Türkiyədə nazirlərin homoseksuallıq davası

March 11, 2010 by admin  
Filed under Maraqlı

Selma Aliyə Kafav: “Homoseksuallıq xəstəlikdir, müalicə olunmalıdır”Receb-Akdag-Selma-Aliye-Kafa-kafaya

Rəcəb Akdağ: “Homoseksual evliliyə bir az da insan azadlıqları prizmasından baxmağımız lazımdır”

Türkiyənin qadın və ailə naziri Selma Aliye Kafav homoseksualların evliliyinə münasibət bildirib.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, Selma Aliyə Kafav deyib ki, homoseksuallıq xəstəlikdir, müalicə olunmalıdır.

Ancaq Nazirlər Kabinetinin digər üzvü, səhiyyə naziri Rəcəb Akdağ həmkarının homoseksualları “xəstə” adlandırmasına sərt reaksiya verib. O deyib ki, Türkiyədə homoseksual kimi yaşamaq çətindir: “Türkiyədə mədəniyyət və ailə quruluşu bu durumdakı insanların qarşısına daha böyük çətinliklər çıxarır. Təbii ki, cəmiyyət mülayim, insaflı olmalı, diskriminasiyaya yol verməməlidir. Homoseksualların evlənməsi ilə bağlı fikirlər də ortaya atıldı. Düzdür, homoseksual evlilikləri indi Türkiyə cəmiyyəti qəbul edəcək durumda deyil, ancaq bu məsələyə bir az da insan azadlıqları prizmasından baxmaq lazımdır”.
Səhiyyə naziri onu da vurğulayıb ki, uşaqların cinsi kimliklərinin formalaşması və cinsi tərbiyəsi üçün gərəkənlər edilməlidir.

  • Share/Bookmark

Məşhur teleaparıcı seks oyuncağının qurbanı oldu!

March 3, 2010 by admin  
Filed under Şou biznes

Bu gün BBC-nin məhşur teleaparıcısı, 32 yaşlı Diqbi Londondakı evində ölmüş vəziyyətdə tapılıb. Diqbi

Lent.az-ın verdiyi məlumata görə, “The Sun” qəzeti homoseksualist olan Diqbi seks oyuncağı ilə bir nəfərlik seks oyunu zamanı oksigensiz qalaraq öldüyünü iddia edib.

Polisin məşhur teleaparıcının ölümünün anlaşılmaz olduğunu, intihara bənzəməməsini bildirməsi bu yöndə şübhələrin əsaslı olduğunu təsdiqləyib. Diqbyin ölümünün səbəbi meyit müayinə olunduqdan sonra rəsmən açıqlanacaq.

  • Share/Bookmark

İranlı homoseksualistlər Türkiyəyə sığınır!

February 17, 2010 by admin  
Filed under Xəbərlər

Sensasiyalı reportaj hazırlanıbhomoseksual

“Washington Post” qəzeti Türkiyəyə sığınan iranlı mühacirlərdən yazıb və yazıda iranlı homoseksualistlərə xüsusi yer ayrılıb.

Lent.az-ın verdiyi məlumata görə, “Washington Post” qəzeti Türkiyədəki iranlı homoseksualistlərin şəkillərini də yayımlayıb.

İranda keçirilən son prezident seçkiləri müxalif fikirli insanların ölkədən axınını sürətləndirib. İrandan qaçanlar əsasən tələbələr, jurnalistlər, hüquq müdafiəçiləri, sənətçilər və homoseksualistlərdir. Bu insanlar İrandan kənara çıxmaq üçün onları sərhəddən qanunsuz keçirən dəstələrə minimum 1500 dollar ödəyiblər. Mətbu orqan keçən ilin iyunundan indiyə qədər 1356 iranlı müxalifətçinin və homoseksualın Türkiyəyə qaçdığını yazıb.

25 yaşlı iranlı homoseksual Hamid Safari qəzetə açıqlamasında deyib ki, Şərqi Avropa ölkələrinə keçmək istəyənləri həbs və ölkədən qovulmaq təhlükəsi gözləyir: “Ona görə də bizim kimilər iranlılardan viza istəməyən az sayda ölkələrdən biri olan Türkiyəyə üz tutur. Mahmud Əhmədinejad hakimiyyətə gələndən sonra İranda homoseksuallara təzyiq artıb”.

Qəzet Mahmud Əhmədinejad BMT Baş Assambleyasında çıxış edərkən İranda homoseksual olmadığını iddia edib. Hamid Safari bildirib ki, indi Mahmud Əhmədinejad söylədiklərinin doğru olduğunu göstərməyə çalışır və buna görə də homoseksualistlərə təzyiqlər artır.

