Eurovision təmsilçisinin AIDS qalmaqalı

February 13, 2010 by admin  
Filed under Şou biznes

Almaniyanın ən populyar musiqi qruplarından sayılan “No Angels”in (“Melek Deyilik”) üzvlərindən olan müğənni Nadya Benaissa Nadya-Benaissabarədə cinayət işi başlanılıb.

Lent.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb HIV virusu daşıyıcısı olan Nadyanın bunu bildiyi halda 3 nəfərlə prezervativsiz cinsi əlaqəyə girməsidir.

İttihamnamədə 27 yaşlı Benaissanın HIV daşıdığını 1999-dan bu yana bildiyi, lakin buna baxmayaraq 2000-2004-cü illərdə 3 nəfərlə 5 dəfə cinsi əlaqədə olduğu aşkarlanıb.

Benaissanın birlikdə olduğu şəxslərə virus daşıyıcısı olduğunu söyləmədiyi müəyyənləşib.
Müğənni ilə cinsi əlaqədə olan 3 nəfərdən biri HIV-ə yoluxub.

Prokurorluğun açıqlamasına görə, ifaçı qorunmadan cinsi əlaqədə olmağın xəstəliyə yol açdığını bilirmiş. Alman müğənninin təqsiri sübuta yetirilsə, onu 6 ay ilə 10 il arasında həbs cəzası gözləyir.

2000-ci ildə Almaniyanın “RTL” kanalının düzənlədiyi “Popstar” müsabiqəsində qalib olan “No Angels” qrupu 2003-də dağılana qədər 5 milyon albom satıb.

Qrup 2007-də təkrar bir araya gələrək “Eurovision 2008” mahnı müsabiqəsində Almaniyanı təmsil edərək müsabiqənin sonuncusu olub.

  • Share/Bookmark

Virus (HPV,HSV və digərləri)

November 28, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

Bu başlıq altında toplanan xəstəliklər (CUBH) iki insan arasında ibarət olan cinsi xüsusiyyətli yaxın təmasla bulaşan mikrobikHPV,HSV(bakteriya, virus, parazitlərə bağlı) xəstəliklərdir. Əvvəllər zöhrəvi xəstəliklər olaraq xatırlanan bu xəstəliklərin bir qisimi yalızca genital bölgədə görüntülərə səbəb olarkən (qadında vaginal axıntı, kişidə üretradan axıntı, hər iki cinsdə genital bölgədə xora kimi), digər bir qisimi bütün bədəni təsir edən ümumi görüntülərə səbəb olarlar (sifilis, hepatit B və AIDS kimi).

Bu xəstəliklərin bir qisimi üçün ən əhəmiyyətli bulaşma yolu iki insanın cinsi xüsusiyyətli yaxın təması ikən (genital ziyil, herpes simpleks, vaginit kimi), digər bir qisim xəstəliklər cinsi yolla bulaşmağa əlavə olaraq qan yoluyla (AIDS və hepatit B? nin virusu daşıyan qanın nəql edilməsiylə bulaşması kimi, anadan körpəsinə hələ doğulmadan sifilis bulaşması kimi) və cinsi əlaqə xaricindəki yaxın təmasla da bulaşa bilməkdədir (anadan körpəsinə doğum əsnasında ya da doğum sonrasında əmizdirmə və baxım əsnasında bulaşan genital ziyil, herpes simpleks və hepatit B kimi, ailə içində gündəlik həyat şərtlərinin paylaşılması nəticəsi bulaşan hepatit B kimi).
Bu qrupdakı xəstəliklərin bulaşması üçün heteroseksual əlaqə (qadın-kişi cinsi əlaqəsi) şərt olmadığı kimi, bulaşma üçün gerçək cinsi əlaqə olmadan infeksiyası daşıyan birinin genital bölgəsiylə yaxın təmas belə xəstəliyə yoluxmaq üçün kafi ola bilməkdədir (genital ziyil kimi). Cinsi yolla bulaşan xəstəliklər bütün digər yoluxucu xəstəliklər kimi deyilməsi zəruri xəstəliklər qrupunda iştirak edərlər.
Bu xəstəliklərin çoxu üçün cinsi əlaqə xaricində də müxtəlif bulaşma yolları mövcuddur. Buna görə bu xəstəliklərdən birinə tutulan adamın partnerini, ya da partnerin xəstəliyə tutulan adamı sədaqətsizliklə ittiham etməsi haqsızlıq ola bilər. CYBH- larda görülən işarələr başqa xəstəliklərdə də görülə bilər və yalnız diaqnoz qoyulmadan qarşı tərəfi günahlandırmaq mənasızdır.

