Bu hadisə Bagiranın 15 yaşında baş verib

January 8, 2010 by Adrenalinka  
Filed under Şou biznes

“Deyir, qardaşının xasiyyəti çox ağırdır, evdə uzun yubka geyinir…”

Lent.az-ın “Yaxın adam” rubrikasının qonağı Bagiranın mətbuat katibi Mikayıl Hüseynovdur

- Mikayıl, indiyə qədər şou-biznesdə İlhamə Qasımova kimi abırlı və istedadlı müğənni ilə işbirliyinlə tanınırdın. İlhamədən sonra Bagira… Fərqi hiss edirsən?

- İlhamə xanımın yaradıcılıqla bağlı bütün işlərinə mən baxırdım, sutkanın 18 saatını birlikdə olurduq. Amma Bagiranı mən günlərlə görmürəm. Fərq burasındadır.

- Öz aramızda: Bagira ilə işləməyə hər adam cürət eləmir. Bilirsən də, nə üçün belə deyirəm…

- Hər adamın öz dünyası, düşüncəsi var. Mən onun şəxsi həyatına qarışa bilmərəm ki!.. Necə olur-olsun. Özü bilər… Cavandır da…

- Bagira doşab alıb, bal çıxıb! Adətən müğənnilər çalışır ki, ətrafındakı insanlar onu sevən, müdafiə edən, lazım gəlsə “təsbeh suyu”na çəkən insanlar olsun.

- “Təsbeh suyu” demişkən, elə Bagiranın da adı bakirə sözünə yaxındı, bu da təmizlik, paklık deməkdir… (Gülür)

- Sənin bu göz yaşardan etirafına hansı arqumentlərin var?

- (Gülür). Sübut etməyə çalışmıram. Sadəcə, siz bayaq özünüz dediniz axı, müğənnilərin ətrafındakı insanlar ona sadiq olmalıdır. Mən də göstərməyə çalışıram ki, Bagiranın komandası ona sadiqdir..

- Sadiq olmaq üçün sənə nə qədər pul verir?

- İnanırsınız ki, maaşımdan hələ 50 manat borcu qalıb? Deyib bu ay maaşımın üstünə 50 manat borcunu da əlavə edəcək.

- Birlikdə tədbirlərə gedəndə insanlar necə reaksiya verir?

- Siz hansı tədbirlərdən danışırsınız? Dövlət tədbirlərindən?(Gülür) Oyazıq tədbirlərə dəvət alır ki? Mən onunla heç vaxt birlikdə tədbirə və ya toya getməmişəm.

- Onun şəxsi aləmi, ailəsi haqqında nə bilirsən?

- Bilirəm ki, anası və qardaşı ilə qalır. Bir qardaşı evlidir. Biri isə subaydır, birlikdə yaşayırlar. Dediyinə görə, qardaşının xasiyyəti çox ağırdır. Qardaşının yanında qorxusundan telefon zənglərinə belə cavab vermir. Düzdü, mən onlarda olmamışam, lakin and içir ki, məni evdə görsən tanımazsan! Geyimi- keçimi, uzun yubkası, hamısı yerli-yerində!

- Onun ilk məhəbbəti nə vaxt olub?

- Bu hadisə Bagiranın 15 yaşında baş verib. İlk məhəbbəti 15 yaşında olub. Bu haqda özü mənə danışıb. Özündən 15 yaş böyük vəzifəli bir şəxslə ilk baxışdan bir-birlərinə vurulurlar… Amma çox keçmir ki, ayrılırlar. Bagira hələ də onu unuda bilmir… Necə də olsa, ilkdir də…

- Həyatda onun üçün müqəddəs olan başqa nə var?

- Anası. Sonra ailə üzvləri. Anası üçün canını belə qurban edər.

- İndi sevdiyi var? Deyirlər qürbətdə aşiqi var…

- Hə, xəyallarında, özünün dili ilə desək, “Mikkimartin”, yəni Rikki Martin var. Amma yazıq qız oğlanların heç birinə inanmır. Hazırda ürəyi boşdur. Onun fikrincə, oğlanlar onunla boş vaxt keçirmək üçün münasibət qururlar.

- Bəs “mikkimartin”dən başqa qəlbinə yatan real namizəd yoxdur?

- Oy, Bagira xanımın qəlbi çox genişdir. Onu yaraşıqlı olan hamı valeh edə bilər. Fərqi yoxdur… Ancaq Bagira ilk məhəbbətindən sonra heç kimi sevə bilmir.

- Deyirlər Bagira çox varlıdır, şəxsi biznesi var?