Qəzet Türkiyəyə sığınmış Aida Saadağ adlı hüquq müdafiəçindən də müsahibə alıb və onun bu ölkədə çətin şəraitdə yaşadığını qeyd edib. Ancaq Türkiyədə də mühacirləri İran rejimi dinc qoymur, bu ölkənin casusları, agentura şəbəkəsi onlara təhdid xarakterli telefon zəngləri açır.

Qeyd edilib ki, Türkiyə mühacirləri daimi qəbul etmir. Mühacirlər öz hesablarına yaşamalı, Türkiyədə işləməməlidir. Qəzet yazıb ki, bu səbəbdən onların həyatı çətindir və onlar sənədləşmə işlərini 2 il ərzində başa çatdırıb, Kanada və ABŞ-a getməyi planlaşdırırlar.

  • Share/Bookmark

Maradonadan şok təqsirləndirmə!

November 24, 2009 by admin  
Filed under Şou biznes

Gənclərə pis nümunə olaraq göstərən Peleni, günahlandırdı.

Bir zamanlar Argentina Milli Komandasının və dünyanın ulduzu olmuş Maradona, keçmişdə narkotik istifadə etdiyi səbəbiylə özünü gənclərə pis nümunə olaraq göstərən Peleni homoseksual olmaqla günahlandırdı. Venesuela ilə oynanacaq matç əvvəli düşərgədəki mətbuat konfransında Braziliyalı ulduzun iddialarının soruşulması üzərinə, “Elə bir Pelemi nümunəymiş?” dedi. 2000-ci ildə İngilis mətbuatında Pelenin 14 yaşında homoseksualla tanış olduğunu iddia etmişdi.

  • Share/Bookmark

ƏRDƏ OLAN VƏZİFƏLİ KİŞİLƏR

August 24, 2009 by admin  
Filed under Maraqlı

İlin-günün bu vədəsində dünya insanını heç bir xəbərlə şoka salmaq mümkün deyil. Hamı hər şeyi adi şəkildə qarşılamağa, buna tolerant münasibət göstərməyə köklənib. Məsələn, 30-40 il əvvəl Azərbaycan oxucusuna hansısa uzaq ölkənin kişi baş nazirinin elə özü kimi bir kişi ilə evli olduğunu desəydiniz, həmin qəzeti cırmaqla ürəyi soyumaz, üstəlik, onu yazan müəllifi məhkəməyə verərdi. Hələ mən redaksiyaya gələn şikayət məktublarını, “yuxarılar”a yazılan donosları demirəm.

İndi isə şair demiş, dünya məhvərindən qopub. Sıravi insanlar bir yana, nazirlər, baş nazirlər, merlər, deputatlar öz qeyri-ənənəvi cinsi oriyentasiyalarını mərd-mərdanə etiraf edir, bəzən bundan divident belə qazanırlar. Təbii ki, hansı ölkədə yaşamalarından asılı olaraq, bir də görürsən, bu etiraf onlara başağrısı olaraq geri də qayıda bilir. Nəsə, söhbəti çox uzatmayaq. Dünya siyasətində “ərə gedən” kişi nazirlər, “arvad alan” qadın siyasətçilər barədə apardığımız araşdırmanı sizə təqdim edirik. Oxuyun, “Dünyanın sonumu gəlir” sualını verməzdən əvvəl düşünün. Niyəsini yazının sonlarına yaxın deyəcəm.
Roger KaroutchiFransız nazir kişi sevgilisini rəsmi dəvətlərdə “Həyat yoldaşı” kimi təqdim edib
Hələliksə başlayaq dünya siyasətinin ən səs-küylü homoseksual siyasətçilərindən. Fransa hökumətinin Parlamentlə Münasibətlər naziri Roger Karoutchi homoseksual olduğunu etiraf edib. O, Fransız xəbər agentliyinə açıqlamasında “Bəli, bir kişi sevgilim var və çox xoşbəxtəm. Bunu da gizlətməyə ehtiyac görmürəm” deyib.
Xatırladaq ki, fransız nazirin bu əlaqəsindən prezident Nikolya Sarkozi xəbərdardır. Çünki orijinal Roger rəsmi dəvətlərə kişi sevgilisi ilə qatılaraq onu “həyat yoldaşı” statusunda təqdim edir. Bundan öncə də fransa xalqı belə “qarışıq eşq hekayələri”ni çox dinləyib. Məsələn, Parisin bələdiyyə sədri Bertrand Delanoe 1998-ci ildə keçirilən bələdiyyə seçkiləri öncəsi homoseksual olduğunu etiraf edərək ictimaiyyət arasında səmimiliyinə görə xal qazanmışdı.

