İranlı homoseksualistlər Türkiyəyə sığınır!

February 17, 2010 by admin  
Filed under Xəbərlər

Sensasiyalı reportaj hazırlanıbhomoseksual

“Washington Post” qəzeti Türkiyəyə sığınan iranlı mühacirlərdən yazıb və yazıda iranlı homoseksualistlərə xüsusi yer ayrılıb.

Lent.az-ın verdiyi məlumata görə, “Washington Post” qəzeti Türkiyədəki iranlı homoseksualistlərin şəkillərini də yayımlayıb.

İranda keçirilən son prezident seçkiləri müxalif fikirli insanların ölkədən axınını sürətləndirib. İrandan qaçanlar əsasən tələbələr, jurnalistlər, hüquq müdafiəçiləri, sənətçilər və homoseksualistlərdir. Bu insanlar İrandan kənara çıxmaq üçün onları sərhəddən qanunsuz keçirən dəstələrə minimum 1500 dollar ödəyiblər. Mətbu orqan keçən ilin iyunundan indiyə qədər 1356 iranlı müxalifətçinin və homoseksualın Türkiyəyə qaçdığını yazıb.

25 yaşlı iranlı homoseksual Hamid Safari qəzetə açıqlamasında deyib ki, Şərqi Avropa ölkələrinə keçmək istəyənləri həbs və ölkədən qovulmaq təhlükəsi gözləyir: “Ona görə də bizim kimilər iranlılardan viza istəməyən az sayda ölkələrdən biri olan Türkiyəyə üz tutur. Mahmud Əhmədinejad hakimiyyətə gələndən sonra İranda homoseksuallara təzyiq artıb”.

Qəzet Mahmud Əhmədinejad BMT Baş Assambleyasında çıxış edərkən İranda homoseksual olmadığını iddia edib. Hamid Safari bildirib ki, indi Mahmud Əhmədinejad söylədiklərinin doğru olduğunu göstərməyə çalışır və buna görə də homoseksualistlərə təzyiqlər artır.

Qəzet Türkiyəyə sığınmış Aida Saadağ adlı hüquq müdafiəçindən də müsahibə alıb və onun bu ölkədə çətin şəraitdə yaşadığını qeyd edib. Ancaq Türkiyədə də mühacirləri İran rejimi dinc qoymur, bu ölkənin casusları, agentura şəbəkəsi onlara təhdid xarakterli telefon zəngləri açır.

Qeyd edilib ki, Türkiyə mühacirləri daimi qəbul etmir. Mühacirlər öz hesablarına yaşamalı, Türkiyədə işləməməlidir. Qəzet yazıb ki, bu səbəbdən onların həyatı çətindir və onlar sənədləşmə işlərini 2 il ərzində başa çatdırıb, Kanada və ABŞ-a getməyi planlaşdırırlar.

  • Share/Bookmark

Bakıda porno film yayan şəxs tutuldu

February 12, 2010 by admin  
Filed under Xəbərlər

Bakıda pornoqrafik videokasetlər satan şəxs yaxalanıb.porno

Bu barədə Lent.az-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, fevralın 11-də Sumqayıt şəhəri, 1987-ci il təvəllüdlü Hacıyev Orxan Rasif oğlu Nərimanov adına parkın qarşısında 3 ədəd pornoqrafik videokasetin hərəsini 20 manata şərt alıcıya satan zaman yaxalanıb.

Fərid Əkbərov

  • Share/Bookmark

Bakıda fahişə əməliyyatı

February 2, 2010 by admin  
Filed under Xəbərlər

“Əzizbəyov” və “Neftçilər” metro stansiyalarının yaxınlığında əxlaqsızlıqa məşğul olan şəxslər yaxalanıblarfahise

Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yüngül həyat tərzi keçirən bir qrup qadın saxlanılıb. (ANS Press) “Əzizbəyov” və “Neftçilər” metro stansiyalarının yaxınlığında əxlaqsızlıqla məşğul olmaqla ictimai asayişi pozan şəxslər izahatlarının alınması üçün bölməyə gətiriliblər.