- İnanırsınız ki, mən 3-4 aydır onunla işləyirəm, hələ də hansı bizneslə məşğul olduğundan baş aça bilməmişəm. Onun işlərindən heç şeytan da baş çıxara bilməz! Həftənin əvvəli Türkiyədədir, sonu Bakıda. Hər dəfə də özü demişkən, üç çemodan “şmotka” ilə gəlir.

- Yeni il axşamı onun qızıllı-gümüşlü ad günü keçirəcəyini demişdin. Nə oldu bəs, ad gününün parıltısı gözümüzü qamaşdırmadı…

- Əslində ad günü 31-i olmalı idi, amma 30-da oldu. Yaxşı oğlanların canı sağ olsun, Bagira üçün bir ad günü keçirdilər ki, gəl görəsən! Restoranın ziyafət zalı bütünlüklə bağlanmışdı. Ad günündə çoxlu şou-biznes nümayəndələri iştirak etməsə də, hər təbəqədə insanı görmək olardı. Hər təbəqədən… VİP qonaqlardan tutmuş, taa…

- Bəs o qürbətçi qardaş ad günündə ona nə bağışladı?

- Əgər ona sevgilisi demək mümkündürsə, ad günündə ona çox bahalı zinət əşyası bağışlayıb. Hələ söz verib ki, 8 martda bahalı maşın hədiyyə edəcək.

- Nə vaxtsa ailə qurmağı düşünür? Maşallah, həddi-büluğa çatmış, sözün əsl mənasında yetişmiş qızdır…

- Eh! Ailə qurmaq haqqında heç düşünmür! Özü də bilmir ki, ailə quranda evə ən tezi saat neçə də gələr. Yəqin bu, olsa-olsa, gecə saat 1 olar… Neyləsin, e cavandır, əylənməyi çox xoşlayır… Mən Bagiraya hər dəfə deyirəm ki, səni ailəli, uşağa baxan təsəvvür edə bilmirəm.

- Bir az onun güzəranından-dolanışığından danış.

- Deməli günorta saat 5-də oyanır, sonra hamamlanır. Daha sonra yeri-gəldi gəlmədi, gedir oturur salonda, saçlarını düzəltdirib, makiyaj etdirir. Saatlarla, azı 4 saat salonda vaxt itirir. Pulunun çox hissəsini salonlara xərcləyir. Sonra artıq Bagira həyatı başlayır.

- Bagira hayatı saat neçəyə qədər davam edir?

- Diskolar, restoranlar, əyləncə məkanları bağlanana kimi. Hər gün, hər gün… O qədər adrenalinli qızdır ki, yorulmur, sevir belə həyatı. Nə vaxt zəng vurursan, ya diskotekatadır, ya da “Mafiya klub”da. Aradabir mənə deyir, gəl bir gün axşam 3-də 4-də görüşək gedək “Mafiya klub”a. Deyirəm sağ ol, sənin o axşam dediyin səhərə yaxın mən yuxuda oluram. (Gülür)

- Hələ də sarı rəngli “Qaz 24”də gəzir?

- Bəli, mənə də maraqlıdır. Belə şeylərə o qədər həssaslıqla yanaşır ki! O sarı taksi onun üçün çox şey deməkdir. Hələ maşında oturmağını görəsiniz: öz-özünə deyir, Bagira, sən çox fərqlisən!…

- Plastik əməliyyat etdirib?

- Bəyəm bilinmir ki? Çox dəyişib… Əvvəlki görkəminə baxın, indikinə baxın… Hamı kimi o da əməliyyat etdirib.

- Deyirlər, dərisinə virus düşüb…

- Xeyr. Hansısa saytda belə yazmışdılar. Ulduzluğu tutmuşdu. Bir gün jurnalistlərdən biri zəng edib, soruşub ki, niyə efirə çıxmır? Bu qız da yuxulu-yuxulu cavab verib ki, üzümdə problem var. Gərək saat 6-da 7-də ona zəng vurasan ki, ayıq başla ondan cavab ala biləsən, yazıq qız, yuxulu olub da… Mətbuat da onun röyasinda hay-küyə salıb…

- Hə, Bagira həm seks-simvoldu, həm də futbolçuların qənimi…

- Bəli, özüdü ki var! (Gülür) İdmanı, idmançıları çox sevir. Qarşılıqlıdır, elə idmançılar da Bagiranın qənimidir… Canı yanmış gözəldir də! Hər təbəqədə olan, hər sahədə çalışan insanları məftun edə bilər. Bu da bir bacarıqdir…

- Şou-biznesdə dostu var?

