Bəylə gəlin toy gecəsi dalaşıb boşandılar

[ad#besleme]


Onlar toy hədiyyələrini bölə bilməyiblər

Başqırdıstanın Salavat şəhərində qəribə hadisə baş verib.
Lent.az-ın Rusiya KİV-nə istinadən yaydığı məlumata görə, avqustun 19-da Salavat şəhər sakinləri, 26 yaşlı Sergey və 25 yaşlı Olesyanın toyu olub.

Başqırdıstan Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, bəylə gəlin ilk toy gecəsi toyda verilən hədiyyələri bölüşdürə bilmədikləri üçün boşanma ərizəsi yazıblar.

Davanın başlanğıcı şadlıq sarayında keçirilən toyda onların valideynlərinin mübahisə etməsiylə başlayıb. Toy gecəsi səhərə qədər bəylə gəlin valideynlərdən hansının günahkar olmasıyla bağlı mübahisə ediblər.

Olesya Sergeydən inciyib və toy günü verilən hədiyyələri, yığılan 250 min rübldan çox pulu da götürərək valideynlərinin yanına gedib.

Sergey isə toyda verilən hədiyyələri və yığılan pulu Olesyanın aparmasıyla bağlı milisə şikayət edib.

Milisdə görüşən gənclər elə həmin gün də boşanma ərizəsi yazıblar.

You can leave a response, or trackback from your own site.

Şərh et