Polis bölməsindən verilən məlumata görə, saxlanılan qadınlar fahişəliklə məşğul olduqlarından artıq bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunublar. Amma onlar qanunvericilikdə nəzərdə tutulan cərimələri ödədikdən sonra azad ediliblər. Qadınlar əməllərindən əl şəkmədiklərinə görə növbəti dəfə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bölmədən onu da bildiriblər ki, qədim peşənin sahibləri müvafiq tibbi ekspertizalardan keçirilmələri üçün dəri-zöhrəvi dispanserinə göndəriləcəklər.

  • Share/Bookmark

Moskvanın mərkəzində pornoqrafiya nümayişi!

January 15, 2010 by admin  
Filed under Xəbərlər

Dekabrın 14-də axşam Moskvanın mərkəzindəki Sadovoye koltso rayonundakı Serpuxovo tuneli yaxınlığında inanılmaz olay başPORNOverib.

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, tunel yaxınlığında qurulan reklam lövhəsində 2 dəqiqəlik porno çarxı göstərilib.

Şahidlər bildirirlər ki, yolda avtomobil tıxacı yaranıb. Sürücülər gözlərinə inanmayaraq, maşınlarını saxlayırmışlar. Moskva rəhbərliyi faktı araşdıracağını və müvafiq ölçü götürəcəyini bildirib.

Reklam lövhəsinin sahibi olan “Panno.ru” şirkətinin kommersiya direktoru Viktor Laptev isə haker hücumuna məruz qaldıqlarını bildirib: “Bu haker hücumu olub. Nəticədə reklam çarxlarından biri əxlaqsız çarxla əvəz edilib. Bizim operatorlara siqnal daxil olan kimi pornoçarx söndürülüb”.

Laptev bunun səbəbini anlaya bilmədiyini bildirib: “Bunun adi xuliqanlıq yoxsa rəqiblərin atdığı addım olduğu mübahisəli məsələdir. Qoy bunu əlaqədar orqanlar müəyyən etsinlər”.

  • Share/Bookmark

Siyəzəndə qadın ərinin cinsi orqanını kəsib öldürdü

January 13, 2010 by Adrenalinka  
Filed under Xəbərlər

Kefli ər həyat yoldaşını oral seksə məcbur etmək istəyirmiş
Yanvarın 13-də gecə saat 1-də Siyəzən rayonunun Yenikənd kəndində dəhşətli ölüm hadisəsi baş verib. Lent.az-ın “vesti.az” saytına istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kənd sakini, 1977-ci il təvəllüdlü Xəyalə Məmmədova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1972-ci il təvəllüdlü Rauf Məmmədova bir neçə bıçaq zərbəsi endirib.

R.Məmmədov aldığı bıçaq zərbələrindən ölüb. Siyəzən Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində X.Məmmədova tutulub.

Siyəzən rayon prokuroru Niyaz Məmişov bildirib ki, hadisə Rauf Məmmədovun kefli halda evə gələrək və özünün 74 yaşlı atasını təhqir etməsindən sonra baş verib: “Gəlin qayınatasını müdafiə edib və ondan müvəqqəti olaraq evi tərk etməsini xahiş edib. O, qayınatasını iki azyaşlı uşağı ilə bir yerdə qohumunun evinə göndərib. Həyat yoldaşının bu hərəkəti R.Məmmədovu qəzəbləndirib və o, Xəyaləni döyərək təhqir etməyə başlayıb. Bundan sonra Rauf Məmmədov əlinə bıçaq alaraq həyat yoldaşını oral seksə məcbur etmək istəyib. Qadın müqavimət göstərsə də, əri cəhdindən əl çəkməyib. X.Məmmədova alçaldılmasına dözə bilməyərək, bıçağı kefli həyat yoldaşının əlindən alıb və onun cinsi orqanını kəsib. Sonra affekt vəziyyətində olan Xəyalə Raufa bir neçə bıçaq zərbəsi endirib. R.Məmmədov aldığı yaralardan hadisə yerindəcə keçinib”.