- Çox deyil. Elton Hüseynəliyev, Abbas Bağirov, Nana, Zöhrab Ağayev, Aygün Kazımovayla münasibəti var. Ramalla yola getmir, bir də vaxtilə canbir qəlb olduğu Pişik Günel var…

Xədicə

  • Share/Bookmark

Bagira: Bütün seks partilərin ulduzu olmuşam

September 28, 2009 by admin  
Filed under Şou biznes

slideshow

“Ramal elə düşünür ki, məni aldatmaq olar…”

Müğənni Bagiranın Lent.az-a müsahibəsi

- Bagira, “Bəxt üzüyü”ndə Moşunun məşhur bir frazası var: “Sən əvvəldən beləydin, yoxsa…”

- Necə? Mən 15 yaşından səhnədəyəm. Əgər siz açıq-saçıq şəkillərdən danışırsınızsa, mən son 5 ildə açıq-saçıq şəkillər çəkdirməyə başlamışam.

- Əvvəllər harda idin? Hansı səhnələrdə çıxış edirdin?

- Mən adətən çox böyük səhnələrdə çıxış etmişəm. Bütün seks partilərin ulduzu olmuşam. Başqa müğənnilər necə mən olduğum məkanlarda çıxış edib indi ekran üzü görürsə, mən də eləcə! Mənim onlardan fərqli cəhətim odur ki, oriyental libasında kişilərin qucağında oturmamışam. Ən azından, əynimdə düyməli köynəyim olub və kişilərin qucağında oturmamışam.

- …harda oturmusan?

- Mən kişilərlə ancaq dostluq münasibətində oluram. Yəni şou-biznesin kişiləri ilə. Belə də ki, məndən xoşu gələn insanlarla səviyyəli surətdə “ujin” eləmişəm.

- Başa düşdüm. Yəqin belə fərqli olduğuna görə səni gözü götürməyən müğənnilər də çoxdu…

- Məni gözü götürməyənlər çoxdur. Axı mən fərqliyəm.

- Bayaqdan fərqli olduğunu vurğulayırsan, amma sənin onlardan nə fərqin olduğunu hələ də anlaya bilməmişik.

- Birincisi, mən çox gözələm. İkincisi, məndə hər şey təbiidir. İndiyə kimi min dəfə əməliyyat olmamışam ki! Fiquram da fiquradır. İstəyəndə arıqlayıram, istəyəndə kökəlirəm. Hazırda 48 kiloyam. Özümə görə də balaca, həzin səsim var.

- Sənin dodaqların silikon deyil, bəyəm? Yoxsa, mən yaxşı görmürəm…

- Silikonu hamı edir, adi insanlar da…

- Yaxşı, niyə ekrana çıxmırsan?

- Bundan sonra məni tez-tez görəcəksiniz. Mən çıxdığım verilişlər reytinq verir. Axı mən Bagirayam.

- Bagira, indiyə qədər etdiklərindən peşmansan?

- Xeyr. Mən neyləmişəm ki, bəyəm?

- Bu sualı verdiyinə görə hələik heç nə. Bircə onu deyə bilərəm ki, indiyə qədər fotolarınla Azərbaycan xalqı səni ultramüayinə edib.

- Etsin də, kişinin malı göz qabağında olar.

- ?..

- …(Gülür) Nə isə.

- Ramalla münasibətin necədir indi?

- Əvvəl Ramalla çox yaxın dost idik. Amma mən bilməzdim ki, o pula görə dostlarını dəyişər. Hazırda onunla münasibətim normaldır, lakin eşitdiyimə görə bəzi yerlərdə haqqımda danışır. O elə düşünür ki, Bagiradır da, onu aldatmaq olar. Amma bilmir ki, Bagira həmin Bagira deyil, çox dəyişib. Dostu ilə düşmənini ayıra bilir.

- Həyatında nə dəyişib ki? Özünə ciddi təbiətli sevgili tapmısan?

- Tapmamışam. Mən tapmıram, məni tapırlar. Belə də ki, niyə də ciddi təbiətli sevgili tapmayım, bəlkə ciddi təbiətli kişilərlə oturub-duran müğənnilərdən pisəm?

- Eşitdim nişanın qayıdıb?

- Bəli, qayıdıb. Mən qaytarmışam.

- Niyə?

- Aramızda bəzi anlaşılmazlıqlar oldu.

- Səni Aygün Kazımovaya yaman oxşadırlar.

- Bilə-bilə oxşatmıram. Neynim ki, Allah-təala məni Aygün Kazımovaya oxşar yaradıb.

- Mən səni oxşatmıram. Daha çox özünü bənzədirsən.

