Pulumun olmaması məni çox şeyə sövq edə bilər
March 5, 2010 by admin
Filed under Şou biznes
Model Tunay Əliyeva şok açıqlamalar verdi!
QayNar: “Mən istəklərimin qurbanına çevrilməkdən qorxuram. Qorxuram ki, pul xətrinə hər şeyi unuda bilərəm…”
Qaynar.info xəbər verir ki, o, bunu day.az-a müsahibəsində bildirib. «Mən pulu çox sevirəm! Təsəvvür etməzsiniz pulu, qızılı, brilliantı nə qədər sevirəm! Mən pulsuz yaşaya bilmərəm!» – deyə o, qeyd edib. Bununla yanaşı, model xərclədiyi pulların qazandıqlarından çox olduğunu etiraf edib: «Desəm ki, mən xərclədiyim qədər qazanıram, gülməli olardı. Dostlarım məni çox sevir və həmişə pulumun tükənməməsi üçün kömək edirlər. Pulumun olmaması məni çox şeyə sövq edə bilər. Çünki pul mənim ən zəif yerimdir».
Tunay pula görə «çox şeydən keçə biləcəyini» də etiraf edib: «Mən istəklərimin qurbanına çevrilməkdən qorxuram. Qorxuram ki, pul xətrinə hər şeyi unuda bilərəm… Ona görə də Allaha yalvarıram ki, məni belə seçim qarşısında qoymasın!..»
Tunay hətta bir dəfə pul xətrinə kişi ilə görüşmək qərarına da gəlib. Lakin bütün bahalı hədiyyələr və sairə baxmayaraq, model, dediyinə görə, onu özünə yaxın burxmayıb: «Mən anladım ki, ona qarşı heç bir hissim yoxur. Həmin şəxs məni hədiyyələrlə almaq istəyirdi».
Bir vaxtlar Tunayın həyatında kişi də olub. Lakin onlar ayrılıblar. Səbəb? «Mən ona xəyanət etdim… və o, bunu mənə bağışlamadı», – deyə model bildirib: «Biz mübahisə etdik və mən başqasına ərə gedəcəyimi dedim. O isə «get!» dedi. Acıqcan, rəfiqəm məni bir oğlanla tanış etdi. Mən onunla yaxınlaşdım, 1 ay sonra isə həmin şəxsin evli olduğunu bildim… Amma artıq gec idi. Sevgilim məni qəbul etmədi…».
//QayNar
Erməni porno-ulduzun Amerikadakı malikanəsi
March 4, 2010 by admin
Filed under Şou biznes
Amerikada yaşayan erməni porno-ulduz Kim Kardaşyan yaşadığı villasının şəkillərinin çəkilməsinə icazə verib.
Lent.az-ın məlumatına görə, amerikan mətbuatında tanınmış porno-ulduzun futbolçu sevgilisi Ricci Buşla yaşadığı 4,8 milyon dollarlıq malikanəsinin şəkilləri yayılıb. Los Ancelesdəki malikanədə 5 yataq otağı, 4 hamam otağı və 1 masaj salonu var.
Evin ümumi sahəsi 4000 kv.m-dir






Məşhur teleaparıcı seks oyuncağının qurbanı oldu!
March 3, 2010 by admin
Filed under Şou biznes
Bu gün BBC-nin məhşur teleaparıcısı, 32 yaşlı Diqbi Londondakı evində ölmüş vəziyyətdə tapılıb. 
Lent.az-ın verdiyi məlumata görə, “The Sun” qəzeti homoseksualist olan Diqbi seks oyuncağı ilə bir nəfərlik seks oyunu zamanı oksigensiz qalaraq öldüyünü iddia edib.
Polisin məşhur teleaparıcının ölümünün anlaşılmaz olduğunu, intihara bənzəməməsini bildirməsi bu yöndə şübhələrin əsaslı olduğunu təsdiqləyib. Diqbyin ölümünün səbəbi meyit müayinə olunduqdan sonra rəsmən açıqlanacaq.