Cinayət barədə məlumat alan polis hadisə yeninə gəlib. R.Məmmədovn cəsədi morqa aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq gedir.

  • Share/Bookmark

Porno ulduzlarımız internetdə biabırçılıqlar edir

January 5, 2010 by admin  
Filed under Xəbərlər

Azərbaycanlı qızların iştirakı ilə pornoqrafik video görüntülər sürətlə yayılır
“Porno ulduz”larımız internetdə biabırçılıqlar edir
Sosioloq: “Pornoqrafik görüntüləri yayılan qızların əksəriyyəti…”

Qeyri-rəsmi məlumatlara görə, hazırda tamaşaçıların marağını ən çox pornoqrafik filmlər, görüntülər, audiovizual nümunələr cəlb edir. Yerli sosioloqlar bildirir ki, Azərbaycan tamaşaçıları arasında da bu sahə ilə ilgilənənlər az deyil. Monitorinq aparsaq görərik ki, mobil telefon gəzdirən şəxslərin təxminən 70-80 faizinin telefonunda pornoqrafik, erotik videolentlər üstünlük təşkil edir.

Təəssüf ki, bir çox hallarda bu mini filmlərin qəhrəmanları, oyunçuları sadə Azərbaycan vətəndaşları olur. Xarici ölkələrdə pornoqrafiya janrı inkişaf edib və bunun üçün xüsusi kino şirkətləri də yaradılıb. Bu filmlərə çəkilən aktyor və aktrisalar isə saysız-hesabsızdır. Xaricdən ölkəmizə gətirilən pornoqrafik filmlərdə porno ulduzların rol aldığı bildirilir. Onların hərəkət və davranışlarından da açıq-aşkar hiss olunur ki, bu adamlar bu sahə üzrə ixtisaslaşmış aktyorlardır. Rusiya və Türkiyəni götürsək, orada da porno ulduzlar var və o şəxslərin iştirakı ilə filmlər çəkilir. Mobil telefon və internet saytlarında nümayiş olunan pornogörüntülərdə aktyor və aktrisalar iştirak etsə də, Azərbaycanda adi insanların iştirakı ilə mini filmlər yaranır. Belə demək mümkünsə, onlar xarici aktyorların hərəkətlərini “milliləşdirərək” imitasiya edir. Təəssüf ki, internet saytlarında və mobil telefonlarda başqa ölkələrdən porno ulduzların təqdimatında intim səhnələr yer alırsa, virtual aləmə bizim adi insanlarımız, qız və oğlanlarımız bu şəkildə çıxır.

Məlum olduğu kimi, həm internet saytlarında, həm də mobil telefonlarda azərbaycanlıların iştirakı ilə pornoqrafik səhnələr geniş yayılıb. Hətta illər əvvəl deyilirdi ki, bəzi Azərbaycan müğənni və aktrisaları Türkiyə, Rusiya, Amerika və s. ölkələrdə pornofilm istehsal edən şirkətlərlə gizli müqavilə imzalayaraq xaricdə belə filmlərə çəkilir. Ötənlərə nəzər salsaq, yerli mətbuatda xalq artistləri İlhamə Quliyeva, Brilliant Dadaşova, Məleykə Əsədova, Aygün Kazımova və başqalarının belə filmlərə çəkildiyi iddia edilirdi. Həmin sənətçilər isə, öz növbəsində, yayılan xəbərləri təkzib edir, bir azərbaycanlı kimi buna heç bir vaxt yol vermədiklərini deyirdilər.

