QİDA VƏ SEKS

“İmperator baş kahindən soruşdu: Nə üçün insanlar piylənir, qaralır, sifətləri zəhərli ot rəngi alır? Gözəl və cavan olmaq, cinsi şəhvət və qabiliyyəti, təravəti qoruyub saxlamaq üçün nə etmək lazımdır?ceviz

Baş kahin bəyan etdi:
- Qoy əlahəzrət kəpənək qurdunun necə qidalandığına nəzər yetirsin. Kəpənək qurdu təzə-tər otu yeyəndə parlaq yaşıl rəngdə olur, sarı küləş yeyəndə sapsarı saralır. İnsan öz yediyi qidaya oxşayır və buna uyğun olaraq üzünün beş rəngi dəyişir (qırmızı, qara, ağ, yaşıl, sarı). Əlahəzrət mümkün qadın başlanğıcının qidalarını (meyvə və tərəvəz) yeməli və buna əlavə olaraq sərv ağacının şirəsini içməlidir İnək südü, heyvanların cinsiyyət orqanları və onların (öküzlərin, atların, qoyunların, dovşanların və s.) suda bişirilmiş xayaları ilə qidalanmaqla siz qocalığı dəf edə, dərinizin saf rəngini qaytara və qadınlarla dəfələrlə cinsi əlaqəyə girmək qabiliyyətini bərpa edə bilərsiniz. Bu qidaya quş əti və yumurtalarını, məsələn bahar quşların yumurtalarını (yazda onlarda bol cinsi enerji olur) əlavə etsəniz daha gözəl olar. Xoruz yeməyin də faydası böyükdür, çünki onun da xayaları var.
Hərgah siz bu cür qidalansaz öz yaşma sandıqçanızı (xayalığınızı) ağzına qədər toxumla doldura bilərsiniz, bu halda sizin nefrit oxunuz (tənasül aləti) elə bərkiyər ki, istənilən vaxt nefrit koğuşa (uşaqlıq yolu) asanca yol tapar. Əgər dediyim qidadan sonra da tənasül alətiniz dirçəlib bərkiməsə, о zaman bu qidaya quş yumurtası qatılmış buğda sıyığını da əlavə edin. Bu halda cins üzvünün ölümünün qarşısını cinsi qabiliyyəti qida vasitəsilə artırmaq üzrə qədim Çin məlumatından ala bilərsiniz.
Hər bir insanın sağlamlığının qorunub saxlanmasında qida böyük rol oynayır. Əgər səhhətiniz qaydasındadırsa, о zaman seksual funksiya da normal olacaq. Bir şeyi dərk etmək lazımdır ki, cinsi funksiya orqanizm üçün bir növ “artıq ağızdır” və o, yalnız orqanizm özünün bütün ehtiyaclarını ödədikdən sonra qidalanmaq hüququ, əldə edir. Buna görə qida ehtiyatı çatışmadıqda, orqanizm özünü sağ saxlamaq naminə ilk növbədə cinsi funksiyanın qida payını kəsir.
Buna aid bir neçə misal çəkək. İnsan yetkinlik yaşına çatmayana qədər cinsi funksiya passiv vəziyyətdə qalır. Bu hal heyvanlarda da müşahidə olunur. Əgər insanı qida sarıdan məhdudlaşdırsaq, о zaman bədənin kütləsi ləng inkişaf edir və onunla birgə cinsi yetişmənin də müddəti uzanır. Orqanizm qocaldıqca ilk növbədə cinsi funksiya yoxa çıxır, baxmayaraq ki, qalan üzvlər öz sağlamlığını saxlamaqda davam edir. Cinsi funksiyanı “diri” saxlamaq, artıq üçün enerji tələb olunur, orqanizmin isə belə enerji ehtiyatı olmur və o, cinsi potensiyanı “çıxdaş ” etmək məcburiyyətində qalır. Cinsi funksiyanın sönümür ən yaxşı misal olaraq aclığı göstərmək olar. Belə dövrdə orqanizm bütün ehtiyatlarını özünün həyat fəaliyyətini qoruyub saxlamağa sərf edir, nəticədə insanda cinsi əlaqəyə girməyə heç bir həvəs qalmır Və əksinə, qida və enerji bolluğu potensıyanın artmasına səbəb olur və “aşıb-daşan” toxum kisəsini mümkün qədər tez boşaltmaq istəyini doğurur.
Kişinin nесə yemək yediyinə əsasən, onun necə məşuq olduğunu söyləmək mümkündür. Qarınqulu – öz kişilik vəzifəsini nесə gəldi və tələm-tələsiк icra edən, cinsi əla-qənin məzmununa və intim münasibətlərin keyfiyyətinə heç bir əhəmiyyət verməyən yararsız məşuqdur. Ləziz təamları özü üçün əsl bayram sayan, ağzının dadını bilən adam seksə də bu cür incəliklə yanaşır və onu özü üçün uzun sürən bayrama çevirməyə çalışır: Sağlam həyat tərzi sürən, ət yeməyən və ümumiyyətlə hər cür yeməyi öz sağlamlığı naminə qurban verə şəxs seksdə öz partnyorunu öz şəxsi istəklərinə tam tabe etdirməyə can atır.
Qida cinsi qabiliyyətinizi artırsın deyə, siz aşağıdakılara əməl etməlisiniz. Qida ilk növbədə orqanizmin ümumi sağlamlığını lazımi səViyyədə qorunub saxlanılmasına kömək etməlidir. Cinsi potensiya məhz belə bir sağlam özül üzərində inkişaf edə bilər. Yalnız bundan sonra cinsi funksiyanı stimullaşdırmaq üçün xüsusi qaydadan istifadə etmək olar. Əks halda bu cür qidanın elə bir faydası olmayacaq.

