Seçki məntəqəsində striptiz

Ukraynanın “FEMEN” qadın hərəkatının nümayəndələri Viktor Yanukoviçin səs verməli olduğu 20 nömrəli striptizməntəqədə aksiya keçiriblər.

Lent.az-ın xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bir neçə qadın etiraz əlaməti olaraq soyunub.

“FEMEN”in üzvləri “siyasi zorakılıq” və “seçki prosesi zamanı bütün demokratik prinsiplərin pozulmasına” etiraz ediblər. Onlar Yanukoviç məntəqəyə gəlməmişdən bir neçə dəqiqə əvvəl məntəqəyə daxil olaraq soyunublar. Yarımçılpaq qadınlar “Bu gün müharibə başlayacaq” plakatı qaldıraraq “Ukraynanı zorlamayın” şüarı qışqırıblar.

Məntəqənin mühafizəçiləri qadınları binadan çıxarıblar. Bundan sonra onlar milis tərəfindən tutularaq bölməyə aparılıblar. Qadınlara xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Onlar 4 saat milis idarəsində saxlanılıblar.

[ad#468x15]

You can leave a response, or trackback from your own site.

Şərh et