Mastopatiya
January 14, 2010 by Adrenalinka
Filed under CİNSƏL XƏSTƏLİKLƏR
Mastopatiya – hormonal tarazlığın pozulması nəticəsində süd vəzilərində yaranan xəstəlikdir. Qadinların 80 faiz mastopatiyanın əlamətləri ilə yaxından tanışdır: bu döşdə yaranan agrılar və müxtəlif ölçülü kütlələrdir.
Adətən, qadınlarda aybaşıdan qabaqkı mərhələdə süd vəzilərində bərkimə va müəyyən ağrılar olur və dövrün başa çatması ilə bu simpotmlar da itir. Qeyd olunanlar mastopatiyanın ilkin əlamətləridi, lakin bir çox qadınlar həkimə müraciət etmədən uzun illər bununla yaşayırlar. Vaxtında həkim – mammoloqa edilən müraciət mastopatiyanın qarşısını almağa imkan verir.
Növləri
Əsasən iki növü fərqləndirilir: diffuzion və düyün mastopatiya. Diffuzion mastopatiyada süd vəzisində çox saylı xırda düyünlər yaranır düyün mastopatiyada isə yalnız bir düyün formalaşmış olur. Diffuzion mastopatiyani müalicə ilə aradan qaldırmaq mümkün olsa da, tək düyün olduqda cərrahi müdaxilə artıq qaçılmazdır.
Yaranma səbəbləri
Xəstəliyin yaranma səbəbləri çoxsaylı və müxtəlifdir. Hormonal disbalansdan əlavə xəstəliyin yaranmasına səbəb olan amillər çoxluq təşkil edir.
• İlkin və ən əsas səbəb irsi daşıyıcılıqdır. Əgər qadının ana xəttində xoş və ya bəd xassəli şişdən əziyyət çəkibsə, nəslin növbəti xanım üzvlərində xəstəliyin özünü biruzə verməsi riski böyükdür.
• Qeyri-müntəzəm intim həyat da xəstəliyin yaranma səbəblərindən biridir. Belə ki, intim həyatın normal olmaması hormonal disbalansa gətirib çıxarır ki, bu da oz növbəsində xəstəliyə təkan verəm əsas amillərdəndir.
• Hamiləliyin yarımçıq kəsilməsi – abort etmiş qadınlarda mastopatiyanın yaranma riski üç dəfə artır.
• Müxtəlif xəstəliklər mastopatiyanın yaranmasına səbəb ola bilər – qalxanvari vəz xəstəlikləri, diabet, piylənmə, böyrək nasazlığı, əsəb pozğunluqları. Eyni zamanda süd vəzilərinin travmalarını (ən əhəmiyyətsizini belə) yaddan çıxartmaq olmaz.
• Daha bir səbəb ətraf mühitdir. Pis ekologiya, siqaret və içki kimi mənfi vərdişlər mastopatiyaya səbəb ola bilər.
• Eyni zamanda heç vaxt hamiləlik keçirməyən və gec yaşlarda uşaq dünyaya gətirən, övladına qisa müddətə və ya ümumiyyətlə süd verməyən qadınlarda da xəstəliyə yoluxma riski böyükdür.
İlkin mərhələdə xəstəlik insanı heç bir halda narahat etmir və gizli inkişaf edir. Məhz elə buna görə də müntəzəm olaraq yoxlamalardan keçmək mütləqdir. Xəstəliyin inkişafını izləmək üçün müntəzəm olaraq UZİ-dən keçmək, mammoqrafiya (süd vəzinin rentgeni) çəkdirmək lazımdır.
Əgər qeyd olunan simptomlardan hər hansı birini özünüzdə müşahidə etmisinizsə, süd vəzisində “limon qabığı” effekti yaranıbsa, qoltuqaltı zonada limfa düyünlərinin soyuqlaması varsa, süd vəzinin forması dəyişibsə və gilələrdən xüsusi ifrazat gəlirsə mütləq həkim – mammoloqa müraciət etmək lazımdır.
Donuz Qripi Cinsi Həyata da Təsir etdi!…
December 7, 2009 by admin
Filed under CİNSƏL XƏSTƏLİKLƏR
Donuz qripi hər nə qədər cinsi yoll bulaşmasa da yaxın təmas riski artırır. Bu səbəblə mütəxəssislər qrip olan bir adamın onsuz da
öpüşmə, sevişmə kimi yaxın təmaslardan qaçınması lazım olacağı üçün cinsi əlaqəni bu dövrdə təklif etmirlər.
Son günlərdə donuz qripi təhlükəsinin bütün dünyanı qucaqlamış vəziyyətdə olduğuna diqqət çəkən Cinsi Sağlamlıq İnstitutu Dərnəyi (CİSED) Ümumi Başçısı Dr. A. Cem Keçə; “Donuz qripinə səbəb olan virusun adı A tipi H1N1 ilk olaraq 6 ay əvvəl Meksikada ortaya çıxdı və xəstəlik qısa müddətdə bütün dünyaya yayıldı. Donuz qripinin əlamətləri əslində digər qrip növləri ilə bənzərlik göstərməkdədir və insandan insana bulaşmaqdadır. Donuz qripinin təməl əlamətləri; yüksək istilik, öskürək, boğaz ağrısı, ümumi bədən ağrısı, baş ağrısı, halsızlıq, üşümə və yorğunluqdur. Bəzi vəziyyətlərdə qusma və ishal da görülə biləcəyi kimi, ağır hadisələrdə sətəlcəm, tənəffüs çatmazlığı və bəzən ölüm də görülə bilər. Qrip mövsümü olaraq adlandıra biləcəyimiz bu günlərdə sağlımızı qorumaq üçün insanlarla yaxın təmasdan qaçınmalıyıq. Yoldaşınız tez-tez xaricə gedirsə donuz qripi təhlükəsiylə qarşı-qarşıya qala bilər, ancaq xüsusilə bu günlərdə ölkələrə girərkən möhkəm bir şəkildə sağlamlıq daramaları edilməkdədir. Yenə də yoldaşınız vətənə qayıtdığında lazımlı testləri etdirə bilər. Əgər yoldaşların ikisində də xəstəlik əlamətləri yoxsa öpüşmələrində bir qorxu yoxdur. Ancaq yoldaşlardan biri qripsə yaxşılaşana qədər yataq otağı ayırıla bilər” dedi.
