Türkiyədə nazirlərin homoseksuallıq davası

March 11, 2010 by admin  
Filed under Maraqlı

Selma Aliyə Kafav: “Homoseksuallıq xəstəlikdir, müalicə olunmalıdır”Receb-Akdag-Selma-Aliye-Kafa-kafaya

Rəcəb Akdağ: “Homoseksual evliliyə bir az da insan azadlıqları prizmasından baxmağımız lazımdır”

Türkiyənin qadın və ailə naziri Selma Aliye Kafav homoseksualların evliliyinə münasibət bildirib.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, Selma Aliyə Kafav deyib ki, homoseksuallıq xəstəlikdir, müalicə olunmalıdır.

Ancaq Nazirlər Kabinetinin digər üzvü, səhiyyə naziri Rəcəb Akdağ həmkarının homoseksualları “xəstə” adlandırmasına sərt reaksiya verib. O deyib ki, Türkiyədə homoseksual kimi yaşamaq çətindir: “Türkiyədə mədəniyyət və ailə quruluşu bu durumdakı insanların qarşısına daha böyük çətinliklər çıxarır. Təbii ki, cəmiyyət mülayim, insaflı olmalı, diskriminasiyaya yol verməməlidir. Homoseksualların evlənməsi ilə bağlı fikirlər də ortaya atıldı. Düzdür, homoseksual evlilikləri indi Türkiyə cəmiyyəti qəbul edəcək durumda deyil, ancaq bu məsələyə bir az da insan azadlıqları prizmasından baxmaq lazımdır”.
Səhiyyə naziri onu da vurğulayıb ki, uşaqların cinsi kimliklərinin formalaşması və cinsi tərbiyəsi üçün gərəkənlər edilməlidir.

  • Share/Bookmark

Lüt soyunub etiraz yürüşünə çıxdılar

March 6, 2010 by admin  
Filed under Maraqlı

Flippində “Alpha Phi Omega” dərnəyi tərəfindən ənənəvi olaraq keçirilən sülh yürüşü bu dəfə orjinallığı ilə seçilib.cilpaq

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, dərnək üzvləri üzlərinə maska taxaraq, yürüşə çılpaq şəkildə qatılıblar.

“Alpha Phi Omega” dərnəyinin üzvləri bununla keçən il oktyabrın 23-də keçirilən seçkilər zamanı terrorçuların 30 jurnalist və 57 nəfəri öldürməsinə etiraz olaraq bu aksiyanı keçiriblər.

Yürüşdə iştirak edən dərnək üzvlərinin əksəriyyəti kişi olub və bu aksiya qadınlar tərəfindən xüsusi maraqla izlənib.

  • Share/Bookmark

Uşaqlar üçün prezervativ istehsalına başlanıldı!

March 5, 2010 by admin  
Filed under Maraqlı

12-14 yaşlı uşaqlar daha çox sekslə məşğul olmağa başlayıblarcondoms

İsveçrədə hökumətin dəstəyi ilə Gənclik və Uşaq Federal Komissiyası 12-14 yaşlı 1480 uşaq arasında araşdırma aparıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, araşdırma 12-14 yaşlı oğlan və qız uşaqlarının 1990-cı illərlə müqayisədə daha çox cinsi əlaqədə olduqlarını üzə çıxarıb.

O da məlum olub ki, hazırda istehsal edilən prezervativlərin həcmi böyüklər üçün hesablandığından, 12-14 yaşlı oğlanlar qızlarla cinsi əlaqə zamanı ondan istifadə etməkdə çətinlik çəkirlər. Bu qrup oğlan uşaqları üçün nisbətən kiçik prezervativlərə ehtiyac var.

12-14 yaşlı uşaqların cinsi əlaqə zamanı kifayət qədər qorunmadığı üçün hökumət özəl şirkətlərə uşaqlara prezervativ istehsalına başlamağı təklif edib. Artıq “Lamprecht AG” şirkəti belə prezervativlər istehsal edib və onları martın 5-dən apteklərdə əldə etmək olar. “Hotshot” adlı prezervativ hər qutuda 6 ədəd olmaqla satılır və qiyməti 4 avrodur.

Məlumat üçün deyək ki, İsveçrə qanunlarına görə, yetkinlik yaşı 16 yaş sayılsa da, cinsi əlaqəyə girənlər arasında 3 yaş fərq olanda onlara heç bir cəza verilmir.

Lamprecht AG” şirkəti bununla bağlı yaydığı açıqlamada bildirib ki, onlar İngiltərə bazarına daha çox ümid bəsləyirlər.

Qeyd edək ki, İngiltərə azyaşlı uşaqların ən çox sekslə məşğul olduqları və azyaşlı qızların ən çox hamilə qaldığı ölkədir.

  • Share/Bookmark

Futbolçuların sekslə məşğuliyyətinə qadağa qoyulmalıdır

March 4, 2010 by admin  
Filed under Maraqlı

“Futbolçuların oyunlardan öncə sekslə məşğul olmalarına qadağa qoyulmalıdır”.Yilmaz Vural

Lent.az-ın məlumatına görə, bu sözləri Türkiyənin “Kasımpaşa” komandasının baş məşqçisi Yılmaz VuralEsquire” dərgisinə müsahibəsində deyib.