Qeyd edək ki, bu günlərdə ölkə qəzetlərində Bagiranın Türkiyədə pornofilmə çəkilərkən yoluxucu xəstəliyə tutulması ilə bağlı xəbər dərc edilmişdi. Məlumatda bildirilirdi ki, adıçəkilən şəxs (ona bəzən “müğənni” də deyirlər) pornoqrafik filmə çəkilmək üçün qardaş ölkəyə gedib və nəticədə tərəf-müqabili onu infeksion xəstəliyə düçar edib. Onu da bildirək ki, Bagira internet saytlarında və mobil telefonlarda lüt şəkilləri və videogörüntülərilə qısa bir vaxtda “populyar”lıq qazandı. Demək olar ki, şəhərdə “məmə yeyəndən, pəpə yeyənə qədər” hər kəs Bagiranın lüt şəkillərindən danışırdı.

Yeri gəlmişkən, rəqqasə Sevda, Röya və Faiq Ağayev, eləcə də bəzi tanınmamış şou-biznes nümayəndələrinin açıq-saçıq görüntüləri telefonlarda geniş yayılıb. Digər tərəfdən, yaşadığı intim səhnələri mobil telefona çəkdirən azərbaycanlı qızların da bəziləri zahiri baxımdan yerli şou-biznes müğənnilərinə bir qədər oxşayanlardır. Xatırladaq ki, Xatirə, Nüşabə Ələsgərli, Nazpəri Dostəliyeva, Röya və başqa müğənnilərə azacıq oxşayan adi qızların seks səhnələri, çıxdıqları oyunlar telefonlarda yer alıb. Bu məsələdən danışırıqsa, bir məqama xüsusi diqqət yetirmək lazımdır. Müşahidələrimiz göstərir ki, pornoqrafik görüntüləri yayılan qız və qadınların böyük əksəriyyəti özünüreklam vasitəsilə bu nümunələri yayır. Bir qisiminin isə çəkiliş prosesindən xəbəri olmur. Yəni onlar bilmir ki, bütün hərəkət və davranışları incəliyinə qədər ya telefon, ya da ki, kiçik kamera vasitəsilə lentə alınır. Sonradan bu görüntülər qız və qadınların əleyhinə işlədilir və onları şantaj etmək üçün istifadə edilir. Bəzən də gənc qızlar özlərini otaq şəraitində çəkir və blutus vasitəsilə oğlanlara, kişilərə göndərir.

Sosioloqlar hesab edir ki, qızlarımızın bu cür çəkilişlərə razılıq verməsi normal deyil. Onların fikrincə, bunun əsas səbəbi ölkəyə gətirilərək burada yayımı təşkil edilən pornoqrafik filmlərdir. Bəzi sosioloqlar deyir ki, bu işlə məşğul olanlar yüngül həyat tərzi keçirən qadınlardır. Onlar bu vasitədən istifadə edib özlərinə müştəri cəlb edir.

Sosioloqların dediyinə görə, bu qızların bəziləri bilməyərəkdən tora düşür, müəyyən bir qismi isə bilərəkdən bu işə qol qoyur.