İndi baxaq görək ümumi sağlamlaşdırılma üçün qidanın kötnəyilə orqanizmdə əlverişli şəraiti necə yaratmaq olar:
1. Qida həzm orqanlarının bioritmoloji fəallığına uyğun qəbul edilməlidir: səhər yeməyi saat 7-dən 9-dək, nahar saat 13-dən 15-dək. Şam yeməyi zamanı bir stəkan təzə sıxılmış meyvə şirəsi, yaxud bir stəkan qatıq içmək, bir az meyvə yemək olar. Ot dəmləməsinin də xeyri var. Saat 5-6-dan sonra qəbul edilən qida orqamzmin normal fəaliyyətini pozur, çətin həzm olunur və orqanizmi paslandırır. Bunu da qeyd edək ki, həzm prosesi 5-7 saat çəkir, gecələr bədənin temperaturu düşür və onunla birgə həzm fermentlərinin fəallığı da azalır. Bunun nəticəsində qida uzun müddət, həm də natamam həzm olunur, bu da pasların yaranmasına və orqanizmin ümumi həyat qabiliyyətinin zəyifləməsinə gətirib çıxarır.
2. Qida belə bir ardıcıllıqla qəbul edilməlidir. Əvvəlcə maye içir (əgər buna ehtiyac varsa), sonra salat və ya pörtlədilmiş tərəvəz, yaxud meyvə yeyirlər. Əsas yemək nişastalı və ya zülallı qida olmalıdır; bunları bir yerdə yemək (məsələn kartofla ət koletini) məsləhət görülmür.
Arayış üçün bildirək ki, yeməkdən dərhal sonra içilən maye mədə-bağırsaq şirəsini durulda, yaxud onun bir his-səsini yuyub apara bilər. Təzə (yaxud ilin soyuq aylarında yarı pörtlədilmiş) tərəvəz və meyvə qida leykositozunun aradan götürülməsinə kömək edir, bağırsaq peristaltikasını normallaşdırır, həzm kanalında düzgün mikrofloranın inkişafına köməklik göstərir; zülallar (ət, yumurta, kəsmik, pendir və s.), yaxud nişastalar (kartof, yarma, çörək və s.) daha yaxşı həzm olunur və mənimsənilir.
3. Bir dəfəyə çox yemək məsləhət görülmür. Bir dəfəyə qəbul edilən qidanın ümumi həcmi 0,7-1 litrdən çox olmamalıdır. Ümumiyyətlə cinsi akt ərəfəsində doyunca yemək düzgün deyil və sağlamlığa ziyan gətirir.
4. Yeməyi elə hazırlamaq lazımdır ki, onun tərkibin-də daha çox bioloji fəal maddələr və həyat enerjisi qalsın. Tədqiqatlar göstərir ki, 90 yaşında dünyaya övlad gətirmək qabiliyyəti ilə bizi heyrətə salan dağ sakinləri bütün həyat-ları boyu əsasən təbii qida – göyərti, tərəvəz, meyvə, qoz,
süd məhsullarından istifadə edirlər.
5; Yeməyin düzgün hazırlanması qaydalarından bır
neçəsi ilə sizi də tanış etmək istəyirik.
Ət ilə, ələlxüsus ət sümüyü ilə bişirilən bulyon yemək məsləhət deyil. Ətli bulyon ekstraktiv maddələrlə zəngin olur və bunlar ürək-damar xəstəliklərinin inkişafına təkan verir. Yaxşı olar ki, əti narın doğrayıb tərəvəzlə birgə bişirəsiniz.
b) Xörəyi vam odda, kip örtülü qapaq altında öz şirəsində, yaxud cüzi miqdarda su əlavə etməklə bişirməyə çalışın. Xörəyi yalnız bitki yağı ilə hazırlamaq məsləhət görülür. Qazana narın doğranmış hər növ tərəvəz tökür, onun üzərinə əsas ərzağı – balıq, ət və yarma qoyur, bunların üstünə isə təzədən bır lay tərəvəz düzürlər. Qatışığın üzərinə qaynar su tökür və gur odun üstünə qoyurlar Su qaynamaq həddinə çatanda odu azaldırlar və xörək hazır olana qədər
vam odda bişirirlər.
