
İngiltərə milli komandasının futbolçusu Devid Bekhemin 2 həftə öncə oyun zamanı aldığı zədə təkcə karyerasına deyil, cinsi həyatına da təsirini göstərib.
“Daily Star”ın verdiyi məlumata görə, Finlandiyada əməliyyat olunan Bekhemin 3 ay müddətində sekslə məşğuliyyətinə qadağa qoyulub.
Bu barədə xəstəxanadakı mənbələrdən bildirilib. 35 yaşlı yarımmüdafiəçi seks zamanı hər hansı ani hərəkət etsə, bütün karyerasını itirmə təhlükəsi ilə üzləşə bilər.
Qeyd edək ki, Devid Bekhem “Milan”ın heyətində “Kyevo” ilə İtaliya çempionatının oyunu zamanı dizindən aldığı zədə üzündən 11 iyun – 11 iyulda Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatında İngiltərə yığmasına kömək edə bilməyəcək.