Donuz Qripindən Qorunma Üsulları
Donuz qripinə qarşı qorunmada ən əhəmiyyətli üsulun gigiyena olduğunun vurğulayan CİSED Ümumi Başçı Köməkçisi Psixoloq Gülüm Bacanaq isə bu məlumatları verdi:
“Donuz qripində əllərin təmizliyi böyük əhəmiyyət daşıyar, çünki ən təsirli tədbir tez-tez əllərin yuyulmasıdır. Virus; xəstəliyi daşıyanlarla eyni mühiti paylaşmaqla, öskürmə, öpüşmə, asqırma, qucaqlaşma, yaxın məsafədə danışma kimi hava yoluyla və təmasla bulaşmaqdadır. Bu səbəblə burun və ağız təmizliyi də çox əhəmiyyətlidir. Burunu silmə yerinə burnu bol suyla yuma və fınxırma seçilməli; antiseptik (mikroorqanizmlərin çoxalmasını maneə törədən və onları öldürən maddə) qarqara ilə qarqara edilməlidir. Bunun xaricində öskürərkən ya da asqırarkən ağız və burnun tək istifadəlik dəsmal ilə bağlanılması və dəsmalın atılması, əlin sabunlanılması əhəmiyyətlidir. Qidalara diqqət yetirilməli, bol maye alınması, bədən müqavimətinin artırılması üçün B və C vitaminlərindən zəngin tərəvəz və meyvələrin bol bol istehlak edilməsi və immün sistemi gücləndirici dərman istifadə edilməsi lazımdır. Ayrıca ümumiyyətlə fərdi təmizlik tədbirlərinin alınması, otaqların tez-tez havalandırılması, sıxlıq və havasız mühitlərdən mümkün olduğunca qaçınılması, zəruri hallar xaricində epidemiyanın yaşandığı bölgələrə olan səyahətlərin təxirə salınması lazımdır. İstiliyin 38 dərəcənin üzərinə çıxması, şiddətli öskürək, oynaq ağrıları, iştahsızlıq kimi hallar görüldüyündə dərhal həkimə müraciət edilməlidir.”
Donuz Qripi Cinsi Yolla Bulaşmaz
Donuz qripinin digər qrip növləri kimi yaxın təmas, öskürək və ya asqırma kimi yollarla bulaşmaqda olduğuna diqqət çəkən Dr. A. Cem Keçə; “Ayrıca havasız mühitlərdə, virusun bulaşmış olduğu bir yerə toxunulduqdan sonra əllər ağız ya da buruna aparıldığında da xəstəlik bulaşa bilər. Ancaq donuz qripinə gətirib çıxaran virusun cinsi yolla bulaşdığına dair bir məlumat hələ yoxdur. Bu səbəblə prezervativ yəni kondom adamı donuz qripindən qorumaz. Ancaq qrip olan bir adamın onsuz da öpüşmə, sevişmə kimi yaxın təmaslardan qaçınması lazım olacağı üçün cinsi əlaqəni bu dövrdə təklif etmirik” deyə danışdı.
Sevişmədən Əvvəl Ağız və Burun Təmizliyinə Diqqət yetirin
Dostlarla qarşılaşıldığında öpüşmənin ictimai bir vərdiş və imtina edilməsi çətin bir ənənə olduğuna diqqət çəkən CİSED Ümumi Sekretarı Psixoloji Məsləhətçi Fatoş Ayrı isə; “Amma sağlamlıq söz mövzusu olduğunda kiçik bəzi tədbirlər belə çox əhəmiyyətli ola bilər. İnsanlarla öpüşməkdən, qucaqlaşmaqdan və yaxın təmasdan qaçınmaq, otaqları tez-tez havalandırmaq və əlləri tez-tez sabunla yumaq həyat qurtarıcı ola bilər. Cütlərə gəlincə, onsuz da cütlər bir-birlərinin sağlamlıq vəziyyətindən xəbərdardırlar və lazımlı müayinələrdən keçdikləri zaman öpüşmələrində ya da yaxınlaşmalarında bir qorxu olmayacaq. Ancaq cütlərin sevişmədən əvvəl ağız və burun təmizliyinə diqqət yetirmələri çox əhəmiyyətlidir. Yəni cütlər əgər ümumi təmizlik qaydalarına və bəslənmələrinə diqqət yetirsələr cinsi həyatları bu vəziyyətdən təsirlənməyəcək” dedi.
Donuz Qripinin Psixoloji Təsirləri Nələr?
Donuz qripindən qorunmada müsbət düşünmənin əhəmiyyətini də vurğulayan CİSED Ümumi Başçı Köməkçisi Psixoloq Gülüm Bacanaq, bu şərhləri etdi:
“Donuz qripi ilə əlaqədar xəbərlərin mediada yayılması insanlarda bir çaxnaşma havasına da səbəb ola bilir və xüsusilə xəstəxanalarda, məktəblərdə, körpələr evləridə və sıxlıq mühitlərdə işləyən kəslər psixoloji olaraq qrip əlamətləri göstərməyə başlaya bilərlər. Lazımlı təmizlik qaydalarına uyğun gəldikdən sonra sakit olmaq, müsbət düşünmək və açıq havada məşq etmək, adamın həm psixoloji olaraq həm də bədənlə xəstəlikdən təsirlənməsinə maneə törədəcək.”
Homoseksual kontakt nəticəsində Azərbaycanda 16 nəfər HİV-ə yoluxub
December 1, 2009 by admin
Filed under CİNSƏL XƏSTƏLİKLƏR
Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu il dekabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində
HİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülüb.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Onlardan 2138 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 448 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 274 nəfər olub.
Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu günədək 2138 HİV-ə yoluxmuş insandan 634-ü (29,7%) Bakı şəhəri və Abşeron rayonunda, 1465-i (68,5%) respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 39 nəfərin (1,8%) yaşayış yeri naməlumdur.
2138 nəfər Azərbaycan vətəndaşından 1376-da (64,4%) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 495-də (23,2%) heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində, 20-də (0,9%) anadan uşağa keçməklə, 1-də (0,05%) donor qanının köçürülməsi nəticəsində baş verib, 230 nəfərdə (10,8%) yoluxma yolu naməlumdur.
Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 18 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 166 ailədə ər-arvad, 547 ailədə yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxub.
Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 310 nəfər cəlb olunub.
Azərbaycan vətəndaşları arasında təkcə bu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 63,3%-ı, ümumilikdə isə 1992-01.12.2009-cu il tarixinə olan dövrdə yoluxma hallarının 64,4%-ı inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Xatırladaq ki, hər il dekabr ayının 1-də Ümumdünya AİDS günü qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü bu il artıq 21-ci dəfə keçirilir.
HİV infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,2 milyon təşkil edib ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır.
