Toy günü gəlini qaçırdılar

October 21, 2009 by admin  
Filed under Maraqlı

Zabitlər işdən qovulublar, azadlıqdan məhrum edilə bilərlər

Rusiya Federal Təhlükəsizlik Xidmətinin və Müdafiə Nazirliyinin zabitləri dostları ilə zarafat etmək fikrinə düşüblər və toy günü gəlini oğurlayıblar. Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, olay bukmeyker və milyarder Oleq Juravskinin toyunda baş verib.

Oleq Juravski və Olqa Lebedovanın toy mərasimində gəlini qaçıran Denis və İvan Ivannikovlar həm də qardaşdırlar. Denis İvannikov toy günü qəfil gəlinin əlindən tutaraq, onu qardaşı İvan İvannikovun sükanı arxasında əyləşdiyi maşına mindirib.

Gəlin paltarında olan Olqa Lebedovanı az sonra qardaşlar geri qaytaranda bəy onların üzərinə cumub. Oleq Juravski bir dəstə pulu Denis və İvanın üzünə çırpıb. Bundan sonra dava-dalaş daha da böyüyüb.

Hər iki qardaş işdən qovulub. Hazırda işə onların işinə Moskva qarnizonunun hərbi məhkəməsində baxılır. Mövcud qanunvericilikdə insan qaçırma ilə bağlı 15 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

  • Share/Bookmark

Bəylə gəlin toy gecəsi dalaşıb boşandılar

August 22, 2009 by admin  
Filed under Maraqlı


Onlar toy hədiyyələrini bölə bilməyiblər

Başqırdıstanın Salavat şəhərində qəribə hadisə baş verib.
Lent.az-ın Rusiya KİV-nə istinadən yaydığı məlumata görə, avqustun 19-da Salavat şəhər sakinləri, 26 yaşlı Sergey və 25 yaşlı Olesyanın toyu olub.

Başqırdıstan Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, bəylə gəlin ilk toy gecəsi toyda verilən hədiyyələri bölüşdürə bilmədikləri üçün boşanma ərizəsi yazıblar.

Davanın başlanğıcı şadlıq sarayında keçirilən toyda onların valideynlərinin mübahisə etməsiylə başlayıb. Toy gecəsi səhərə qədər bəylə gəlin valideynlərdən hansının günahkar olmasıyla bağlı mübahisə ediblər.

Olesya Sergeydən inciyib və toy günü verilən hədiyyələri, yığılan 250 min rübldan çox pulu da götürərək valideynlərinin yanına gedib.

Sergey isə toyda verilən hədiyyələri və yığılan pulu Olesyanın aparmasıyla bağlı milisə şikayət edib.

Milisdə görüşən gənclər elə həmin gün də boşanma ərizəsi yazıblar.

  • Share/Bookmark

Bəy gəlini ayaqyolunda qoyub qaçdı

July 2, 2009 by admin  
Filed under Maraqlı

teze-gelin1 həftəlik ailə dağıldı


Ərəbistanda yeni ailə quran gənclərin Malayziyada keçirdikləri romantik bal ayı onların boşanmaları ilə nəticələnib.

Bir həftəlik ailə inanılmaz səbəbdən dağılıb. Lent.az-ın beynəlxalq saytlara istinadən məlumatına görə, romantizm yeni gəlinin hava limanındakı ayaqyolunda çox zaman keçirməsi ilə tamamilə tükənib. Gəlinin uzun müddət ayaqyolunda qalması bəyi hövsələdən çıxarıb, o, arvadını hava limanında qoyaraq təkbaşına ölkəsinə qayıdıb. Səudiyyə Ərəbistanından olan gəlin tualetdən çıxanda ərini hava limanında tapa bilməyib, onun təşviş dolu axtarışları nəticəsiz qalıb.

Bal ayı tətilinin pulunu ödəyən qadın ərinin başına pis bir şey gələcəyindən narahatlıq hissi keçirib. Daha sonda qadın ərinin təyyarəyə minərək ölkəsinə qayıtdığını bilib. Təzə bəy isə Səudiyyə Ərəbistanına qayıdaraq yaxınlarına həyat yoldaşının hələdə Malayziyada olduğunu söyləyib. Baş vermiş hadisədən əsəbiləşən gənc qadın təcili olaraq boşanmağa qərar verib.

Kimyə Rüstəmova
LENT.AZ

  • Share/Bookmark