Homoseksual kontakt nəticəsində Azərbaycanda 16 nəfər HİV-ə yoluxub

December 1, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu il dekabrın 1-dək Respublika QİÇS-lə Mübarizə MərkəzindəSpid-kishiHİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülüb.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Onlardan 2138 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 448 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 274 nəfər olub.

Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu günədək 2138 HİV-ə yoluxmuş insandan 634-ü (29,7%) Bakı şəhəri və Abşeron rayonunda, 1465-i (68,5%) respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 39 nəfərin (1,8%) yaşayış yeri naməlumdur.

2138 nəfər Azərbaycan vətəndaşından 1376-da (64,4%) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 495-də (23,2%) heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində, 20-də (0,9%) anadan uşağa keçməklə, 1-də (0,05%) donor qanının köçürülməsi nəticəsində baş verib, 230 nəfərdə (10,8%) yoluxma yolu naməlumdur.

Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 18 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 166 ailədə ər-arvad, 547 ailədə yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxub.

Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 310 nəfər cəlb olunub.

Azərbaycan vətəndaşları arasında təkcə bu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 63,3%-ı, ümumilikdə isə 1992-01.12.2009-cu il tarixinə olan dövrdə yoluxma hallarının 64,4%-ı inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Xatırladaq ki, hər il dekabr ayının 1-də Ümumdünya AİDS günü qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü bu il artıq 21-ci dəfə keçirilir.

HİV infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,2 milyon təşkil edib ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır.

Pərvin ABBASOV

  • Share/Bookmark

Virus (HPV,HSV və digərləri)

November 28, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

Bu başlıq altında toplanan xəstəliklər (CUBH) iki insan arasında ibarət olan cinsi xüsusiyyətli yaxın təmasla bulaşan mikrobikHPV,HSV(bakteriya, virus, parazitlərə bağlı) xəstəliklərdir. Əvvəllər zöhrəvi xəstəliklər olaraq xatırlanan bu xəstəliklərin bir qisimi yalızca genital bölgədə görüntülərə səbəb olarkən (qadında vaginal axıntı, kişidə üretradan axıntı, hər iki cinsdə genital bölgədə xora kimi), digər bir qisimi bütün bədəni təsir edən ümumi görüntülərə səbəb olarlar (sifilis, hepatit B və AIDS kimi).

Bu xəstəliklərin bir qisimi üçün ən əhəmiyyətli bulaşma yolu iki insanın cinsi xüsusiyyətli yaxın təması ikən (genital ziyil, herpes simpleks, vaginit kimi), digər bir qisim xəstəliklər cinsi yolla bulaşmağa əlavə olaraq qan yoluyla (AIDS və hepatit B? nin virusu daşıyan qanın nəql edilməsiylə bulaşması kimi, anadan körpəsinə hələ doğulmadan sifilis bulaşması kimi) və cinsi əlaqə xaricindəki yaxın təmasla da bulaşa bilməkdədir (anadan körpəsinə doğum əsnasında ya da doğum sonrasında əmizdirmə və baxım əsnasında bulaşan genital ziyil, herpes simpleks və hepatit B kimi, ailə içində gündəlik həyat şərtlərinin paylaşılması nəticəsi bulaşan hepatit B kimi).
Bu qrupdakı xəstəliklərin bulaşması üçün heteroseksual əlaqə (qadın-kişi cinsi əlaqəsi) şərt olmadığı kimi, bulaşma üçün gerçək cinsi əlaqə olmadan infeksiyası daşıyan birinin genital bölgəsiylə yaxın təmas belə xəstəliyə yoluxmaq üçün kafi ola bilməkdədir (genital ziyil kimi). Cinsi yolla bulaşan xəstəliklər bütün digər yoluxucu xəstəliklər kimi deyilməsi zəruri xəstəliklər qrupunda iştirak edərlər.
Bu xəstəliklərin çoxu üçün cinsi əlaqə xaricində də müxtəlif bulaşma yolları mövcuddur. Buna görə bu xəstəliklərdən birinə tutulan adamın partnerini, ya da partnerin xəstəliyə tutulan adamı sədaqətsizliklə ittiham etməsi haqsızlıq ola bilər. CYBH- larda görülən işarələr başqa xəstəliklərdə də görülə bilər və yalnız diaqnoz qoyulmadan qarşı tərəfi günahlandırmaq mənasızdır.