Pərvin ABBASOV
Virus (HPV,HSV və digərləri)
November 28, 2009 by admin
Filed under CİNSƏL XƏSTƏLİKLƏR
Bu başlıq altında toplanan xəstəliklər (CUBH) iki insan arasında ibarət olan cinsi xüsusiyyətli yaxın təmasla bulaşan mikrobik
(bakteriya, virus, parazitlərə bağlı) xəstəliklərdir. Əvvəllər zöhrəvi xəstəliklər olaraq xatırlanan bu xəstəliklərin bir qisimi yalızca genital bölgədə görüntülərə səbəb olarkən (qadında vaginal axıntı, kişidə üretradan axıntı, hər iki cinsdə genital bölgədə xora kimi), digər bir qisimi bütün bədəni təsir edən ümumi görüntülərə səbəb olarlar (sifilis, hepatit B və AIDS kimi).
Bu xəstəliklərin bir qisimi üçün ən əhəmiyyətli bulaşma yolu iki insanın cinsi xüsusiyyətli yaxın təması ikən (genital ziyil, herpes simpleks, vaginit kimi), digər bir qisim xəstəliklər cinsi yolla bulaşmağa əlavə olaraq qan yoluyla (AIDS və hepatit B? nin virusu daşıyan qanın nəql edilməsiylə bulaşması kimi, anadan körpəsinə hələ doğulmadan sifilis bulaşması kimi) və cinsi əlaqə xaricindəki yaxın təmasla da bulaşa bilməkdədir (anadan körpəsinə doğum əsnasında ya da doğum sonrasında əmizdirmə və baxım əsnasında bulaşan genital ziyil, herpes simpleks və hepatit B kimi, ailə içində gündəlik həyat şərtlərinin paylaşılması nəticəsi bulaşan hepatit B kimi).
Bu qrupdakı xəstəliklərin bulaşması üçün heteroseksual əlaqə (qadın-kişi cinsi əlaqəsi) şərt olmadığı kimi, bulaşma üçün gerçək cinsi əlaqə olmadan infeksiyası daşıyan birinin genital bölgəsiylə yaxın təmas belə xəstəliyə yoluxmaq üçün kafi ola bilməkdədir (genital ziyil kimi). Cinsi yolla bulaşan xəstəliklər bütün digər yoluxucu xəstəliklər kimi deyilməsi zəruri xəstəliklər qrupunda iştirak edərlər.
Bu xəstəliklərin çoxu üçün cinsi əlaqə xaricində də müxtəlif bulaşma yolları mövcuddur. Buna görə bu xəstəliklərdən birinə tutulan adamın partnerini, ya da partnerin xəstəliyə tutulan adamı sədaqətsizliklə ittiham etməsi haqsızlıq ola bilər. CYBH- larda görülən işarələr başqa xəstəliklərdə də görülə bilər və yalnız diaqnoz qoyulmadan qarşı tərəfi günahlandırmaq mənasızdır.
Cinsi yolla bulaşan bir xəstəliyi olan adamın əlaqədə olduğu kəslərə vəziyyəti bildirməsi və bu kəslərin də diaqnozdan keçmələri üçün xəbərdarlıq etməsi; müalicə bitənə qədər, həkimin təyin etdiyi müddət içərisində heç bir cinsi fəaliyyətdə olmaması ya da həkimin icazəsiylə prezervativ qoruyuculuğu altında əlaqədə olması partnerine və cəmiyyətə qarşı ən əhəmiyyətli məsuliyyətidir.
Prezervativsiz əlaqəyə girməyin.
Prezervativ HPV bulaşmasına maneə törətmir!
November 25, 2009 by admin
Filed under CİNSƏL XƏSTƏLİKLƏR
Qadını ölümcül rəhm ağızı xərçəngindən qoruyan rəhm ağızı xərçəngi peyvəndi HPV tip 6, 11, 16 və 18in səbəb olduğu xərçəng əvvəli aşağı dərəcəli lezyonları və genital ziyilləri önləyir. Anadolu Sağlamlıq Mərkəzi Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Fateh Güçer, rəhm ağızı xərçəngi peyvəndi ilə əlaqədar sualları cavabladı.
Rəhm Ağızı xərçəngi necə meydana gələr? meydana gəlmə səbəbləri nədir?
Rəhm ağızı xərçəngi, rəhm ağızında anormal hüceyrə çoxalmasıdır. Ən əhəmiyyətli səbəbi Human Papilloma Virus yəni HPVdir. Rəhm ağızı xərçəngi, HPV infeksiyasına cavab olaraq rəhm ağızı divarında anormal hüceyrələrin idarəsiz bir şəkildə çoxalmasıyla inkişaf edər. Bu anormal hüceyrələr bir araya gələrək şiş adı verilən kütlələri meydana gətirərlər. HPV, təmas və cinsi əlaqə yoluyla bulaşar. HPV virusunun kürt müddəti təxminən doqquz aydır. İnfeksiya təsirlərinin ortaya çıxması üçün virusu aldıqdan sonra təxminən bir ilin keçməsi lazımdır. Bir çox hadisədə infeksiya səssiz qalıb, bir neçə il HPV virusunun təsirləri ortaya çıxa bilməkdədir.
Rəhm ağızı xərçəngini önləmək ekrən yaşda tətbiq olunan peyvəndlər kimlərə tətbiq oluna bilər?
HPV peyvəndi, xüsusilə 9-13 yaş aralığındakı qız uşaqlarına tətbiq olunmalıdır. Bu yaş aralığı istəyə bağlı olaraq 26 yaşına qədər uzadıla bilər. HPV peyvəndinin canlı bir peyvənd olmadığı və hepatit peyvəndləri kimi genetik texnologiya ilə hazırlandığı üçün bir çox adama rahatlıqla tətbiq oluna bilməkdədir. Peyvənd üç doza olaraq, altı aylıq müddət içində, qoldan tətbiq olunmaqdadır. Peyvənd, oral seks yoluyla keçən HPVin səbəb olduğu ağız içi və qırtlaq xərçənglərinə qarşı da qoruyucudur. Çünki eyni mexanizm o bölgədə də işləyir.
Bu peyvəndi hər qadın etdirməlimi?
Bu peyvəndin risk altında olduğunu düşünən hər kəsə etdirməli. Əslində bütün cəmiyyəti peyvənd edəcək olsaq bundan 20-30 il sonra Azərbaycanda heç bir rəhm ağızı xərçəngi qalmaz. Ancaq bunu da şübhəsiz ifadə etmək lazımdır. Bu anda bazarda olan HPV peyvəndi xərçəngə səbəb olan tiplərdən tip 16 və 18ə qarşı qoruyucu, digər tiplərə qarşı qoruyucu deyil. Xərçəngə səbəb olan HPV virusları içində 16 və 18 bütün xərçənglərin 70%-ni meydana gətirir. Demək ki, xərçənglərin 30%-i peyvəndin qorumadığı növdən HPV tipləri ilə meydana gəlir. Yəni peyvənd olmaq demək xərçəngə tutulmama zəmanəti deyil. Peyvənd olunduğu zaman da smear daramasının eyni şəkildə davam etməsi lazımdır
Bu peyvəndi cinsi əlaqəyə girən qadınların eletdirməyəcəyi deyilir. Bunun düzgünlük payı nədir?