Rafetlə barışdı, biznesmenlə sevişdi
March 1, 2010 by admin
Filed under Şou biznes
“Bostançı” sərgi mərkəzinin sahibi Əli Yavaşla sevişən maneken Tuğba Altıntop çox xoşbəxt olduğunu bildirib. 
“Habertürk”ünverdiyi məlumata görə, Altıntop qızlarının atası Rafet əl-Romanla da barışıb.
İndi o, “ikiqat müdafiə” altındadır: “Əlinin yanında özümü rahat hiss edirəm. Aprelin sonlarında isə Rafet və qızlarımla Kanarya adalarına istirahətə yollanacağıq”.
Erməni əsilli pornoulduz Türkiyə və Ermənistanı sülhə çağırdı
February 22, 2010 by admin
Filed under Şou biznes
“Erməni və türk xalqları qardaş olmalıdırlar”. 
“Hurriyet” qəzetinə istinadən, belə bir bəyanatla erməni əsilli şou-biznes və porno ulduzu Kim Kardaşyan qəzetə müsahibəsində bildirib.
Kardaşyan jurnalistin Türkiyə-Ermənistan münasibətləri barədə sualına cavab verərkən deyib: “Mənim siyasət barədə informasiyam az olduğundan erməni-türk münasibətlərinin nizamlanması barədə şərh verə bilmərəm. Amma inanıram ki, qonşular dost olmalıdırlar. Bilirəm ki, keçmişdə Türkiyə və Ermənistan arasında xeyli münaqişə olub”. Bu zaman o, keçmiş yaraları sağaltmaq üçün xeyli vaxt lazım olduğunu da vurğulayıb.
Mübariz Mənsimovun tədbirində erotik görüntü
February 20, 2010 by admin
Filed under Şou biznes
Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimovun sahibi olduğu “Pal FM” radiosunun təsis etdiyi “Musiqi
mükafatı”nın təqdimetmə mərasimində daha bir maraqlı görüntü üzə çıxıb.
Lent.az-ın “gunes.com”a istinadən verdiyi məlumata görə, İstanbulun Çırağan Sarayındakı möhtəşəm mərasimə Türkiyənin ən seksual aktrisası Hande Ateizi mini yubka və sinəsi açıq halda gəlib. Aktrisa geydiyi və geyinmədiyi paltarları və müxtəlif hərəkətlərilə bütün diqqətləri öz üzərinə çəkib. O, hətta sinəsinin açıqlığı ilə bir masada əyləşdiyi məşhur müğənni Orhan Gəncəbayı da heyran qoyub.
Qeyd edək ki, mərasimə Mübariz Mənsimov şəxsən qatılıb.
Tədbir iştirakçıları arasında Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay, Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimov, İstanbuldakı baş konsulu Səyyad Aran, İstanbul valisi Müəmmər Gülər, keçmiş nazir Mehmet Ağar və başqaları olub.
Sənətçilərdən isə mərasimə Orhan Gəncəbay, Ajda Pekkan, Mahsun Kırmızıgül, Hande Ataizi, Atiye, Sıla və s. qatılıb.
Təqdim olunan mükafatlar “Pal FM”in dinləyiciləri tərəfindən seçilib.
Məşhur tennisçi Şakira üçün soyundu
February 19, 2010 by admin
Filed under Şou biznes
İspaniyalı tennisçi Rafael Nadal tanınmış müğənni Şakiranın “Gypsy” mahnısına çəkilən klip üçün soyunub. 
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Şakira da bu klipdə demək olar ki, çılpaq çəkilib.
Barselonada çəkilişi 2 gün davam edən klipdə ikilinin çox yaxın olduğu səhnələr yer alıb. İndidən Rafael Nadal və Şakira arasında özəl münasibət olduğu barədə dedi-qodular da yayılmağa başlayıb. Tennisçi və müğənni bu xəbərləri yalan adlandırıblar.