Cinsi yolla bulaşan bir xəstəliyi olan adamın əlaqədə olduğu kəslərə vəziyyəti bildirməsi və bu kəslərin də diaqnozdan keçmələri üçün xəbərdarlıq etməsi; müalicə bitənə qədər, həkimin təyin etdiyi müddət içərisində heç bir cinsi fəaliyyətdə olmaması ya da həkimin icazəsiylə prezervativ qoruyuculuğu altında əlaqədə olması partnerine və cəmiyyətə qarşı ən əhəmiyyətli məsuliyyətidir.
Prezervativsiz əlaqəyə girməyin.

  • Share/Bookmark

HİV/AİDS-DƏN QORUNMA ÜSULLARI

October 28, 2009 by admin  
Filed under CİNSƏL BİLGİLƏR, CİNSƏL XƏSTƏLİKLƏR

HİV/AİDS pandemiyası ətrafında baş verənlərə rəğmən virusun bir zəif tərəfi də var -ondan çox asanlıqla qorunmaq olar.

Ən vacib olan – insanın özünün etdiyi seçimlərdir. Belə ki, qorunmanın vacib olmasını anlayan insan nəinki düzgün qərarlara gələrək özünə görə məsuliyyət daşıyır, həm də ətrafdakılara da bunu anladır və bununla başqalarını da yoluxmadan qoruyur.
HİV/AİDS və ondan qorunma mövzusunda aparılan maarifləndirmə bu bəla ilə mübarizədə əsas yeri tutur.

Susma və problemdən qaçma infeksiyanın tez və maneəsiz yayılması üçün ən yaxşı şərait yaradır.

Cinsi həyata kamil dövrdə başlamalı!

HİV/AİDS -in qarşısının alınmasının ən yaxşı yolu – yeniyetmələr və gənclər arasında seksual həyata gec – kamillik dövründə başlamanın tədrisidir. Belə ki, bu dövrdə insan artıq cinsi həyatın təhlükəli tərəfi haqqında – cinsi yolla keçən xəstəliklər, o cümlədən HİV/AİDS haqqında məlumatlanmış və onun boynuna düşən məsuliyyəti dərk etmiş olur. Ailə adətən kamillik dövründə qurulduğu üçün ilk cinsi həyata da ailə qurulduqdan sonra başlamaq məsləhət görülür.

Cinsi həyatı bir partyorla yaşamalı.
Əgər hər iki tərəf öz partnyoruna sadiq qalırsa bu zaman cinsi əlaqə yolu ilə infeksiyaya tutulmaq problemi aradan qalxır. Problemə belə yanaşma həm də ailəni (nigahı) qoruyur.

Təhlükəsiz cinsi əlaqə – Prezervativ (condom) – bu haqda ayrıca söhbətimiz olacaq

Qan köçürmə
Bir çox ölkələrdə köçürmə üçün götürülən qan HİV-yə yoxlanılır. Lakin bəzi klinikalarda, təcili hallarda qan yoxlanılmadan, donordan birbaşa resipientə köçürülür. Bu halda yoluxma ehtimalı çox yüksək olur.

İynə, şprits və digər tibbi alətlər
Artıq istifadə olunmuş iynə, şprits və digər tibbi alətlərdən istifadə etməyin;
Bir dəfə istifadə olunan aləti təkrarən başqası üçün istifadə etməmişdən əvvəl 20 dəqiqə qaynayan suda saxlayın;
Bundan əlavə, manikür alətləri – sterilləşdirilmiş, ülgüclər – birdəfəlik olmalıdır. Tatu, iynəterapiya və pirsing etdikdə əlatlərin steril və ya birdəfəlik olmasına fikir verilməlidir.

