmuş film var. Eyni zamanda açıq-saçıq pornoelementlərlə dolu olduğu halda bəraət qazanmış və sərbəst nümayiş hüququ əldə etmiş film də. Çünki bu ölkənin qanunları çox dolaşıqdır. Kino ilə bağlı elə kodekslər var ki, burada əxlaq, din, ədəb normalarının sərhədləri çox dumanlıdır. Məsələn, kodeksə görə filmdə zorakılıq, şər nümayiş və hətta təbliğ oluna bilər, bir şərtlə ki, filmdə tamaşaçıya o zorakılığa və şərə güc gələ biləcək qədər də xeyir və rəhm təqdim olunsun. Bax, belə.

Kodlar

Bu gün Amerika Bədii Filmlər Assosiasiyasının Qiymətləndirmə və Kodlaşdırma Administrasiyası ekran əsərlərini senzuraya məruz qoymur, kadrların kəsilib-çıxarılmasını tələb etmir. Onlar filmlərə xüsusi kodlar verirlər. Auditoriya filmin koduna baxaraq, ekran əsərinin mahiyyəti haqda təsəvvür əldə edə bilər. Məsələn, “G” kodu hər yaşda olan tamaşaçılar üçün nəzərdə tutulmuş filmlərdir. “PG” kodunu almış filmə baxmaq üçün uşaqlar valideynlərinin razılığını almalıdırlar, belə ki, bəzi kadrlar uşaq auditoriyası üçün ifrat açıq və ya sərt ola bilər. “PG-13” kodlu filmə yaşı 13-dən aşağı olan uşaqlar baxa bilməzlər. “R” kodu o deməkdir ki, əgər 17 yaşı tamam olmamış yeniyetmə bu filmə baxmaq istəyirsə, mütləq kinoteatra valideynləri ilə birlikdə gəlməlidir. “NC-17” kodu ümumiyyətlə bu filmə 17 yaşına çatmamış yeniyetmələrin baxmağına qadağa qoyur. Və nəhayət, “X” kodu filmin reklamından tutmuş, kinoteatrlarda, efirdə nümayişinə qədər hər şeyə qadağa qoyur…