Peyvənd hələ heç cinsi təcrübə yaşamamışlarda daha təsirli olmaqdadır. Ancaq cinsi əlaqə burada tək meyar deyil. Qadın, cinsi əlaqə yaşamış olsa da, yüzə yaxın növü olan HPV viruslarından, xərçəngə gətirib çıxaran tipləriylə qarşılaşmadısa; bu peyvənd qoruyacaq.
Hamilələrə edilə bilərmi?
Hamiləlik əsnasında təklif edilmir amma əmizdirən qadınlara tətbiq oluna bilər. Hamiləlikdən əvvəl başlanmışsa, davam edilməz, hamiləlik sona çatdıqdan sonra yenidən peyvənd etmə edilə bilər.
Kişilər də etdirə bilərmi?
Kişilərin peyvənd edilməsi hələ müzakirə edilir. Çünki onlarda da xərçəngə gətirib çıxarmayan genital ziyillər meydana gəlir. Seçsələr kişilərin də daşıyıcı olmama adına 9-15 yaş arasında peyvənd edilə biləcəyi bildirilir.
Cinsi əlaqədə prezervativ istifadəsi HPV bulaşmasını maneə törədə bilərmi?
Prezervativlə HPVdən təəssüf ki, dəyişik nisbətlərdə olan qoruma bəlkə təmin edə bilir amma tam olaraq qorunma üçün prezervativ belə qeyri-kafidir. Çünki bulaşma üçün mütləq ki bir maye alveri lazım deyil, bədən təması ilə belə bulaşa bilir. HPV infeksiyası cinsi əlaqə sonrası hər qadına bulaşmamaqda. Virus ilə qarşılaşan insanların 80%-i bu virusu heç fərqində olmadan def etməkdədir. Ancaq 20% insanda bu virus uzun dövr sürən gizli infeksiyaya səbəb olmaqdadır. Hətta gizli infeksiyanın da 70%i immunitet sistemi tərəfindən məğlub olmaqdadır. Ancaq geriyə qalan insanlarda rəhm ağızında illər içərisində xərçəng qabaqcılı lezyonlar ortaya çıxmaqda və bəzi kəslərdə qabaqcıl lezyonlar xərçəngə irəliləməkdələr.
CİNSİ YOLLA BULAŞAN XƏSTƏLİKLƏR
November 23, 2009 by admin
Filed under CİNSƏL XƏSTƏLİKLƏR
Bu başlıq altında toplanan xəstəliklər (CUBH) iki insan arasında ibarət olan cinsi xüsusiyyətli yaxın təmasla bulaşan mikrobik
(bakteriya, virus, parazitlərə bağlı) xəstəliklərdir. Əvvəllər zöhrəvi xəstəliklər olaraq xatırlanan bu xəstəliklərin bir qisimi yalızca genital bölgədə ifadə edilərə səbəb olarkən (qadında vajinal axıntı, kişidə üretradan axıntı, hər iki cinsdə genital bölgədə xora kimi), digər bir qisimi bütün bədəni təsir edən ümumi ifadə edilərə səbəb olarlar (sifilis, hepatit B və AIDS kimi).
Bu xəstəliklərin bir qisimi üçün ən əhəmiyyətli bulaşma yolu iki insanın cinsi xüsusiyyətli yaxın təması ikən (genital siğil, herpes simpleks, vajinit kimi), digər bir qisim xəstəliklər cinsi göndər bulaşmağa əlavə olaraq qan yoluyla (AIDS və hepatit Bin virusu daşıyan qanın nəql edilməsiylə bulaşması kimi, anadan körpəsinə hələ doğulmadan sifilis bulaşması kimi) və cinsi əlaqə xaricindəki yaxın təmasla da bulaşa bilməkdədir (anadan körpəsinə doğum əsnasında ya da doğum sonrasında əmizdirmə və baxım əsnasında bulaşan genital siğil, herpes simpleks və hepatit B kimi, ailə içində gündəlik həyat şərtlərinin paylaşılması nəticəsində bulaşan hepatit B kimi).
Bu qrupdakı xəstəliklərin bulaşması üçün heteroseksüel əlaqə (qadın-kişi cinsi əlaqəsi) şərt olmadığı kimi, bulaşma üçün gərçək cinsi əlaqə olmadan infeksiyasiya daşıyan birinin genital bölgəsiylə yaxın təmas belə xəstəliyi götürmək üçün kafi ola bilməkdədir (genital siğil kimi). Cinsi göndər bulaşan xəstəliklər bütün digər yoluxucu xəstəliklər kimi elanı zəruri xəstəliklər qrupunda iştirak edərlər.
Bu xəstəliklərin çoxu üçün cinsi əlaqə xaricində də müxtəlif bulaşma yolları mövcuddur. Buna görə bu xəstəliklərdən birinə tutulan adamın partnerini, ya da partnerin xəstəliyə tutulan adamı sədaqətsizliklə ittiham etməsi haqsızlıq ola bilər. Dahası CYBH-lərdə görülən başqa xəstəliklərdə də görülə bilər və yalnız qarşı tərəfi günahlandırmaq mənasızdır.
Cinsi yolla bulaşan bir xəstəliyi olan adamın xəstəliyin var olduğu zaman hissəsi içində əlaqədə olduğu kəslərə vəziyyəti bildirməsi və bu kəslərin də nəzarətdən keçmələri üçün xəbərdarlıq etməsi; müalicə bitənə qədər, həkimin təyin etdiyi müddət içərisində heç bir cinsi fəaliyyətdə olmaması ya da həkimin icazəsiylə prezervativ qoruyuculuğu altında əlaqədə olması partnerine və cəmiyyətə qarşı ən əhəmiyyətli məsuliyyətidir.
Bel Soyuqluğu
November 19, 2009 by admin
Filed under CİNSƏL XƏSTƏLİKLƏR
Cinsi təmasla bulaşan kişilərdə sıxlıqla üretrit (sidik kanalı iltihabı) və bel soyuqluğu, qadınlarda isə sıxlıqla servisit (rəhm ağızı bölgəsi
iltihabı) edən bir xəstəlikdir.
Faktor mikroorqanizm (Neisserria Gonorhea) bu xəstəliklərin yanında farengit kimi boğaz infeksiyalarına da yol aça bilməkdədir.
Xəstəlik sıxlıqla əlamət verməz (asemptomatiktir). Əgər əlamət versə şikayətlər 1-30 gün sonra ortaya çıxar. Bunlar:
-Cinsi orqandan gələn sarımtıl və konsistensiyalı maye
-Adət xarici qanama
-Xroniki qasıq ağrısı
-Sidik əsnasında ağrı və yanma hissi
-Sıx sidiyə çıxma
-Boğaz ağrısı şəklindədir.