Qaynaq: UNICEF

  • Share/Bookmark

AİDS-in Axilles dabanı tapıldı

September 7, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

PG9 və PG16 anticismləri HİV virusu mutasiya etdikdə də ona hücum etmək qabiliyyətinə malikdirlər

Amerikalı alimlər AİDS xəstəliyinə yol açan HİV virusunun “Axilles dabanı”nı tapıblar. Lent.az-ın “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu, ölümcül xəstəliyə qarşı yeni effektiv dərman yaratmağa ümidləri artırıb.

Bu vaxta qədər HİV virusu tez mutasiya etdiyi üçün onunla mübarizədə effektiv dərman yaratmaq mümkün olmayıb. İndi isə alimlər kəşf etdikləri yeni üsul sayəsində orqanizmdə zəruri yad cisimlərin formalaşmasını stimullaşdırmağa nail olacaqlarına və xəstəliyə qalib gələcəklərinə inanırlar.

Yeni anticisimlər PG9 və PG16 adlanır. Alimlər həmin yad cisimlər hesabına orqanizmdə HİV virusunun digər zəif cəhətlərinin də üzə çıxarılacağına əmindirlər. PG9 və PG16 anticisimləri hətta HİV virusu mutasiya etdikdə də ona hücum etmək qabiliyyətinə malikdirlər.

Qeyd edək ki, hər il 33 milyon bu virusa yoluxur və onların 2 milyonu həyatını itirir.

  • Share/Bookmark

AIDS-lə mübarizədə yeni era başlayır

September 4, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

Güclü super antibiotiklər tapılıb

Amerikalı alimlər AİDS (SPİD) xəstəliyinə yol açan HİV virusuyla mübarizədə effektli olacaq peyvəndin hazırlanması üçün 2 yeni və güclü antibiotik kəşf ediblər.
Lent.az-ın verdiyi məlumata görə, aparılan tədqiqatlar və onların nəticələri bu gün ABŞ-ın “Science” jurnalında dərc olunacaq.
Bu super antibiotiklərə ‘bNAbs’ adı verilib. Antibiotiklərin tez-tez mutasiya etdiyi üçün mübarizə aparılması müşkül olan HİV virusunu neytrallaşdıracağı bildirilir.
Alimlər araşdırmalar zamanı Afrikada 1981-ci ildən bu yana 25 milyon insanın öldüyü bölgələrdə, o cümlədən Tayland, Avstraliya, Böyük Britaniya və ABŞ kimi ölkələrdə yaşayan 1800 könüllüdən qan nümunələri götürüblər.


  • Share/Bookmark

Asiyada 50 milyon qadın QİÇS təhlükəsi ilə üz-üzə

August 13, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

BMT Asiya qitəsində 50 milyon qadına ərlərindən, ya da uzun müddət birlikdə olduqları sevgililərindən HİV virusu yoluxa biləcəyini açıqlayıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, qorunmadan cinsi əlaqədə olmaq, narkotik üçün eyni vasitələrdən (iynə və s.) istifadə etmək SPİD xəstəliyinə tutulmaq riskini daha çox artırır.

Məlumatda qeyd olunur ki, Asiyada 75 milyon kişi pul qarşılığında davamlı olaraq başqa qadınlarla cinsi əlaqədə olur və bu da SPİD-in yayılmasına yol açacaq təhlükədir.

  • Share/Bookmark

AIDS Nədir və əlamətləri?

August 6, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

AIDSHIVin səbəb olduğu immunitet sistemini təsir edən yoluxucu bir xəstəlikdir.

AIDS-in Əlamətləri Nələrdir?

HIV bulaşdıqdan sonra, AIDS xəstəliyi əlamətləri adamın həyat şərtlərinə və bədən müqavimətinə görə 3-15 il, hətta bəzən daha uzun bir müddət sonra ortaya çıxmaqdadır. Bu haqda daha ətraflı aşağıdakı kimidir:

Müəyyən bir səbəbə bağlı olmadan həftələrcə sürən dərin yorğunluq,

2 ay içərisində 10 % dan çox təyin oluna bilməyən kilo itkisi,

Bir neçə həftədən çox açıqlana bilməyən qızdırma, titrəmə və gecə tərləmələri,

İlk baxışda çürüyə bənzəyən, ancaq itməyən, ağrısız, bədənin hər yerində olan düz, sərt və getdikcə böyüyən çəhrayı-qırmızı rəngli ləkələr,

İki həftədən uzun sürən qoltuğ altı və boyun linfa bezlərində şişlik,

Tənəffüs çətinliyi və quru öskürək,

Ağızda davamlı ağ ləkələr olması, uçuqlar,

Xroniki diyara.