İslandiyanın baş naziri Yoxanna xanım 7 ildir bir jurnalist qadınla evlidir

Yoxanna Siqurdardottirİslandiyanın tarixində ilk dəfə baş nazir bir qadın – 66 yaşlı sosial-demokrat Yoxanna Siqurdardottir seçilib. Amma sözügedən qadının yeganə özəlliyi onun ilk qadın baş nazir olması ilə yanaşı seksual oriyentasiyasıdır. Xanım Siqurdardottir 2002-ci ildən etibarən xanım jurnalist Conni Leosdottirlə rəsmi nikahdadır. Mətbuatın yazdığına görə, onun cinsi oriyentasiyası cəmiyyət üçün heç bir əhəmiyyət kəsb etmir, çünki elektorat çox liberaldır.
Amma misallar bununla da bitmir. 2005-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Ceyms Makqrivi də istefa verərək bunun arxasındakı səbəbləri açıqlayıb. O bildirib ki, bu addımı atmasına qeyri-ənənəvi cinsi oriyentasiyası səbəb olub. Makqrivinin izahatına görə, onun homoseksual əlaqələri ştatın rəhbərliyinə arzuolunmaz təzyiqlərə səbəb ola bilər: “Həqiqət budur ki, mən amerikalı homoseksualam. Ayıb da olsa deməliyəm ki, bu, mənim nikahla bağlı öhdəliklərimi, anlayışımı pozur. Bu, doğru deyildi, ayıbdı və mənə yaraşmırdı”.
Xatırladaq ki, cənab Makqrivi 2 qız atası və eks-prokurordur. Onu bu addımı atmağa isə Amerika cəmiyyətinin sözügedən məsələdə tutduğu konservativ mövqe vadar edib. Kaliforniya ştatı istisna olmaqla, bu ölkə əhalisi arasında hansısa siyasətçi barəsində belə bir şayiənin yayılması belə, 20% səs itkisi ilə nəticələnir.

Berlin və  Hamburq merləri homoseksual olduqlarına görə seçkini udublar

Berlin burqomistri Klaus Voverayt isə mer seçkilərindən qısa müddət öncə yersiz və şantaj xarakterli açıqlamalardan qurtulmaq üçün öz seksual oriyentasiyası ilə bağlı açıqlama verib. Bu səmimiliyinə görə Berlin camaatı onu dəstəkləyib və sonuncu seçkilərdə qələbə qazanıb. Həmin ərəfədə rəyi soruşulan şəhər camaatı bildirib ki, “onun gecələr öz yatağını kişi və ya qadınla paylaşmasının bizə heç bir aidiyyəti yoxdur. Şəhərə göz bəbəyi kimi baxsın, bəsimizdir”.
Hamburq əhalisi arasında böyük populyarlıq qazanmış Olo fon Boytsun homoseksuallığı isə rəqiblərinin əlində böyük karta çevrilmişdi. Onlar bundan seçki marafonunda gen-bol istifadə etməyə nail olmuşdular. Amma cənab Boyts bu məsələdə cəsarət nümayiş etdirib xalq qarşısında etirafda bulunmasa da bunu atası etdi. Bununla da Boyts böyük fərqlə rəqibinə üstün gələrək şəhər meri seçildi.

Britaniyanı homo-nazirlər idarə edir?