Günel

  • Share/Bookmark

Ramazanda cinsi həyat

August 27, 2009 by admin  
Filed under İSLAMDA CİNSƏLLİK

Ramazanda cinsi həyat Din
“Cinsilikdə cəmiyyətə hakim olan şişirdilmiş ayıb, qadağan və günah anlayışları, adamın nikahlı yoldaşıyla yaşadığı normal cinsi əlaqələri belə kölgə altına ala bilir. Bunun ən gözəl nümunələrindən biri Ramazan ayında yaşanan cinsilik müzakirələridir. Ramazan ayında cinsilik çox səhv bir şəkildə, sanki bir cinayət, bir günah ya da çox pis bir hərəkətmiş kimi qəbul edilə bilir. Hansı ayda olursa olsun, bir insan səhv edib nəticələrinə dözüb, əziyyət çəksə; yoldaşıyla sağlam bir şəkildə cinsi əlaqəyə girdiyində də o qədər rahatlayar.”
Sevgisiz bir cəmiyyət olduq
Cinsi tarazlığın pozulmasıyla təsirlənənin yalnız cinsi həyat olmadığını, ictimai quruluşumuzu bir yerdə tutan hörmət, güvən və ən əhəmiyyətlisi sevgi anlayışının da təsirlənir. “Yaxşı tarazlıqlanmış bir əlaqə heç kimin ruhi, fikri, romantik və ya cinsi olaraq digərinə hökm etmədiyi bir əlaqədir. Ancaq, indiki vaxtda hər hansı bir cüt üçün cinsiliyi balanslı bir şəkildə ifadə etmək və yaşamaq çox çətindir. Bu vəziyyət sevgisiz, hörmətsiz və bir-birinə güvənməyən bir cəmiyyət halına gəlməmizin də bir nəticəsidir.
əlaqələrimizin sevmə və tarazlıq vəziyyətindəykən, cinsiliyimizin sevgi dolu və balanslı olacağına inanın. Ramazan ayının; sevgiylə,dincliklə, etibarla, köməkləşməklə və şəfqətlə, insanın ehtiyac duyduğu bu sahələrdə dəstəkləməsini və cinsi həyatlarında balanslı bir sahəyə daşımasını gözləyirik. Birlik və həmrəyliyin bərkidiyi, insanlarımızı bir-birinə daha çox yaxınlaşdıran, gündəlik qayğı və çətinliklərdən uzaqlaşdıran, köməkləşmələrin artdığı, barış, qardaşlıq və xoşgörüşün yaşanmasına vəsilə olan Ramazan ayı; gələcəyə olan etibarımızı təzələyən çox xüsusi günlərdir.”
“Ramazan ayı, cinsiliyi qadağan etmədən ürəkləri təmizləmə zamanıdır’
Ramazan ayının cinsiliyi qadağan etmədən ürəkləri təmizləmək üçün bir fürsətdir. “İslam inancına görə; orucluykən cinsi əlaqədən qaçınılmalı və iftarla imsak arasında əlaqəyə girilməlidir. Ruhi və bədənsəl bir təmizlənmə yaşanması lazım olan Ramazan ayında cinsiliyi qadağan etmək yerinə; könüllər və beyinlər təmizlənilərək dinc və balanslı bir ruh halı yaradılmağa çalışılmalıdır.
Ramazan ayı boyunca, sağlam və xoşbəxt bir cinsilik yaşana bilər.
Adam beynini bağlayaraq duyğularına aludə ola bilər, narahatlıq, qorxu və qayğılarını bir tərəfə buraxaraq anın dadını çıxara bilər. Çünki insanın maddi və mənəvi inkişafının yanında ruh və bədən sağlamlığının qorumasında əhəmiyyətli bir yer tutan cinsilik; İslam dini tərəfindən, insan təbiətinin ən fundamental ehtiyaclarından biri olaraq görülmüşdür. İnsanlar üçün cinsi arzu və istəklər; aclıq, susuzluq kimi təbii faktlardır. Bu səbəblə təmizlənmə və təmizləmə ayı olan Ramazanda, insanlar cinsiliyi qadağan etmədən; könüllərini, ürəklərini və beyinlərini təmizləməlidir. İçlərindəki pis duyğu və düşüncələrdən xilas olaraq mənfilikləri bir kənara buraxmalı, cinsi həyat və partnyorları ilə əlaqədar yaxşı düşüncələrə sahib olmağa cəhd göstərməlidirlər.”
cinsellik“Cinsəllikdə cəmiyyətə hakim olan şişirdilmiş ayıb, qadağan və günah anlayışları, adamın nikahlı yoldaşıyla yaşadığı normal cinsi əlaqələri belə kölgə altına ala bilir. Bunun ən gözəl nümunələrindən biri Ramazan ayında yaşanan cinsəllik müzakirələridir. Ramazan ayında cinsəlilik çox səhv bir şəkildə, sanki bir cinayət, bir günah ya da çox pis bir hərəkətmiş kimi qəbul edilə bilir. Hansı ayda olursa olsun, bir insan səhv edib nəticələrinə dözüb, əziyyət çəksə; yoldaşıyla sağlam bir şəkildə cinsi əlaqəyə girdiyində də o qədər rahatlayar.”
Sevgisiz bir cəmiyyət olduq
Cinsi tarazlığın pozulmasıyla təsirlənənin yalnız cinsi həyat olmadığını, ictimai quruluşumuzu bir yerdə tutan hörmət, güvən və ən əhəmiyyətlisi sevgi anlayışından da təsirlənir. “Yaxşı tarazlıqlanmış bir əlaqə heç kimin ruhi, fikri, romantik və ya cinsi olaraq digərinə hökm etmədiyi bir əlaqədir. Ancaq, indiki vaxtda hər hansı bir cüt üçün cinsəlliyi balanslı bir şəkildə ifadə etmək və yaşamaq çox çətindir. Bu vəziyyət sevgisiz, hörmətsiz və bir-birinə güvənməyən bir cəmiyyət halına gəlməmizin də bir nəticəsidir.
əlaqələrimizin sevmə və tarazlıq vəziyyətindəykən, cinsəlliyimizin sevgi dolu və balanslı olacağına inanın. Ramazan ayının; sevgiylə,dincliklə, etibarla, köməkləşməklə və şəfqətlə, insanın ehtiyac duyduğu bu sahələrdə dəstəkləməsini və cinsi həyatlarında balanslı bir sahəyə daşımasını gözləyirik. Birlik və həmrəyliyin bərkidiyi, insanlarımızı bir-birinə daha çox yaxınlaşdıran, gündəlik qayğı və çətinliklərdən uzaqlaşdıran, köməkləşmələrin artdığı, barış, qardaşlıq və xoş görüşün yaşanmasına vəsilə olan Ramazan ayı; gələcəyə olan etibarımızı təzələyən çox xüsusi günlərdir.”
“Ramazan ayı, cinsəlliyi qadağan etmədən ürəkləri təmizləmə zamanıdır’