Sosioloqlardan biri deyir ki, qızların pozulmasında serialların da rolu az deyil: “Qızlar seriallara baxıb özlərini oradakı “azad” qız və qadınlara bənzətmək istəyir. Məlumdur ki, o qəhrəmanlar da çox zaman yüngül həyat tərzi təbliğ etməklə məşğuldur. Bu gün Azərbaycanda normal təhsili, əxlaqı, mənəviyyatı olan heç bir qadın, qız bu işlə məşğul olmur. Pornoqrafik görüntüləri yayılan qızların da əksəriyyəti indi fahişəliklə məşğul olanlar, yüngül həyat tərzi keçirənlərdir. O görüntülərə baxsanız görərsiniz ki, çoxu sadə azərbaycanlılardır. Bəzi qadınlar bu işlə ya evində, ya da saunada məşğul olur. Azərbaycan qadınlarının öz intim səhnələrini telefona çəkdirməsi biabırçılıqdır. Heç bir normal cəmiyyətdə bu qəbul edilən deyil. Bir də görürsən ki, hansısa bir kənddə qız, qadın intihar edib. Sonra məlum olur ki, hansısa bir kişi onunla yaşadığı anları çəkib və bununla da onu şantaj etməyə başlayıb. Bir şeyi də nəzərdən qaçırmaq olmaz ki, müəyyən qisim qızlar buna pul xatirinə gedir. Eşitmişəm ki, burada yaşayan xaricilər də qızlarımızdan bunu tələb edir. Deyilənə görə, Azərbaycan qızlarının iştirakı ilə çəkilən pornoqrafik görüntülər internetdə yayılıb. Eşitmişəm ki, bu videolentlər xarici ölkələrdə də aparılıb. Bu böyük problemdir və ölkəmizi dünyada biabır edən bir faktdır. Baxın görün, hansısa bir avropalı, amerikalı özünün bu şəkildə təqdim edilməsinə razılıq verərmi? Qətiyyən. Belə şeylər Amerika, Avropa və digər cəmiyyətlərdə anormal hal kimi qəbul edilir. Bizdə isə oğlanlar gəzdiyi qızı telefona çəkib onu biabır edir. Mənə elə gəlir ki, bu işlə dövlət səviyyəsində məşğul olunmalıdır. Yoxsa sonra bunun qarşısını almaq mümkün olmayacaq. Yadınızdırsa, bir müddət əvvəl qəzetlər yazırdı ki, bir nəfər azərbaycanlı kinorejissor evində studiya açıb və ora uşaqları cəlb edirmiş. Sonra o adamın ölkədən qaçdığı bildirildi. İndi bəzi xırda studiyalar var ki, onlar da sadə azərbaycanlı qızları bu işə cəlb edir. Onları inandırırlar ki, sənin iştirakınla çəkilən bu videolent yalnız xaricdə göstəriləcək, Azərbaycanda göstərilməyəcək. Əlaqədar qurumlar bu işi nəzarətə götürməlidir. Çünki qarşısı alınmasa, bu, geniş xarakter ala bilər”.

Sosioloqun dediyinə görə, qız və qadınlar özləri bu məsələdə diqqətli olmalıdır ki, kimlərsə onlardan istifadə etməsin. Sosioloq onu da dedi ki, bir çox hallarda belə qızları şantaj yolu ilə qadın alverinə də cəlb edirlər: “Bir də görürsən ki, rayonda, elə şəhərimizdə də hansısa bir qızın hərəkətləri lentə alınır. Bu səhnələri çəkən adamlar sonradan onları şantaj edib qadın alverinə cəlb edirlər. Azərbaycanlı qızlar bilməlidir ki, bu görüntülər həm onların özləri, həm də ölkəmiz haqda mənfi rəy yaradır. Bütün dünya pornoqrafik filmlərə müharibə elan edib, amma bizim sadə vətəndaşlar bunun iştirakçısına çevrilib. Bu yaxşı hal deyil. O qızların özlərinin gələcəyi, sağlamlığı, mənəviyyatı üçün böyük təhlükədir”.

Əli TURABOV

Bakixeber

  • Share/Bookmark

Paytaxtda porno filmə baxan 18 yaşlı gənc dünyasını dəyişdi

December 22, 2009 by admin  
Filed under Xəbərlər

Bakının Xətai rayonu ərazisində ölüm hadisəsi baş verib.pronodisk
Dekabrın 17-də saat 15 radələrində Nobel prospekti 155 saylı evdə yaşayan 18 yaşlı Zamin Əmiraslanov dünyasını dəyişib. Meyidi qardaşı və atası aşkar ediblər. Elman Əmiraslanov oğlunun boğularaq öldürülməsi ilə bağlı dərhal Daxili İşlər Nazirilyinin “102” xidmətinə məlumat verib. Hadisə yerinə Xətai rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları gəliblər. Xarici müayinə zamanı Zamin Əmiraslanovun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ailə üzvlərinin verdiyi məlumata görə o, əvvəllər ürək xəstəliyi ilə əlaqədar cərrahi əməliyyat olunub və 2 -ci qrup əlil imiş.