Cinsi yolla bulaşan bir xəstəliyi olan adamın əlaqədə olduğu kəslərə vəziyyəti bildirməsi və bu kəslərin də diaqnozdan keçmələri üçün xəbərdarlıq etməsi; müalicə bitənə qədər, həkimin təyin etdiyi müddət içərisində heç bir cinsi fəaliyyətdə olmaması ya da həkimin icazəsiylə prezervativ qoruyuculuğu altında əlaqədə olması partnerine və cəmiyyətə qarşı ən əhəmiyyətli məsuliyyətidir.
Prezervativsiz əlaqəyə girməyin.

  • Share/Bookmark

HİV/AİDS-DƏN QORUNMA ÜSULLARI

October 28, 2009 by admin  
Filed under CİNSƏL BİLGİLƏR, CİNSƏL XƏSTƏLİKLƏR

HİV/AİDS pandemiyası ətrafında baş verənlərə rəğmən virusun bir zəif tərəfi də var -ondan çox asanlıqla qorunmaq olar.

Ən vacib olan – insanın özünün etdiyi seçimlərdir. Belə ki, qorunmanın vacib olmasını anlayan insan nəinki düzgün qərarlara gələrək özünə görə məsuliyyət daşıyır, həm də ətrafdakılara da bunu anladır və bununla başqalarını da yoluxmadan qoruyur.
HİV/AİDS və ondan qorunma mövzusunda aparılan maarifləndirmə bu bəla ilə mübarizədə əsas yeri tutur.

Susma və problemdən qaçma infeksiyanın tez və maneəsiz yayılması üçün ən yaxşı şərait yaradır.

Cinsi həyata kamil dövrdə başlamalı!

HİV/AİDS -in qarşısının alınmasının ən yaxşı yolu – yeniyetmələr və gənclər arasında seksual həyata gec – kamillik dövründə başlamanın tədrisidir. Belə ki, bu dövrdə insan artıq cinsi həyatın təhlükəli tərəfi haqqında – cinsi yolla keçən xəstəliklər, o cümlədən HİV/AİDS haqqında məlumatlanmış və onun boynuna düşən məsuliyyəti dərk etmiş olur. Ailə adətən kamillik dövründə qurulduğu üçün ilk cinsi həyata da ailə qurulduqdan sonra başlamaq məsləhət görülür.

Cinsi həyatı bir partyorla yaşamalı.
Əgər hər iki tərəf öz partnyoruna sadiq qalırsa bu zaman cinsi əlaqə yolu ilə infeksiyaya tutulmaq problemi aradan qalxır. Problemə belə yanaşma həm də ailəni (nigahı) qoruyur.

Təhlükəsiz cinsi əlaqə – Prezervativ (condom) – bu haqda ayrıca söhbətimiz olacaq

Qan köçürmə
Bir çox ölkələrdə köçürmə üçün götürülən qan HİV-yə yoxlanılır. Lakin bəzi klinikalarda, təcili hallarda qan yoxlanılmadan, donordan birbaşa resipientə köçürülür. Bu halda yoluxma ehtimalı çox yüksək olur.

İynə, şprits və digər tibbi alətlər
Artıq istifadə olunmuş iynə, şprits və digər tibbi alətlərdən istifadə etməyin;
Bir dəfə istifadə olunan aləti təkrarən başqası üçün istifadə etməmişdən əvvəl 20 dəqiqə qaynayan suda saxlayın;
Bundan əlavə, manikür alətləri – sterilləşdirilmiş, ülgüclər – birdəfəlik olmalıdır. Tatu, iynəterapiya və pirsing etdikdə əlatlərin steril və ya birdəfəlik olmasına fikir verilməlidir.