Ramazan ayının cinsəlliyi qadağan etmədən ürəkləri təmizləmək üçün bir fürsətdir. “İslam inancına görə; orucluykən cinsi əlaqədən qaçınılmalı və iftarla imsak arasında əlaqəyə girilməlidir. Ruhi və bədənsəl bir təmizlənmə yaşanması lazım olan Ramazan ayında cinsəlliyi qadağan etmək yerinə; könüllər və beyinləri təmizlənilərək dinc və balanslı bir ruh halı yaradılmağa çalışılmalıdır.
Ramazan ayı boyunca, sağlam və xoşbəxt bir cinsilik yaşana bilər.

Adam beynini bağlayaraq duyğularına aludə ola bilər, narahatlıq, qorxu və qayğılarını bir tərəfə buraxaraq anın dadını çıxara bilər. Çünki insanın maddi və mənəvi inkişafının yanında ruh və bədən sağlamlığının qorumasında əhəmiyyətli bir yer tutan cinsəllik; İslam dini tərəfindən, insan təbiətinin ən fundamental ehtiyaclarından biri olaraq görülmüşdür. İnsanlar üçün cinsi arzu və istəklər; aclıq, susuzluq kimi təbii faktlardır. Bu səbəblə təmizlənmə və təmizləmə ayı olan Ramazanda, insanlar cinsəlliyi qadağan etmədən; könüllərini, ürəklərini və beyinlərini təmizləməlidir. İçlərindəki pis duyğu və düşüncələrdən xilas olaraq mənfilikləri bir kənara buraxmalı, cinsi həyat və partnyorları ilə əlaqədar yaxşı düşüncələrə sahib olmağa cəhd göstərməlidirlər.”

  • Share/Bookmark

ABŞ-da kütləvi sünnət tətbiq edilə bilər

August 26, 2009 by admin  
Filed under Xəbərlər

Sünnət HİV-in yayılması ilə mübarizədə kömək edə bilər

ABŞ-da yeni doğulan oğlan uşaqlarına məcburi sünnət tətbiq oluna bilər. Lent.az-ın “Medical News Today”ə istinadən verdiyi məlumata görə, bu addım sünnətin HİV virusuna qarşı effektiv üsul olduğu təsdiq ediləcəyi təqdirdə atılacaq.

Xəstəliklərə nəzarət və profilaktika Mərkəzinin baş epidemioloqu Piter Klimarks bildirib ki, ABŞ-da HİV-in yayılmasına qarşı bütün üsullar nəzərdən keçirilməlidir: “Bizim mütəxəssislərimizin qiymətləndirməsinə görə, sünnət yeni doğulan körpələrə kömək edə bilər. Bu üsulun üstünlükləri onun çatışmazlıqlarından çoxdur”.

  • Share/Bookmark