v) Qızdırma və dəmləmə üsulu ilə hazırlanan qidada Vitaminlər öz keyfiyyətini itirmir.
Xörəyi odun üzerində qaynama həddinə çatdırdıqdan sonra kənara çəkin. 30-40 dəqiqədən sonra xörəyi yenidən od üzərinə qoyun, qaynama həddinə çata və 5-6 dəqiqə qaynadıb, yenə 20 dəqiqəlik fasilə verin. Yalnız bundan. sonra xörək hazır sayıla bilər.
Göstərdiyimiz yemək hazırlama üsullarına yiyələnikdən sonra cinsi potensialı artırmaq üçün nəzərdə tutulmuş xüsusi qida və ərzaqlardan istifadə etmək olar.
Qədim və müasir bilikiər əsasında sübut edilmişdir ki, cinsi reaksiya müvafiq enerji ilə Stimullaşdırır. Bu enerji
ərzaq məhsullarında. Aktiv və əlaqəli şəkildə mövcud ola bilər. Buna əsasən ərzaq məhsullarmı iki böyük kateqoriyaya bölmək olar.
Birinci kateqoriya. Bu kateqoriyaya təkibindəki həyat enerjisinin fəal olduğu məhsullar aid oluna bilər. İlk növbədə buraya aiddir: müxtəlif növ cücərmələr – cücərmiş dənlər (cücərtisi 2-5mm-o çatan). hələ böyüməkdə olan meyvə köklü bitkilər, yumurtaların inkişafda olan embri onlan, kürü. tərkibində faydalı mikro orqanizmlərin iştirakı ilə fəal fermentativ reaksiyaları getdiyi məhsullar (məsələn, pivə acıtması və bu sayaq məhsullar).
İkinci kateqoriya. Bu kateqoriyaya tərkibində həyat enerjisini “konserv ’iəşdirildiyi bütün məhsullar aiddir. Bu cür enerji ən çox cinsiyyət orqanlarının toxumlarında. sirukturlarında, heyvanların toxumlarında, buynuz tipli digər strukturturlarında. habelə yandırıcı. qızışdırıcı təsirə malik olan, meyvə köklü bitkilərin tərkibində olur.
Birinci kateqoriyaya ilk növbədə cücərmiş dənlər və ondan alınmış məhsullar aiddir. Məsələn, cücərmiş buğdadan hazırlanmış çörək və cücərmiş dənlərdən bişirilmiş şorba. Bunların tərkibində çox mühüm B, E, D vitaminləri, habelə cinsi erreksiyanın mükəmməl fəaliyyəti üçün zəruri sayılan digər çoxsaylı maddələr olur. Bu məhsullarla qidalandıqdan cəmi 2-3 gün soma cinsi potensiya xeyli artır.
Birinci kateqoriyaya aid aşağıdakı ərzaq və yeməklər: - Cücərmiş buğdadan hazırlanan pəhriz kökəsi. 200-300 qram buğda götürün, yuyun, sonra dərin nimçəyə tökün, üzərinə su əlavə edin. Su buğda qatının üçdə

birini örtməlidir. Nimçənin üstünə qapaq qoyun, otaq temperaturunda saxlayın. Hərdən buğdanı qarışdırın ki, üstü qurumasın. Əgər lazım olsa azca su əlavə edin. Təxminən 2-3 gündən sonra buğdada 1-2 mm. cücərti əmələ gələcək. Deməli buğda hazırdır. Artıq suyu süzün. nimçəni sellofana bükün və soyuducuya qoyun (ancaq buz kamerasına yox). Bu, buğdanın bundan artıq cücərməsinin qarşısını almaq üçündür.
Lazım gəldikcə bu nimçədən buğda götürüb, ət maşınından keçirin, kiçik kökələr yapın və kərə, yaxud bitki yağında azacıq qızardan. Kökləri isti-isti yemək lazımdır. Kökənin üstünə bal da yaxıb yemək olar. Qış aylarında bundan faydalı, güclü və dadlı yemək tapmaq çətindir.[ad#468x15]

You can leave a response, or trackback from your own site.

Şərh et

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More