Qaynaq: UNICEF

  • Share/Bookmark

AİDS-in Axilles dabanı tapıldı

September 7, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

PG9 və PG16 anticismləri HİV virusu mutasiya etdikdə də ona hücum etmək qabiliyyətinə malikdirlər

Amerikalı alimlər AİDS xəstəliyinə yol açan HİV virusunun “Axilles dabanı”nı tapıblar. Lent.az-ın “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu, ölümcül xəstəliyə qarşı yeni effektiv dərman yaratmağa ümidləri artırıb.

Bu vaxta qədər HİV virusu tez mutasiya etdiyi üçün onunla mübarizədə effektiv dərman yaratmaq mümkün olmayıb. İndi isə alimlər kəşf etdikləri yeni üsul sayəsində orqanizmdə zəruri yad cisimlərin formalaşmasını stimullaşdırmağa nail olacaqlarına və xəstəliyə qalib gələcəklərinə inanırlar.

Yeni anticisimlər PG9 və PG16 adlanır. Alimlər həmin yad cisimlər hesabına orqanizmdə HİV virusunun digər zəif cəhətlərinin də üzə çıxarılacağına əmindirlər. PG9 və PG16 anticisimləri hətta HİV virusu mutasiya etdikdə də ona hücum etmək qabiliyyətinə malikdirlər.

Qeyd edək ki, hər il 33 milyon bu virusa yoluxur və onların 2 milyonu həyatını itirir.

  • Share/Bookmark

AIDS-lə mübarizədə yeni era başlayır

September 4, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

Güclü super antibiotiklər tapılıb

Amerikalı alimlər AİDS (SPİD) xəstəliyinə yol açan HİV virusuyla mübarizədə effektli olacaq peyvəndin hazırlanması üçün 2 yeni və güclü antibiotik kəşf ediblər.
Lent.az-ın verdiyi məlumata görə, aparılan tədqiqatlar və onların nəticələri bu gün ABŞ-ın “Science” jurnalında dərc olunacaq.
Bu super antibiotiklərə ‘bNAbs’ adı verilib. Antibiotiklərin tez-tez mutasiya etdiyi üçün mübarizə aparılması müşkül olan HİV virusunu neytrallaşdıracağı bildirilir.
Alimlər araşdırmalar zamanı Afrikada 1981-ci ildən bu yana 25 milyon insanın öldüyü bölgələrdə, o cümlədən Tayland, Avstraliya, Böyük Britaniya və ABŞ kimi ölkələrdə yaşayan 1800 könüllüdən qan nümunələri götürüblər.


  • Share/Bookmark

Asiyada 50 milyon qadın QİÇS təhlükəsi ilə üz-üzə

August 13, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

BMT Asiya qitəsində 50 milyon qadına ərlərindən, ya da uzun müddət birlikdə olduqları sevgililərindən HİV virusu yoluxa biləcəyini açıqlayıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, qorunmadan cinsi əlaqədə olmaq, narkotik üçün eyni vasitələrdən (iynə və s.) istifadə etmək SPİD xəstəliyinə tutulmaq riskini daha çox artırır.

Məlumatda qeyd olunur ki, Asiyada 75 milyon kişi pul qarşılığında davamlı olaraq başqa qadınlarla cinsi əlaqədə olur və bu da SPİD-in yayılmasına yol açacaq təhlükədir.

  • Share/Bookmark

QİÇS-ə yol açan virusun gen xəritəsi çözüldü

Yeni texnologiyanın tətbiqi sayəsində AIDS (QİÇS) xəstəliyinə yol açan HİV virusunun gen xəritəsi tamamilə deşifrə edilib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə “Nature” jurnalına açıqlamasında Şimali Karolina Universitetinin professoru Kevin Veeks məlumat verib.

Professor bildirib ki, virusun gen xəritəsinin artıq elm üçün məlum olması bu xəstəliklə mübarizədə yeni müalicə üsullarının tətbiqinə və xəstənin tam sağalmasına imkan yaradacaq. Eyni zamanda qripin müxtəlif növlərinə, o cümlədən “donuz qripi”nə qarşı mübarizə də səhiyyənin işi asanlaşacaq.