Müalicə edilmədiyi təqdirdə üretra (sidik kanalı) və fallop zərər görərək sterilidə (sonsuzluq) ola bilər.
Erkən diaqnoz ilə müalicəsi son dərəcədə asandır.
Penis Ağrısı Və Şişməsi
November 12, 2009 by admin
Filed under CİNSƏL XƏSTƏLİKLƏR
Parafimoz: Sünnə dərisi öz-özünə penisin arxa tərəfinə doğru önə gəlməyəcək şəkildə büzüldü və çox şişdi. Bu vəziyyət antibiotiklə və
ya tam ya da qismi sünnələ müalicə edilə bilər.
Balanit: Penisinizin ucu iltihablandı və tahriş oldu. Buna göbələk və ya bakteriya infeksiyası və ya kimyəvi tahriş (geyimlərdə qalan quru təmizləmə maddələri) səbəb olar. Əksəriyyətlə sünnət olmamış və ya şəkər xəstəsi kişilərdə meydana gəlir. Antibiotik almanız, xayalarınızı təmizləməniz və ağrı aradan qaldırıcı məlhəm istifadə etməniz lazım ola bilər bilər.
Priapizm: Heç bir səbəb yoxkən, cinsi arzu və ya fəaliyyətdə olmadan ereksiya olur. Buna ümumiyyətlə penisi sərtləşdirən qanın ani və çoxu vaxt bilinməyən bir səbəblə boşalmaması yol aça bilər. Bəzən bir xəstəlik ya da onurğa iliyi sinirlərinin yaralanması, bezlərdəki bir vəziyyət və ya dərmandan qaynaqlana bilər. Lazım olduğu kimi müalicə edilməzsə, ereksiya bir daha mümkün olmaz.
Xərçəng: Sünnət olmamışsınızsa fərq edə bilməyəcəyiniz kiçik, sızanağa bənzər bir şey meydana gəldi və artıq axıntı edir. Sidik etmək ağrılı vəziyyətdə ola bilər və qasıqlarınızda yumrular meydana gəldi. Penis xərçəngi çox nadir görülər, əksəriyyətlə erkən yoxlanıldığında müalicə edilə bilər.
Özünüz Nə Edə bilərsiniz?
Penis ağrısı əksəriyyətlə öz-özünə müalicə edilə bilməz. Məsələn ağrıyan və ya şişən sünnə dərisini zorla önə aparmaq və ya tahriş olmuşsa altını təmizləmək tövsiyə edilməz. Əgər cinsi əlaqə əsnasında və sonrasında ağrı varsa, bu yoldaşınızın vajinasının quruluğundan qaynaqlana bilər.
Penisinizin ucunda cinsi əlaqədən sonra yara meydana gəlir və siz lateks prezervativ istifadə edirsinizsə, lateks olmayan bir prezervativ və ya başqa qorunma üsulunu təcrübədən keçirin. Ağrı keçirsə, demeli latekse qarşı allergiyanız var deməkdir. Lateks olmayan prezervativlər HIV virusu da daxil olmaqla cinsi əlaqəylə bulaşan xəstəliklərə qarşı qoruyucu deyil.
Tədbirə
Əhəmiyyətsiz tahriş və iltihablar çox vaxt təmizliklə, xüsusilə sünnət olmadınızsa, cinsi əlaqədən sonrakı təmizliklə önlənə bilər. Sabun və suyla yumaqdan başqa xüsusi bir şey edilməsi lazım deyil.
HİV/AİDS-DƏN QORUNMA ÜSULLARI
October 28, 2009 by admin
Filed under CİNSƏL BİLGİLƏR, CİNSƏL XƏSTƏLİKLƏR
HİV/AİDS pandemiyası ətrafında baş verənlərə rəğmən virusun bir zəif tərəfi də var -ondan çox asanlıqla qorunmaq olar.
Ən vacib olan – insanın özünün etdiyi seçimlərdir. Belə ki, qorunmanın vacib olmasını anlayan insan nəinki düzgün qərarlara gələrək özünə görə məsuliyyət daşıyır, həm də ətrafdakılara da bunu anladır və bununla başqalarını da yoluxmadan qoruyur.
HİV/AİDS və ondan qorunma mövzusunda aparılan maarifləndirmə bu bəla ilə mübarizədə əsas yeri tutur.
Susma və problemdən qaçma infeksiyanın tez və maneəsiz yayılması üçün ən yaxşı şərait yaradır.
Cinsi həyata kamil dövrdə başlamalı!
HİV/AİDS -in qarşısının alınmasının ən yaxşı yolu – yeniyetmələr və gənclər arasında seksual həyata gec – kamillik dövründə başlamanın tədrisidir. Belə ki, bu dövrdə insan artıq cinsi həyatın təhlükəli tərəfi haqqında – cinsi yolla keçən xəstəliklər, o cümlədən HİV/AİDS haqqında məlumatlanmış və onun boynuna düşən məsuliyyəti dərk etmiş olur. Ailə adətən kamillik dövründə qurulduğu üçün ilk cinsi həyata da ailə qurulduqdan sonra başlamaq məsləhət görülür.
Cinsi həyatı bir partyorla yaşamalı.
Əgər hər iki tərəf öz partnyoruna sadiq qalırsa bu zaman cinsi əlaqə yolu ilə infeksiyaya tutulmaq problemi aradan qalxır. Problemə belə yanaşma həm də ailəni (nigahı) qoruyur.
Təhlükəsiz cinsi əlaqə – Prezervativ (condom) – bu haqda ayrıca söhbətimiz olacaq
Qan köçürmə
Bir çox ölkələrdə köçürmə üçün götürülən qan HİV-yə yoxlanılır. Lakin bəzi klinikalarda, təcili hallarda qan yoxlanılmadan, donordan birbaşa resipientə köçürülür. Bu halda yoluxma ehtimalı çox yüksək olur.
İynə, şprits və digər tibbi alətlər
Artıq istifadə olunmuş iynə, şprits və digər tibbi alətlərdən istifadə etməyin;
Bir dəfə istifadə olunan aləti təkrarən başqası üçün istifadə etməmişdən əvvəl 20 dəqiqə qaynayan suda saxlayın;
Bundan əlavə, manikür alətləri – sterilləşdirilmiş, ülgüclər – birdəfəlik olmalıdır. Tatu, iynəterapiya və pirsing etdikdə əlatlərin steril və ya birdəfəlik olmasına fikir verilməlidir.