Qeyd edək ki, ölümündən bir neçə dəqiqə qabaq Zaminin pornoqrafik filmlərə baxması müəyyən edilib. Meyit isə aşkar edilən zaman alt paltarında olub. İçərisində bir neçə film olan disklər isə hüquq- mühafizə orqanları əməkdaşları tərəfindən götürülüb.

Hazırda fakt üzrə Xətai rayon Prokurorluğu tərəfindən müvafiq yoxlama aparılır. ANSPRESS

  • Share/Bookmark

Amerkan kilsəsinə lesbiyan yepiskop

December 7, 2009 by admin  
Filed under Xəbərlər

Anglikan Kilsəsinin ABŞ-dakı qolu olan Amerika Yepiskop Kilsəsi 1988-ci ildən indiyədək başqa bir qadınla birlikdə olduğunu kilsegizlətməyən 55 yaşlı Mari Glaspulun keşiş sinfindən 153, dünyəvilərdən isə 203 səs aldığın açıqlayıb.

Lent.az-ın məlumatına görə, Glasspul homoseksuallığını gizlətməyən Gene Robinsonun Amerika Yepiskop Kilsəsinə seçilməsindən sonra cinsi meylini açıq-aşkar bildirən ikinci yepiskop olub.

Rahib Gene Robinson böyük mübahisə və həyəcan dolu bir seçkidən sonra Amerika Yepiskop Kilsəsinin homoseksuallığını açıq etiraf edən ilk yepiskopu olmuşdu.
2,3 milyon üzvü olan Amerika Yepiskop Kilsəsi dünya səviyyəsində 77 milyon inanclı insana xidmət edən Anglikan Kilsələr birliyinə daxildir.

  • Share/Bookmark

Orduda seks

December 2, 2009 by admin  
Filed under Xəbərlər

«Hizbullah» ordusunu siğəsiz təsəvvür etmək artıq mümkün deyil. 40 yaşlı Livan şiəsi Məhəmməd deyir ki, «ən loyal və güclü ordunuOrduda seks yaratmaq üçün siyasi hakimiyyətdən başqa seks də lazımdır».

«Foreign Policy» məcmuəsi yazır ki, «Hizbullah»ın geniş tətbiq etdiyi «mutaa», başqa sözlə, siğə, müvəqqəti nikahdır, burda tərəflərin heç bir məsuliyyəti yoxdur, siğə üçün molla da lazım deyil.

Müqavilə çox sadədir: qadın deyir ki, «mən filan müddətə, filan mükafata sənə ərə gedirəm», kişi cavab verir ki, «mən qəbul edirəm». Siğənin müddəti danışıqdan asılıdır, bir saat da ola bilər, bir il də.

İCAZƏ YALNIZ ORDUDA ƏSGƏR KİMİ VURUŞANLARA AİDDİR

Müsəlman qadın müvəqqəti olsa da yalnız müsəlman kişiyə ərə gedə bilər. Müsəlman kişi isə müvəqqəti olaraq müsəlman, xristian və ya yəhudi qadını ala bilər, bir şərtlə ki, bu qadınlar boşanmış və ya dul olsunlar. Heç vaxt ərdə olmamış qadınla da siğə bağlamaq olar, əgər atası icazə versə.

Maraqlıdır ki, «Hizbullah» bir partiya kimi öz üzvlərinə siğəyə icazə vermir, icazə yalnız orduda əsgər kimi vuruşanlara aiddir.

«Foreign Policy» yazır ki, müvəqqəti nikah imkanı gənclərin «Hizbullah»a axınını da yaradır. 26 yaşlı bir gənc son iki ildə qadınlarla müvəqqəti nikah bağlaya-bağlaya axırda «Hizbullah»a üzv olub.