- Mən Aygündən çox Beyonsa bənzəyirəm. Hamı elə deyir. Türkiyədə kim görür, elə bilir başqa millətdənəm.

- Ərə getmək fikrin var?

- Var, əlbəttə. Bu yaxınlarda şok xəbər verəcəm. Mən şok yaratmağı bacaran xanımam. Bu dəfə də elə olacaq. Hamı biləcək ki, mən o Bagira deyiləm. Min oyundan çıxan sənət adamları ərə gedirlər, ər də başlarına and içir, mən niyə getməyim ki?

Xədicə

  • Share/Bookmark

Tanınmış futbolçu:“Bagiranı heç vaxt yaxına buraxmaram”-MÜSAHİBƏ

May 8, 2009 by admin  
Filed under Maraqlı

Azərbaycanın ən titullu qapıçısı, Bakının “Standard” klubunun kapitanı Hüseyn Məhəmmədovun apasport.az saytına

Hüseyn Məhəmmədov

müsahibəsiniixtisarla təqdim edir.

- Bildiyimizə görə, dostlarınız arasında qeyri-futbol adamları, konkret olaraq, müğənnilər də var…

- Doğrudur. Tək bir müğənni yox, çoxdur.

- Onlar kimdir ki?

- Adlarını açıqlamaq istəməzdim. Deyə bilərəm ki, onlarla səmimi dostuq.

- Hər halda, onlardan birinin müğənni Bagira olduğunu bilirik. O, saytımıza müsahibəsində sizi tərifləyib, xoş sözlər deyib…

- Olan şeyləri söyləyib də…. Hər bir futbolçu belə olmalıdır. İnsanın ilk növbədə gözü tox, qabiliyyətli, diqqətli olmalıdır. Futbolçu öz hərəkəti, davranışı ilə seçilməlidir. Jurnalistlərlə də dostluq etmək olar. Şəxsən sizə, həmkarlarınıza böyük hörmətim var. Heç kəs deyə bilməz ki, Hüseyn Məhəmmədov mətbuat işçilərinə qarşı pis hərəkət edib. Hərdən jurnal da oxuyuram. Görürəm ki, dünyanın tanınmış futbolçuları maneken və müğənnilərlə dostluq edirlər. Bu, insana heç bir zərər gətirməz. Əksinə, normal haldır. Fikrimcə, tanınmış futbolçu belə də olmalıdır.

- Hətta bəzi müğənnilər məşhur futbolçularla yaxından tanış olmağı, dostluq etməyi özləri üçün şərəf bilirlər…

- Elə də olmalıdır. Niyə başqa ölkələrdə olur, amma azərbaycanlı futbolçular üçün yox? İstərdim ki, futbolçularımız dünyada tanınmış həmkarları səviyyəsində olsunlar. O dərəcədə sevilsinlər, xeyli fanatları olsun.

- Bagira ilə ailəvi dostluq edirsiniz?

- Yox. Sadəcə, dostuq da. Bu, yalnız belədir.

- Bəs xoşagəlməz söz-söhbətlərin yaranmasından çəkinmirsiniz?

- Əsas odur ki, məsafəni saxlayasan. Qadınla dost olmaq o demək deyil ki, xoşagəlməz şeylər, fikirlər yaransın.

- Belə çıxır ki, Bagira ilə münasibətləriniz yaxın deyil?

- Bundan söhbət gedə bilməz. Münasibətlərimiz ancaq “salam, sağ ol” səviyyəsindədir.

- Maraqlıdır, onunla tanışlığınız necə yaranıb?

- Məclislərin birində tanış olmuşuq.

- Dostluq etdiyiniz müğənnilərin yaradıcılığınızı izləyirsinizmi?

- Pis çıxmasın, buna marağım da olmayıb. Heç bir müğənninin fanatı olmamışam. Düzdür, gözəl müğənnilərimiz və əla ifaları var. Bunun söhbəti yox. Amma musiqi ilə dərindən maraqlanmamışam.

- Bagira ilə tez-tez görüşürsünüz?

- Ayda, ildə bir dəfə. İmkan düşəndə bir yerdə oluruq. Amma yenə də deyirəm ki, özüm heç vaxt onu yaxına buraxmaram.


Evlenirik.Biz

  • Share/Bookmark

Bagira

April 27, 2009 by admin  
Filed under Maraqlı

Müğənni Bagira: “Yaxşı pul buraxan olsa…” – MÜSAHİBƏ.

bagira

bagira

“Çəkdirdiyim şəkillərdən evdəkilərin xəbəri yoxdur”

Azərbaycan şou-biznesinin qalmaqallı nümayəndələrindən olan müğənni Bagira apasport.az saytına müsahibə verib.