Cinsiyyət orqanlarının xəstəlikləri
October 5, 2009 by admin
Filed under CİNSƏL XƏSTƏLİKLƏR
Cinsiyyət orqanlarının anomaliyaları. Cinsiyyət orqanlarının inkişaf prosesi pozulduqda, bir sıra anomaliyalara təsadüf edilir.
Xayalarda anomaliyalar miqdarca və vəziyyətinə görə müxtəlif olur. Bəzən bir, nadir hallarda isə üç xaya olur. Vəziyyətcə anomaliyalara xayaların yolda qalması, yerlərini dəyişməsi və dönmələri aiddir.
Yumurtalıqlarda da miqdar, şəkil və vəziyyətcə anomaliyalara təsadüf edilir.
Uşaqlığın əsas anomaliyalarına ikili, ikibuynuzlu və birbuynuzlu uşaqlıq aiddir.
Uşaqlıq yolunun anomaliyalarına ikili, arakəsməli və yarımarakəsməli uşaqlıq yolu aiddir.
Qızlıq pərdəsinin anomaliyalarına qızlıq pərdəsinin bütöv (dəliksiz) olması, saçaqlı, xəlbirəbənzər qızlıq pərdəsi və s. aiddir.
Xarici cinsiyyət orqanlarının anomaliyalarına yalan xonsalıq (hermafroditizm) aiddir. Belə halda daxili cinsiyyət orqanları bir cinsiyyətə aid olduğu halda, xarici cinsiyyət orqanları başqa cinsiyyətinkinə oxşayır, yəni kişi olduğu halda, xarici cinsiyyət orqanları qadınlarınkına oxşayır və ya qadın olduğu halda, xarici cinsiyyət orqanları kişilərinkinə oxşayır.
Yalan xonsalıqdan başqa bir də həqiqi xonsalıq var. Belə halda bir şəxsdə hər iki cinsiyyət vəzisi, yəni həm xaya və həm də yumurtalıq olur.
Yumurtalıqların şişləri. Qranulyoz hüceyrəli şişlər, follikulomalar və tekomalar qadınlarda çox vaxt uşaq yaşlarında və ya klimakterik dövrə yaxın rast gəlir.
Klinik gedişi. Xəstəlik 3-5 yaşlarında başlandıqda uşaqlarda vaxtından erkən cinsi yetişmə əlamətləri inkişaf edir. Estrogenlərin miqdarı artdığından, sümüklərin boy zonası tez bağlanır. Şiş böyük yaşlarda başladıqda, xəstə qadınlar aybaşının pozulması dövründən asılı olmayan uşaqlıq qanaxmalarından, qarında qasıq nahiyəsinə və belə irradiasiya edən ağrılardan şikayətlənirlər. Qadınlar yaşlarına nisbətən cavan görünürlər. Cinsiyyət orqanlarının yaşla əlaqədar olaraq atrofiyalaşması belə xəstələrdə olmur. Androgenlər ifraz edən şişlər zamanı virilizm (ikincili kişi cinsi əlamətlərinin olması) əlamətləri inkişaf edir.
Proqnozu. Diaqnoz erkən müəyyən edilib, vaxtında cərrahi müalicə aparılarsa, xoşxassəli qranulyoz hüceyrəli şişlərdə və tekomalarda proqnoz yaxşı olur; bədxassəli şişlərdə proqnoz xoşagəlməyəndir.
Müalicəsi yalnız cərrahi yolla şişi çıxarmaqdan ibarətdir.
Klimaks. Klimakterik nevroz. Klimaks – qadın həyatında reproduktiv dövrdən menopauzaya keçmə dövrünədək olan fizioloji vəziyyətdir. Klimaks vaxtı aybaşı kəsilir, yumurtalıqların hormonal və generativ funksiyası tədricən sönür. Qadınlarda ovulyasiyanın və reproduksiya qabiliyyətinin kəsilməsi, adətən, 45 – 55 yaşlar arasında başlanır. Əgər aybaşı 40 yaşa qədər kəsilərsə, buna erkən klimaks, 50 yaşdan sonra kəsilərsə, gecikmiş klimaks deyilir. Klimakteriyanın (klimaksın) mənşəyində mərkəzi sinir sisteminin, xüsusən hipotalamusun müəyyən mərkəzlərində yaşla əlaqədar dəyişikliklər, hipofizin qonadotrop funksiyasının tənziminin pozulması əsas yer tutur. Klimakteriya dövründə cinsiyyət vəzilərinin funksiyadan qalması normal fizioloji vəziyyətdir və adətən, orqanizmdə xüsusi pozulma törətmir. Xəstəlik həm aybaşı dövründə, həm də aybaşısız ola bilər. Bəzən klimakterik nevroz menopauzadan 10 – 15 il sonra başlanır. Patoloji klimaksa, klimakterik nevrozdan başqa, uşaqlıqdan disfunksional qanaxmaları da aid edirlər.
Xəstəlik zamanı cinsiyyət orqanlarında, süd vəzilərində və s. atrofik dəyişikliklər əmələ gəlir. Yumurtalıqlar qırışır və sərtləşir, onların damarlarında ateromatoz proseslər və skleroz əlamətləri tapılır. Uşaqlıq əzələləri kiçilir, əzələ hüceyrələri atrofiyalaşır, uşaqlığın divarları nazikləşir. Uşaqlıq yolu qırışır, epiteli yastılaşır, toxumalarının elastikliyi itir. Histoloji müayinədə müxtəlif inkişaf dövründə olan follikullar, onların boşalması, birləşdirici toxumanın inkişafı, xırda kistoz dəyişikliklər tapılır.
Qadınların çoxunda klimaks orqanizmdə pozulma vermədən keçir, digər hallarda isə klimakterik nevroz inkişaf edir. Klimakterik nevroz əksər qadınlarda yüngül keçir və 1-2 ilədək davam edir. Ancaq bəzi hallarda xəstəlik ağır gedişli olur, bir sıra əlamətləri illərlə davam edir. Xəstəliyin xarakterik əlaməti bədəndə istilik hissiyyatının yaranmasıdır.
Vegetativ-sinir pozulmalarından ən çox rast gələni «istiləşmə», tərləmə, başgicəllənməsi, başda və qulaqlarda küy, ürəkdöyünmə, ətraflarda paresteziyalardır. Klimakterik nevroz üçün ən xarakterik olan qısamüddətli böhran əlamətləri ilə başlanıb qurtaran vəziyyətdir. Bu hal 30 saniyədən 1 – 2 dəqiqəyədək çəkir, «istiləşmə», tərləmə, gözlərdə qaralma, ürəkdöyünmə, başgicəllənmə ilə keçir. Bir sıra xəstələrdə qızışma hissiyyatı daha çox davam edir, bəzən sifətin qızarması və ümumi tərləmə ilə müşayiət olunur, yavaş-yavaş başlanır və tədricən keçib gedir. Bəzən “istiləşmə” vaxtında hava çatışmazlığı hissi olur, tənəffüs tezləşir və nəfəsalma dərinləşir.