O qeyd edib ki, HIV virusu DNT deyil, RNT tipi bir virusdur. “SHAPE” üsulu ilə RNT-nın liflərini yaradan və nükleotid adlanan blokların şəklini çıxarmaq mümkün olub.

HİV virusunun RNT-nın detallarının xəritəsinin əldə edilməsi sayəsində onların məhv edə biləcək dərmanların hazırlanması, mikrobların insan bədənində çoxalmasının qarşısını alacaq mexanizmlərin formalaşdırılması müasir tibb elmi üçün çətin olmayacaq. Professor vurğulayıb ki, HİV virusunun detallarının məlum olması qısa müddətdə onu məhv edəcək dərman hazırlanmasının yolunu açıb.

Qeyd edək ki, hazırda HİV virusuna qarşı 20-yə qədər dərman işlədilir. Ancaq bunlar ciddi effekt vermir və həm də insan onların çoxunu bir dəfəyə içməlidir. Bunun isə kənar fəsadları olur.

  • Share/Bookmark

AIDS Nədir və əlamətləri?

August 6, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

AIDSHIVin səbəb olduğu immunitet sistemini təsir edən yoluxucu bir xəstəlikdir.

AIDS-in Əlamətləri Nələrdir?

HIV bulaşdıqdan sonra, AIDS xəstəliyi əlamətləri adamın həyat şərtlərinə və bədən müqavimətinə görə 3-15 il, hətta bəzən daha uzun bir müddət sonra ortaya çıxmaqdadır. Bu haqda daha ətraflı aşağıdakı kimidir:

Müəyyən bir səbəbə bağlı olmadan həftələrcə sürən dərin yorğunluq,

2 ay içərisində 10 % dan çox təyin oluna bilməyən kilo itkisi,

Bir neçə həftədən çox açıqlana bilməyən qızdırma, titrəmə və gecə tərləmələri,

İlk baxışda çürüyə bənzəyən, ancaq itməyən, ağrısız, bədənin hər yerində olan düz, sərt və getdikcə böyüyən çəhrayı-qırmızı rəngli ləkələr,

İki həftədən uzun sürən qoltuğ altı və boyun linfa bezlərində şişlik,

Tənəffüs çətinliyi və quru öskürək,

Ağızda davamlı ağ ləkələr olması, uçuqlar,

Xroniki diyara.

  • Share/Bookmark

HIV Hansı Halda Bulaşmaz?

HIV/AIDS gündəlik həyatda, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havanı tənəffüs etmə ilə bulaşmaz. HIV möhkəm dəridən keçməz.

Əl sıxışma, dəriyə toxunma, sığallama, qucaqlama, ictimai öpüşmə.

Tüpürcək, gözyaşı, tər, asqırmaq, öskürək, sidik, nəcis.

Yeməklər, içkilər, çəngəl, qaşıq, stəkan, qab, telefon

Tualet, duş, kran, üzmə hovuzu, dəniz, sauna, hamam.

Ağcaqanad və digər böcəklərin sancması, pişik, it və digər heyvanlarla yaşamaq HIVin bulaşmasına səbəb olmaz.

  • Share/Bookmark

HIV/AIDS-in artma səbəbləri

hivHIV/AIDS-in  artma səbəbləri belə sıralana bilər:

*Ölkə əhalisinin gənc olması,

*Cinsi yolla bulaşan xəstəliklər mövzusunda məlumatların məhdud olması,

*Turizm sektorunun ölkəmizdə və bütün dünyada gedərək inkişafı: Ölkəmizə hər keçən gün daha çox ədəddə turist gəlməkdə və ölkəmizdən də xaricə çıxışlar gedərək artmaqdadır.

*Narkotik maddələrin istifadəsinin artması nəticəsində: HIV/AIDS-ə yoluxanların böyük faizini təşkil edir. Damar içi maddə istifadə edənlərin sayının gedərək artması HIV yoluxmanın artmasına səbəb olmaqdadır.

  • Share/Bookmark