Təcrübəli mütəxəssisin fikrincə, oyunöncəsi cinsi əlaqə futbolçuların parasimpatik sinir sisteminə mənfi təsir edir. Nəticədə oyunçuların enerjisi azalır: “Əgər oyun bazar günü keçiriləcəksə, cümə axşamından sonra sekslə məşğuliyyət olmaz”.

Vural matçdan dərhal sonra cinsi əlaqənin isə əzələləri zəiflətdiyini iddia edib.

  • Share/Bookmark

Cinsiyyəti dəyişdirən dərman!

March 3, 2010 by admin  
Filed under Maraqlı

Elmi təcrübənin şok nəticələriderman
Alaq otları ilə mübarizə məqsədi ilə dünyada və Avropada geniş istifadə edilən atrazin adlı dərmanın heyvanların cinsiyyətini dəyişdirdiyi, dərmanlanan ərazidə işləyən kişilərin cinsi qabiliyyətlərini zəiflətdiyi təsdiqini tapıb.

Lent.az-ın “Le Nouvel Observateur” jurnalına istinadən verdiyi məlumata görə, ABŞ-ın Kaliforniya Universitetinin professoru Tyrone Hayesin rəhbərliyi ilə bağlı aparılan araşdırma bunu təsdiqləyib.

İlkin olaraq 40 faiz atrazinli suda yaşayan 80 erkək qurbağa üzərində təcrübə aparılıb. Erkək qurbağaların 90 faizində, yəni 72-də testosteronun səviyyəsi aşağı düşüb, dişi qurbağa özəllikləri nəzərə çarpmağa başlayıb. Erkək qurbağaların 10 faizi, yəni 8 erkək qurbağa isə cinsiyyətini tamamilə dəyişib. Həmin qurbağalar başqa erkək qurbağalarla cütləşib, yumurtlamağa başlayıblar.

Növbəti təcrübə zamanı erkək zebr balıqlarının da tədricən dişi balıqlara çevrildiyi müşahidə olunub. Somon balığı və bəzi kərtənkələ növlərində isə spermanın həcmi və keyfiyyəti böyük miqdarda azalıb.

  • Share/Bookmark

5200 nəfər soyunub şəkil çəkdirdi

March 1, 2010 by admin  
Filed under Maraqlı

İnsanların çılpaq fotosunu çəkmək Tunikin xobbisisdir5200nefer-soyundu

Avstraliyanın Sidney şəhərində 5200 nəfər çılpaq halda şəkil çəkdirib. Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu qədər avstraliyalını fotoqraf Spenser Tunik soyundurub.

Sidneydəki Opera binasının qarşısında toplanan çılpaq insanlar bir-biri ilə qucaqlaşıb. Tunik isə təxminən bir saat müddətində onların fotosunu çəkib.

İctimai yerlərdə çılpaq insanların fotolarını çəkməklə tanınan Spenser Tunik deyir ki, adamlar bir-birilərini qucaqlamağı istəyərkən problemlər yaranır. Onun sözlərinə görə, əsasən heteroseksuallarla homoseksualların bir-birini qucaqlaması çətin başa gəlir. Fotoqraf “ancaq axırda hamının bir-birini qucaqlayaraq dostca, ya da sevgi ilə öpməsi məni məmnun edir” deyib.

  • Share/Bookmark

İngilis qadın ölüdən hamilə qaldı

February 25, 2010 by admin  
Filed under Maraqlı

Hamiləlik süni mayalanma ilə mümkün olub

İngiltərəli qadın ərinin ölümündən iki il sonra ondan hamilə qalıb. Hamiləlik süni mayalanma yolu ilə baş tutub. Belə ki, Qaret adlı kişi 2008-ci ildə sümük xərçəngindən ölüb. Xəstəliyinə yoluxduğunu bilən kimi cütlük onun spermalarını dondurmaq qərarına gəlib.
Bir müddət müalicə edilən qadın ötən həftə nəhayət ki, arzusuna çatıb. “Bunu çox istəsəm də mənim üçün əsl sürpriz oldu. Uşağımızın adını da ərim ölmədən öncə müəyyən etmişdik”, deyə gələcək ana bildirib.
Kəmalə Məmmədova

  • Share/Bookmark

Fahişələrə təcili tibbi yardım kursu

February 19, 2010 by admin  
Filed under Maraqlı

İnfarkt keçirən yaşlı kişilərə ilk müdaxilə göstərməsi üçün fahişələrə əsas təcili tibbi yardım yolları öyrədilirfahise

İsveçrədə qədim peşə sahibi qadınlara təcili tibbi yardım kursu keçilir. İsveçrədə bu sahədə leqal fəaliyyət göstərən evlərdə (ümumixana) infarkt keçirən yaşlı kişilərə ilk müdaxilə göstərməsi üçün fahişələrə şok alətindən istifadə, qan təzyiqini ölçmək və s. bu kimi əsas təcili tibbi yardım yolları öyrədilir. Belə yerlərdə tez-tez infarkt hallarının baş verdiyi bildirən ümumixana sahibi, bu kimi hadisələrin imiclərinə zərbə olduğunu deyib. “Müştərilərin bizim evlərdə ölməsi xoş bir hadisə deyil”.