SİĞƏ İMKANI TƏKCƏ KİŞİLƏRİN XOŞUNA GƏLMİR

Bu nikahlar isə «Hizbullah»ın kitabxanasında və ya dini və siyasi müzakirələr mərkəzində bağlanırmış.

Ancaq «mutaa» və ya siğə imkanı təkcə kişilərin xoşuna gəlmir.

İngilis ədəbiyyatından magistr olan və ərindən ayrılmış 25 yaşlı Zəhra adlı qadın deyir:

«Siğəyə ona görə gedir ki, buna din icazə verir».

«Allah müvəqqəti nikaha niyə icazə verib?» sualını isə Zəhra soruşmur, çünki bu, Allahın işidir. O bircə onu bilir ki, şəhidlərin dul qalan həyat yoldaşları var. «Mutaa», siğə onları nəzərə alıb.

azadliq.org

  • Share/Bookmark

POLŞADA PEDOFİLLƏRİ AXTALAYACAQLAR

November 30, 2009 by admin  
Filed under Xəbərlər

Polşada kimyəvi axtalanma barədə qanun qüvvəyə minib. Belə ki, prezident Lex Kaçinski pedofillərin farmakoloji müalicəsinə dair1970qanunun həyata keçirilməsini qanuniləşdirib.

Xatırladaq ki, Polşa Seyminin aşağı palatasının deputatları seksual cinayətlərdə təqsirli bilinənlərin kimyəvi axtalanması barədə qanunu sentyabrı ayında qəbul ediblər. Yeni qanun 15 yaşadək uşaqları və ya yaxın qohumlarını zorlayan cinayətkarların axtalanmasını məcburi edir. Qanunun qəbulunun əleyhinə yalnız üç deputat səs verib.
Qanun həmçinin uşaqbazların və ya qan qohumları (valideynlər, övladlar, bacı və qardaşlar) ilə cinsi əlaqədə təqsirli bilinənlərin azadlıqdan məhrumetmə müddətinin artırılmasını da nəzərdə tutur.

Yeni qanuna görə, pedofiliyaya istənilən formada haqq qazandırılması cinayət hesab edilir və iki müddətinədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni cəza internet vasitəsilə 15 yaşadək uşaqları yoldan çıxaran şəxsləri də gözləyir.

İndi Polşada cinayət məsuliyyətinə cəlb olunan şəxslərə ya açetat çiproteron veriləcək, ya da hər ay leupropelin iynəsi vurulacaq. Bu preparatlar kişi cinci hormonlarının təsirini yatırır.

İsraildə bu məqsədlə “Dekapeptil” istidadə edilir ki, bu da qeyri-təbii seksual ehtiyacları azaldır.
Kimyəvi axtalanmada cinayətkarın qanına kişi hormonu olan testestoronun miqdarını sıfıra endirən inyeksiyanın yeridilməsi nəzərdə tutulur. Bu əməliyyatdan sonra azadlığa çıxsa belə, uşaqbazı cinayətkarlığa sürükləyən əvvəlki «vərdiş» tamamilə aradan qalxır.

ABŞ-ın bəzi ştatlarında uşaqbazlara kimyəvi axtalanma cəzası çoxdan verilir. Hətta cərrahi axtalanma da var, amma bu əməliyyat cinayətkarın şəxsi razılığı əsasında həyata keçirilə bilər. Almaniyada isə kimyəvi axtalanmaya ildə 6 nəfər uşaqbaz məruz qalır. Fransada da uşaqbazlar bu cür cəzalandırılırlar. Amma hakimiyyətə gələndən sonra Fransa prezidenti Nikolya Sarkozi cəzanı bir az da sərtləşdirməyi təklif edib – «ya bu əclaflar ömürlərinin sonuna kimi həbsxanada qalmalı, ya da azadlığa çıxmamışdan əvvəl mütləq axtalanmalıdırlar».

anspress

  • Share/Bookmark