Qeyd edək ki, Şakira Argentinanın sabiq naziri Fernando de la Ruanın oğlu Antonia de la Rua ilə nişanlıdır.
Seks söhbəti naziri kreslosundan etdi
February 19, 2010 by admin
Filed under Şou biznes
2004-cü ildən İrlandiyanın müdafiə naziri postunu tutan Villi Odi istefa verib.
Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, müdafiə nazirinin istefasına 2009-cu ildə jurnalistlərlə söhbəti səbəb olub.
Həmin vaxt Villi Odi Bələdiyyə Şurasının üzvü Morisa Kvinlivanı fahişəxanaların təşkilində günahlandırıb. Ancaq müdafiə nazirinin belə açıqlama verərkən fakta əsaslanmadığı üzə çıxıb və o, sərt tənqidlərlə üzləşib.
Jurnalistlər Villi Odinin söhbətinin qeydə alındığı kasetləri məhkəməyə də təhvil veriblər. Müdafiə naziri məhkəmədə bildirib ki, Morisa Kvinlivanın seks üçün təşkil olunan məkanlarla əlaqəsi barədə məlumatı ona bir polis zabiti verib. Ancaq o, həmin polis zabitinin adını açıqlamayıb. Sonradan Villi Odin səhvini etiraf edib və Morisa Kvinlivaya kompensasiya da ödəyib.
İstefasını şərh edən Villi Odi deyib ki, bu qalmaqal onun müdafiə naziri kimi bu mühüm struktura rəhbərlik etməsinə mane olduğu üçün belə bir qərar verib.
Eurovision iştirakçısı striptiz göstərdi
February 18, 2010 by admin
Filed under Şou biznes
Dita Fon Tiz yenə şampan qədəhində çimdi
Amerika rəqqasəsi və aktrisası Dita Fon Tiz San-Remo şəhərində keçirilən İtalyan Mahnı Festivalında nəhəng şampan qədəhində özünün əsas striptiz nömrəsini göstərib.
Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı “çılğın kraliça”nı festivala tamaşa edən italyanlar və qonaqlar izləyiblər.
Qeyd edək ki, 60-cı İtalyan Mahnı Festivalı fevralın 16-da San-Remo şəhərindəki əfsanəvi “Ariston” teatrında start götürüb. Bu il festivalda “Qızıl palma” baş mükafatı uğrunda İtaliya musiqi səhnəsinin 15 veteranı və 10 gənc müğənni mübarizə aparır.
Festivalın açılışında Adriano Çelentano, Toto Kutunyo, Al Bano, Canni Morandi, Rikkardo Foli, Eros Ramazotti kimi ulduzlar iştirak edib.




Erotik şəkillər çəkdirən idmançı çempion oldu
February 18, 2010 by admin
Filed under Şou biznes
ABŞ dağ xizəkçisi Lindsey Vonn 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Lent.az-ın məlumatına görə, Vonn dağ xizəyi ilə enişdə 1 dəqiqə 44,19 saniyə nəticə göstərib.
İkinci yeri onun həmyerlisi Culiya Mankuzo əldə edib. Mankuzo Vonndan 0,56 saniyə geri qalıb. Bürünc medala isə avstriyalı dağ xizəkçisi Elizabet Gerql (1:45.65) layiq görülüb.
Vonn Vankuver olimpiadasında hələ start öncəsi qızıl medala namizəd sayılırdı. 25 yaşlı idmançı planetin ən perspektivli dağ xizəkçilərindəndir. O, karyerasında ilk dəfə olimpiya çempionu olub.
Qeyd edək ki, Lindsey Vonn həm də olimpiada ərəfəsində erotik fotosessiyası ilə diqqəti öz üzərinə toplamağı bacarıb.