Qeyd edək ki, axırıncı dəfə bu ölkədə fəaliyyət göstərən ümumixanalardan birində qüvvət dərmanı içən yaşlı müştəri infarkt keçirərək ölmüşdü.

Məlumata görə, sadəcə Luqano şəhərində 38 fəaliyyət göstərən ümumixana var və bu iş yeri müştərilərinin 80 faizi italyanlardır.

  • Share/Bookmark

Qadınlar Kişilərə Necə Cəza Verir?

February 18, 2010 by admin  
Filed under Maraqlı

Əlaqələrdə qadınlar həm romantik həm də cinsi mənada incidiklərində yoldaşlarına seks cəzası verərək cəzalandırılar. Mütəxəssislərəqadin-ve-kisigörə heç bir qadın romantik və cinsi mənada xoşbəxtdirsə yoldaşına cəza verməz. Bundan başqa qadınların seks robotu olmadığı və düyməsini basılınca cinsəllik olması gözləməsinin isə son dərəcə səhv olduğuna diqqət çəkilir.

Bundan başqa kişilər cinsəlliyin eşq və sevgidən meydana gəldiyinə inanırlar. Tez-tez seks edən kişilər yoldaşlarının özünü çox sevdiyini düşünür. Bütün dünya qadınların tərəfindən tətbiq olunan bu üsul ilə qadınlar, özlərini üzən kişiyə əlaqəyə girməyərək cəzalandırmada təsirli olduğu düşünülür.

Qadın eyni zamanda özünü də cəzalandırır
Qadınlar üçün cinsəllik romantik məna daşıyır və cinsəllik olmadığında yoxluğunu kişilər qədər hiss etmir. Halbuki kişilər cinsəlliyə çox daha çox düşkündür. Bir kişi qadına romantik mənada yaxınlıq göstərmədiyində qadının da robot olmadığı və cinsəllik gözlənilməməsi lazım olduğu ifadə edilir. Əlbəttə ki qadının da cinsəlliyə ehtiyacı vardır amma kişi sırf ehtyacı üçün istəyirsə qadından yaxınlıq və maraq gözlənilməsi nə qədər doğrudur.

Kişilər eşqi cinsəlliyə bağlayır
Kişilərə görə, cinsəllik varsa qadın sevgisini də göstərir deməkdir. Çox səhv bir düşüncədir. Bu mənada kişilərin cinsəllik və eşq-sevgi əlaqəsini qurur olması evliliklərdə davamlı problemlərə səbəb olur.

  • Share/Bookmark

Onu həqiqətən sevirəmmi?

February 16, 2010 by admin  
Filed under Maraqlı

Bir çoxumuz yaşadığımız əlaqə haqqında düşünür, arada yaşadığımız duyğuların həqiqiliyini sorğulayırıq.sevgi

Ona duyduğunuz hisslər mövzusunda başınız qarışırsa sizin üçün hazırladığımız suallara nəzər salmanızı tövsiyə edirik. Bu suallara verdiyiniz səmimi cavablar sizi narahat edən suallara cavab tapmanıza köməkçi ola bilər edə bilər…

1-Birlikdə olduğumu bir ‘adam’ kimimi yoxsa bir ‘obyekt’ kimimi görürəm?
Onunla çox yaraşıqlı olduğu üçün ya da sizi istədiyiniz filmlərə apardığı üçün çıxırsınızsa ona qarşı duyduğunuz şeyin sevgi olmadığını söyləyə bilərik.

2-Onunla öpüşmədən ya da sevişmədən bir gecə keçirmək istər idinizmi?
Cavabınız ‘xeyrdirsə o zaman onu həqiqətən sevmirsiniz.

3-Birlikdə yaxşı vaxt keçirirsinizmi?
Əgər onunla baş-başa yaxşı vaxt keçirə bilmir, əylənmək üçün hər vaxt başqa yoldaşlarınızı da çağırma ehtiyacı hiss edirsinizsə aranızda bir sevgi olmadığını söyləyə bilərik.

4-Onunla razılaşırsınızmı?
Çox dalaşır, çox qısqanclıq edir ya da bir-birinizi çox tənqid edirsinizsə diqqət yetirin aranızdakı şey sevgi olmaya bilər.

5-Gözünüz hələ çöldədimi?
Hələ bəziləriylə eşqbazlıq etmə əylənmək istəyiniz ona aşiq deyilsiniz deməkdir.

6-Ona qarşı dürüst və içdən ola bilirsinizmi?
Ona qarşı eqoist və səmimiyyətsiz bir tutum sərgiləyirsinizsə əlaqəniz mövzusunda diqqətli olmalısınız.

7-Sevgilinizi həyatınızın bir parçası olaraqmı görürsünüz?
Əgər cavabınız ‘bəlidirsə bu aranızda eşq olduğunu göstərir.

  • Share/Bookmark