Haqqımızda
Ailə münasibətlərində cinsi tərbiyə xüsusi yer tutur. Bu sahəyə lazımı səviyyədə fikir verilmədiyindən ailələrdə tez-tez narazılıqlar, konfliktlər yaranır, yeni qulmuş ailələr dağılır və yaxud münasibətlər faciə ilə nəticələnən sonluqlarla bitir. İntim münasibətlərdə təcrübəsizlik bir sıra cinsi xəstəliklərin yaranmasına, eləcə də xalqımızın adət ənənələrinə zidd əməllərə də gətirib çıxarır. Saytın əsas məqsədi intim münasibətlərdə qarşıya çıxan anlaşılmazlıqları aradan qaldırmaq və gənclərin ailə həyatında yaranan çətinliklərin həll olunmasına kömək etməkdir.
Saytımızda yer alan məqalələr müxtəlif kitab və digər mənbələrdən tərcümə olunub yerləşdirilmişdir.
Bu yolda bizə dəstək və kömək etmək fikrində olsanız info@maraq.info elektron ünvanına təklif və məsləhətlərinizi göndərin.