  • Share/Bookmark

HIV Virusundan Necə Qorunular?

Cinsi əlaqə HIV virusunun ən əhəmiyyətli bulaşma yoludur. HIV hər cür cinsi əlaqə ilə bulaşa bilməkdədir. Bu səbəblə, cinsi əlaqədə mütləq qoruyucu (kondom, prezervativ) istifadə edilməsi lazımdır. Qurduğunuz əlaqənin təhlükəli olmayacağını düşünsəniz belə, prezervativ istifadə etməni laqeyd yanaşmamaq HIV kimi bir çox cinsi yolla bulaşan xəstəliyi önləyə bilməkdədir. Çoxu insan HIVin həyat qadınlarında, narkotik istifadə edənlərdə, əkscinselllilerde olduğu və özünə bulaşmayacağı düşüncəsindədir. Ancaq, AIDS müəyyən bir ictimai qrupun xəstəliyi deyil. Xəstəlik faktoru olan HIV; cins, irq, rəng, din, yaş fərqi güdmədən hər kəsə bulaşa bilməkdədir.

Qan nəqlində AIDS testi edilməmiş qan əsla istifadə edilməməlidir. Test nəticəsi mənfi olan qan istifadə edilməlidir.

İstifadə edilmiş və dezinfeksiya edilməmiş şpris, iynə və cərrahı alətlər, diş həkimliyi alətləri, döymə-piercing-manikür-pedikür alətləri, akupunktur iynələri, ülgüc və qayçı qətiliklə istifadə edilməməli və istifadə edilməsinə icazə verilməməlidir.

HIV müsbət test nəticəsini öyrəndikdən sonra hemin adam qətiliklə qan verməməlidir.

HIVli sperma mayesi, genital maye və qan bulaşmış alət və əşyanın yaralı yerə təması ilə də HIVin bulaşa biləcəyi unudulmamalı, açıq yaralar bağlanılmalıdır.

  • Share/Bookmark

HIV Hansı Halda Bulaşmaz?

HIV/AIDS gündəlik həyatda, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havanı tənəffüs etmə ilə bulaşmaz. HIV möhkəm dəridən keçməz.

Əl sıxışma, dəriyə toxunma, sığallama, qucaqlama, ictimai öpüşmə.

Tüpürcək, gözyaşı, tər, asqırmaq, öskürək, sidik, nəcis.

Yeməklər, içkilər, çəngəl, qaşıq, stəkan, qab, telefon

Tualet, duş, kran, üzmə hovuzu, dəniz, sauna, hamam.

Ağcaqanad və digər böcəklərin sancması, pişik, it və digər heyvanlarla yaşamaq HIVin bulaşmasına səbəb olmaz.

  • Share/Bookmark

HIV-in Bulaşma Yolları Nələrdir?

July 31, 2009 by admin  
Filed under CİNSƏL XƏSTƏLİKLƏR

hive yoluxmaÜç yolla bulaşa bilər:

1. Cinsi Əlaqə: Bütün bulaşmaların 80-85 % -i bu yolla olmaqdadır.

Qorunmasız cinsi əlaqə

Oral, vajinal, anal cinsi təmas

2. Qan Yoluyla Bulaşma: Bütün bulaşmaların 10-15 %-i bu yolla olmaqdadır.

Qan və ya qan məhsullarının transfüzyonu (nəqli)

İynə batması və açıq yaradan HIV ilə təmas yoluyla bulaşma

İntravenöz (damar içi) dərman istifadəçiləri arasında iynə paylaşması

3. Perinatal Keçiş (Anadan körpəsinə): Bütün bulaşmaların 3-5 % -i bu yolla olmaqdadır.

Xəstə və ya daşıyıcı anadan körpəyə ana qarınında ya da doğumda

Xəstə və ya daşıyıcı anadan körpəsinə əmizdirməklə

  • Share/Bookmark