Klimakterik nevroz zamanı xəstələr çox vaxt ürək nahiyəsində ağrıdan və ürəkdöyünməsindən şikayətlənirlər. Bu ağrılar uzunmüddətli olur, fiziki işlə əlaqədar olmur, əsəbilik vaxtında artır, bəzən isə heç bir aşkar səbəb olmadan sakitlik vaxtı belə əmələ gəlir. Ağrılar adətən ürəyin zirvəsində olur. Çox vaxt ağrılar göynədici və deşici, az hallarda sıxıcı xarakter daşıyır, bəzi xəstələrdə kürəyə və sol qola irradiasiya edir.
Çox vaxt klimakterik nevrozlu xəstələrdə normal qan təzyiqi vaxtı başağrıları olur. Klimakterik nevroz ətraflarda paresteziyalar, onların keyləşməsi, çox vaxt qəbizlik və meteorizmlə keçir.
Klimakterik nevroz vaxtı bir sıra xəstəliklərə – hipertoniya xəstəliyi, ateroskleroz, piylənmə, şəkərli diabet, xronik qeyri-spesifik poliartrit və mübadilə poliartritlərinə meyllik artır. Klimakterik nevroz bu xəstəliklərlə yanaşı gedirsə, hormonal müalicə bunların bəzilərinin gedişinə də xoş təsir göstərir. Qadınların çoxunda menopauzadan sonrakı dövrdə osteoporoz başlanır. Bu, sümük kütləsinin azalmasına, xüsusən fəqərələrin kiçilməsinə, sıxılmasına, fəqərə sütununun əyilməsinə, boyun kiçilməsinə, beldə və aşağı ətraflarda ağrılara səbəb olur. Estrogenlər və androgenlərlə kombinələşmiş müalicə, prosesin inkişafının qarşısını almağa imkan verir.
Müalicəsi. Yüngül klimakterik nevrozu olan qadınların çoxunun xüsusi müalicəyə ehtiyacı yoxdur. Belə hallarda düzgün əmək və sakitlik rejimi, rasional qidalanma, A, B, C, E və s. qrup vitaminlərin təyini, təmiz havada olmaq, müalicəvi bədən tərbiyəsi kifayət edir.
Klimakterik nevrozun nisbətən ağır formalarında müalicə kompleks şəkildə aparılmalıdır. Burada əsas müalicə üsullarından biri psixoterapiyadır. Xəstələri başa salmaq lazımdır ki, klimakterik nevroz vaxtı əmələ gəlmiş vegetativ pozulma müvəqqəti xarakter daşıyır, orqanizm yeni fizioloji şəraitə uyğunlaşandan sonra bu hallar keçəcək və reproduktiv funksiyanın kəsilməsi heç də cinsi həyatın kəsilməsi demək deyildir. İzah etmək lazımdır ki, əmələ gəlmiş pozulma heç bir üzvi xəstəliklə əlaqədar deyil, funksional xarakterlidir.
Mərkəzi sinir sistemini sakitləşdirmək məqsədilə rezerpin çox yaxşı təsir göstərir.
Klimakterik nevrozun müalicəsində simptomatik və sakitləşdirici təsirə malik olan qaraca alkaloidləri də işlədilir. Bunlar, xanımotu alkoloidləri və barbituratlarla birlikdə “belloid” və “akliman” preparatlarının tərkibinə daxildir.
Hipoqonadizm. Hipoqonadizm kişilərdə xayaların funksional çatışmazlığı nəticəsində daxili və xarici cinsiyyət orqanlarının, cinsiyyət vəzilərin və ikincili cinsi əlamətlərin inkişafdan qalmasıdır.
Xəstəliyin səbəbi bəzi hallarda xayaların anadangəlmə aplaziyası və ya hipoplaziyası olur, başqa hallarda cinsiyyət orqanları uşaqlıq və ya gənclik dövründə inkişafdan qalır. Xayaların anadangəlmə inkişafdan qalmasının səbəbi hamiləlik vaxtı ananın keyfiyyətsiz qidalanması, infeksion xəstəliklər və intoksikasiyalar ola bilər. Uşaq və gənc yaşlarda cinsiyyət orqanlarının inkişafdan qalmasının səbəbi cinsiyyət vəzilərində zədələnmə və infeksiya nəticəsində iltihabi dəyişikliklərin əmələ gəlməsi və sonradan vəzilərin atrofiyaya uğramasıdır.
Hipoqonadizm zamanı xayaların parenximasında degenerativ dəyişikliklər və kanalcıqlar arasında birləşdirici toxumanın inkişafı aşkar edilir. Prostat vəzi atrofiyalaşır, vəzi elementləri azalır, birləşdirici toxuma artır.
Xayaların anadangəlmə hipoplaziyasında və ya onların uşaq yaşlarında zədələnməsi zamanı xarici cinsiyyət orqanları kəskin surətdə inkişafdan qalır, ikincili cinsi əlamətlər olmur. Testikulyar çatışmazlıq pubertat dövründə başlanıbsa, xarici cinsiyyət orqanları müəyyən dərəcədə inkişaf edə bilir, ancaq xayalar kiçik olur, ikincili cinsi əlamətlər zəif inkişaf edir.
Davamlı əvəzedici və ya stimul edici hormonal müalicə həm birincili, həm də ikincili hipoqonadizmin bir çox əlamətlərinin zəifləməsinə səbəb olur. Tam sağalma olmur.
Müalicəsi. Kişi cinsiyyət hormonları ilə əvəzedici müalicə aparmaq lazımdır.
Kriptorxizm. Kriptorxizm dedikdə, bir və ya hər iki xayanın xayalığa düşməməsi nəzərdə tutulur. Bu iki növ olur: xaya qarın boşluğunda qalır, ya da onun xayalığa düşməsi başa çatmır.
Müalicəsi. Yalan kriptorxizmi müalicə etmək lazım deyil. Həqiqi kriptorxizmi cərrahi və konservativ yolla müalicə edirlər. Konservativ müalicəni xorionik qonadotropin və testosteronla aparırlar. Oğlan uşaqlarında müalicə 10 yaşa kimi aparılmalıdır, çünki bu vaxta qədər xayaların normal quruluşu saxlanılır. İkitərəfli kriptorxizmdə müalicəni 7-9 yaşlarda xorionik qonadotropinlə başlamaq lazımdır. Preparatı 500 TV dozada, 20 gün müddətində, həftədə iki dəfə əzələ daxilinə yeridirlər. Effekt olmasa, müalicə kursunu 2-3 aydan sonra təkrar etmək lazımdır. Birtərəfli kriptorxizmdə və xayanın qasıq ektopiyasında cərrahi müalicə aparılmalıdır.