- Dostlarınız arasında idmançılar var?

- Əlbəttə var! Hüseyn Məhəmmədovla yaxın dostam. Yaşca məndən böyük olsa da, xasiyyətimiz tutur.

- Harada tanış olmusunuz?

- Bu, çoxdan olub. Dəqiq xatırlamıram. Bir ara yoxa çıxmışdı, sonra yenə telefon nömrəsini tapdım.

- Aranızda ancaq dostluq münasibəti var?

- Hüseyn məndən 10 yaş böyükdür. Onu “müəllim” çağırıram. Xətrimi istəməsəydi, bu gün də münasibət saxlamazdım.

- Futbolçuların əksəriyyəti xəsis olur…

- Hə, orası düzdür. Pul xərcləməyə əlləri gəlmir. İmkanım olmayanda bəzən Hüseyn borc verir. Heç sonra geri də istəmir. Hüseyn belə oğlandır da.

- Qorxmursan ki, birdən evlərində bunu bilərlər?

- Biz neyləyirik ki?! Hüseynin ailəsi, uşaqları var. Mən bunların hamısını bilirəm. Vaxt olanda görüşürük, söhbətləşirik. Vəssalam!

- Futbolçulardan başqa kimisə tanımırsınız?

- Elələri var ki, üz vermək olmaz. Zəng edən çoxdur, tanımadığım nömrə olanda götürmürəm. Bəzilərini üzdən tanıyıram, restoranlarda görmüşəm. Biri də var, deyəsən, “Xəzər-Lənkəran”da oynayır… Braziliyalıdır. Üzügülər, buruq-buruq saçlı oğlandır.

- Juninyo?

- Adını bilmirəm. Restoranda gördü məni, oturub söhbət elədik.

- Niyə stadionlara gəlmirsiniz?

- Çağırsınlar da! Hüseynə demişəm ki, oyundan əvvəl xəbər ver, gəlib oxuyum. O da buna fikir vermir. Axırıncı dəfə nə vaxt stadiona getmişəm, yadımdan çıxıb. “Neftçi” oynayırdı, bir az baxdım, sonra getdim. Futbola həvəsim var. Özüm aerobikaya getmişəm. İstəyirəm ki, bədənim gözəl olsun. İdman etməkdən qalmıram. Hər səhər məşq edirəm. İdman məni formada saxlayır. Orta məktəbdən beləyəm, özümə baxıram. İki qardaşım var, onlar da idmançıdır. Hər ikisi karateçi olub.

- Bəs indi?

- İkisi də başqa işdə çalışır.

- Çəkdirdiyin şəkillərdən xəbərləri var?

- Evdə bilmirlər. Anam xəstədir, ona deməyə qorxuram. Sonra fikir edər. Şəkillərim ancaq internetdədir. Ona da bizimkilər açıb baxmır. Mən də demirəm.

- Seçim imkanı olsaydı, hansı futbolçuya “hə” deyərdin?

- Kriştianu Ronaldoya! “Mançester Yunayted”də oynayan portuqaliyalı üçün lap ölürəm. Gülər üzü, maraqlı baxışları var. Yerişi çox xoşuma gələr. Tanış olmaq istəsəydi, fikirləşmədən razılaşardım.

- Evlənmək təklif eləsə, necə?

- Qaça-qaça gedərdim (gülür). Qaraşın idmançılardan xoşum gəlir. Şirin olurlar.

- Amma saçlarınız sarı rəngdədir…

- Bu da yeni imicimdir. Mənə belə də yaraşır. Türkiyədə də bunu görüb, bəyəndilər.

- Nə mənada?

- İstanbulda futbolçuların əlindən telefonum susmurdu. Birinə cavab verib qurtarmamış, o biri zəng vururdu. Bezdirdilər məni.

- Nə istəyirdilər?

- Deyirdilər ki, gəl tanış olaq, dost olaq. Restorana şam yeməyinə dəvət edirdilər.

- Getmədin?

- Vaxtım yox idi, öz işimi güclə çatdırırdım.

- Həmin futbolçuların adlarını xatırlamırsan?

- Demişdilər, yadımdan çıxıb.

- Futbol haqda klip çəkdirmək istəmirsiniz?

- Yeri var. Mən tez-tez klip çəkdirmirəm. Gərək səviyyəli olsun hər şey. Yaxşı pul buraxan olsun, mən də klip çəkdirim. Axır vaxtlar vəziyyətim onsuz da aşağıdır. Neçə vaxtdır öz başımı güclə dolandırıram.

Evlenirik.Biz

  • Share/Bookmark