Kişi klimaksı. Kişi klimaksı orqanizmin normal fizioloji vəziyyətidir. Bu, hipotalamus-hipofiz-qonadlar sistemində neyroendokrin qarşılıqlı münasibətlərin yaşla əlaqədar olaraq dəyişilməsi nəticəsində, cinsiyyət vəzilərinin funksiyalarının itməsi ilə keçir. Klimakterik nevroz kişilərdə ürək-damar sistemi, sinir sistemi və psixikada, cinsiyyət orqanları, sidik, həm də endokrin sistemində pozulmalarla keçə bilər. Kişilərdə klimaks 45-60 yaşlar arasında baş verir. Klimakterik nevroz isə kişilərin 10-20 %-də müşahidə edilir.
Kişilərdə klimaks qadınlara nisbətən tədricən başlanır, adətən, cinsi potensiyanın zəifləməsi ilə keçir. Cinsi meyllik çox vaxt zəifləyir, bəzi hallarda isə artır. Klimakterik nevroz kişilərdə ürək-damar sistemində dəyişikliklər, ürək nahiyəsində ağrılar, ürəkdöyünmə, paroksizmal taxikardiya tutmaları, çox vaxt tranzitor və ya daimi hipertoniya, başda istiləşmə, tərləmə, parasteziyalar və s. şəklində meydana çıxır. Sinir-psixi pozulmalar qıcıqlanma, ağlağanlıq, yaddaşın zəifləməsi, əsassız qorxu hissi, depressiya və bəzən psixozlar şəklində aşkara çıxır. Sidik-cinsiyyət sistemində potensiyanın zəifləməsi, sidik ifrazının pozulması, çətinləşməsi, sidik kisəsi nahiyəsində küt ağrılara təsadüf olunur.
Müalicəsi. İlk növbədə ümumi möhkəmləndirici müalicə aparılır. Bu məqsədlə əmək və istirahət rejimini qaydaya salmaq, rasional qidalanma, fizioterapevtik müalicə və s. məsləhətdir. A, B, C və E vitaminləri, biostimulyatorlar – aloe, apilak, jenşen, fitin və s. təyin edilir. Əzələyə novokainin 2 %-li məhlulunu 5 ml (birinci inyeksiya 2 ml), həftədə 3 dəfə, cəmi 10-15 inyeksiya təyin etmək də məsləhətdir. Bu, sinir sisteminin trofik funksiyasını yaxşılaşdırır.
Həqiqi hermafroditizm. Həqiqi hermafroditizm vaxtı xəstədə həm yumurtalıq, həm də xaya olur. Xəstəlik olduqca az rast gəlir.
Müalicəsi. Xəstənin cinsiyyəti qonadların (cinsiyyət vəzilərinin) qadın və ya kişi funksiyasının üstünlüyünə və psixo-seksual meylliyə əsasən müəyyən edilir. Buna münasib olaraq xarici cinsiyyət orqanlarının cərrahi korreksiyası aparılır.
Prostat vəzinin iltihabı. Prostat vəzinin iltihabı (prostatit) çox vaxt cinsi həyat dövründə müşahidə olunur. İltihaba prostat vəziyə irintörədən müxtəlif mikrobların keçməsi səbəb olur. Mikroblar, adətən, sidik ifrazı orqanlarında müxtəlif iltihabi proseslər olduqda prostat vəziyə keçir. Süzənək xəstəliklərinin miqdarının azalması ilə əlaqədar olaraq son illərdə prostatit xeyli az təsadüf edilir. Yadda saxlamaq lazımdır ki, sidik kanalını kateterizasiya etdikdə də prostat vəziyə infeksiya keçirmək olar. Prostat vəzinin iltihabını kəskin və xronik formaya ayırırlar.
Xəstələr sidiyin ləngiməsini, anusda defekasiya vaxtı qüvvətlənən bərk ağrılar hiss edirlər. Sidik ifrazına tez-tez ehtiyac hissi oyanır, lakin sidik çətinliklə, damcı-damcı ifraz olunur. Xəstələr üşütmədən şikayət edirlər, kəskin prostatit zamanı temperatur 39-40°C-dək yüksəlir. Sidik ifrazının pozulması, aralıqda pulsasiya edən, defekasiya vaxtı güclənən ağrılar müşahidə olunur. Sepsis inkişaf edə bilər.
Gündə 3-4 dəfə 0,5-1 q piramidonu yarım stəkan ilıq su ilə mikroimalələr, isti oturaq vannaları, aralığa isidicilər təyin edirlər. Ağrıları azaltmaq üçün morfin tətbiq edirlər. Antibiotiklərin (penisillin, streptomisin, biomisin və s), sulfanilamid preparatlarının tətbiq edilməsi vacibdir. Antiseptik dərman kimi venaya urotropinin 40 %-li məhlulundan 5-10 ml vururlar. Abses olduqda yarırlar.
Prostat vəzinin adenoması (hipertrofiyası). Bu xəstəlik ahıl və qoca yaşlarında olur, vəzinin böyüməsi ilə təzahür edir. Adenoma vəzi toxumasının və ya vəzinin birləşdirici toxuma əsasının böyüməsi hesabına baş verir. Prostat vəzi böyüyərək, sidik kisəsinin boşalması üçün mexaniki maneə yaradır, bu da kisədə, sidik axarlarında və böyrəklərdə sidik durğunluğu nəticəsində dəyişikliklərə səbəb olur.
Xəstəlik inkişaf etdikdə sidik kisəsinin tam boşalmaması ilə əlaqədar olaraq, onda həmişə qalıq sidik qalır. Sidik ifrazı tezləşmiş, çox vaxt ağrılı olur. Sidik kisəsinin divarları tədriclə zəifləyir. Sidik həddindən çox dolmuş kisədən qeyri-iradi olaraq, damcı-damcı xaricə ifraz olur. Prostat vəzinin adenoması xərçəngə keçə bilər.
Müalicə. Sidik kəskin surətdə ləngidikdə kateterizasiya edilir. Bəzən kateteri bir neçə gün sidik kisəsində saxlayırlar; bu, xəstənin vəziyyətini xeyli yüngülləşdirir. Konservativ tədbirlərə oturaq vannalar, kisə və aralıq nahiyəyə isidicilər şəklində yerli oturaq isti tətbiq etmək aiddir. Son illərdə endokrin preparat – sinestrol tətbiq edirlər; bu, vəzidə degenerativ dəyişikliklər əmələ gətirərək onun kiçilməsinə səbəb olur. Operativ müalicə üsullarına sidik kisəsinə fistula qoyulması və prostat vəzinin kənar edilməsi aiddir.