Moskva, Paris, London və Berlin merlərinin görüşündə də bu məsələ ciddi bir qalmaqalın bünövrəsini qoya bilərdi. Neyçün ki, merlər homoseksualların paradı barədə müzakirə aparanda fikirləri kəskin toqquşduğundan narazılıq yaranmışdı. Belə ki, hər iki şəxs – Paris meri Bertran Delanoe və Berlin meri Klaus Voverayt çoxdan bəri öz qeyri-ənənəvi oriyentasiyalarını etiraf etdiyindən, bu məsələ ilə bağlı mövqeləri fərqli idi.
Bu gün siyasətçi homoseksuallar öz oriyentasiyalarını rahat şəkildə etiraf edirlər. Məsələn, Böyük Britaniyanın KİV və idman naziri Ben Bredşou, xarici işlər nazirinin müavini Kris Brayant, “kölgədəki” təbii sərvətlər naziri Nik Herbert, biznes, innovasiya naziri, lord Piter Mandelson bu qəbildən sayılır və onlar sözügedən etirafları ilə cəmiyyətdə simpatiya qazanmağa nail olublar.
Maraqlıdır, bəs bu cür şəxslərin dövlət idarəçiliyində olması ölkənin, xalqın taleyi üçün nə kimi problemlər yaradır? Seksopatoloqlar hesab edir ki, qeyri – ənənəvi cinsi oriyentasiyaya malik şəxslər zəif psixoloji duruma, əsəblərə, xarakterə malik olur. Və deməli, asanlıqla şantaj qurbanı ola bilir. Onlarla bağlı bu bilgidən xarici ölkələrin xüsusi xidmət orqanları daim məharətlə istifadə ediblər. Homoseksual siyasətçilərin “sındırılması”, ələ alınması prosesi çox asanlıqla başa gəlir.
Seksopatoloq Cef Plyu bildirib ki, onun siyasətçi, iş adamı kimi fəaliyyət göstərən homoseksual pasiyentləri arasında elələri olub ki, onlara baxıb, hətta “əsl kişi belə olar” demək belə mümkündür. Bu tip adamlar yüksək sosial statusa, professional nöqteyi-nəzərdən yüksək səviyyəyə malikdilər. Tabeçiliklərindəki işçilər isə hesab edir ki, şefləri çox “bərkgedən” oğlandır. Əksəriyyəti ailəli, çoxuşaqlı olur, hətta gözdən pərdə asmaq üçün məşuqə də saxlayırlar ki, bu da çox vaxt katibələrindən qeyrisi olmur. Nəticədə isə bütün yaxın ətrafının onların qeyri – ənənəvi oriyentasiyası ilə bağlı cüzi də olsa şübhəsi qalmır.
Bir ölkənin siyasətçisi isə həmin dövlətin namusu, əxlaqı anlamını daşıyır. Bu halda siyasətçinin əxlaqına vurulan ləkə həmin dövlətə vurulmuş ləkə kimi qəbul edilir. Yəni bu məsələdəki anormal seçim insan ağlının göstəricisi kimi qəbul edilir. Necə deyərlər, əgər insan öz şəxsi həyatı ilə bağlı normal qərarlar qəbul edə bilmirsə, deməli, eyni səhvləri ölkənin taleyi ilə bağlı məsələlərdə də təkrarlaya bilər.
İndisə gələk yazının əvvəlindəki anonsuma. Yəni bütün yazdıqlarımızı oxuyandan sonra “dünyanın sonu gəlir” fikrini səsləndirmə ehtimalınıza. Deməyim o ki, bu cür qorxuya düşməniz yersizdir. Çünki internetdəki axtarışlar zamanı dünya tarixindəki qeyri-ənənəvi cinsi oriyentasiyaya malik şəxslərin kimliyi ilə maraqlananda çox maraqlı personaların adları ilə qarşılaşdıq. İlk lirik şair və ilk lesbiyan kimi tanınan Sappho dünyada öz oriyentasiyasına görə əks-səda yaradıb. Platonsa onun kimi qeyri – ənənəvi cinsi oriyentsiyaya malik olduğu üçün öz əsərlərində Sapphonu müdafiə edib. Qosqoca orduların cəngavəri böyük İsgəndər isə kişi sevgilisinin ölümündən sonra günlərcə yas tutmasına görə tarixin qara səhifələrindədir.
Rusiya tarixinin önəmli simalarından sayılan Vladimir İliç Leninin öz kişi sevgilisinə yazdığı sevgi məktubları isə hələ də tarixin tozlu qatlarındadır. Mənbələrə görə, onun Qriqoriy, Vova adlı sevgililəri olub və 1917-ci ildə Rozliv gölünün yaxınlığındakı bir evdə yaşayarkən onlarla tez-tez görüşüb. Hətta məktublarda Leninin öz kişi sevgililərinə tez-tez xəyanət etdiyi də görünür. Neyçün ki, Vova adlı sevgilisi onu Rozliv gölü yaxınlığındakı evdə başqa kişilərlə görüşməkdə ittiham edir.
İran şahı Müzəffərəddin şah da öz qeyri-ənənəvi cinsi oriyentasiyasına görə daim fərqlənib və hətta Mirzə Fətəli Axundovun “Kəmalüddövlə məktubları” əsərində də buna yüngülvarı eyham vurulub. Fransa kralı III Henrini də bu siyahıda xüsusi vurğulamaq lazımdır.
Odur ki, dəhşətə qapılmağa tələsməyin. Dünya tarixi bu cür şəxsiyyətləri çox görüb və görməkdə davam edəcək. Necə deyərlər, bizə qalan dünyanın özü olacaq, siyasətçiləri yox.
Sevinc TELMANQIZI

Musavat.com

  • Share/Bookmark

Cinsi əlaqə şəkillərinin riskləri

Cinsi həyat və bakteriyalaseks
Cinsi həyat, fərdləri müxtəlif bakteriyalarla və digər infeksiya faktorlarıyla müqayisə edən bir vəziyyətdir.

Cinsi həyatı davam etdirmək və bakteriyalarla “yaxşı bacarmaq” üçün əvvəlcə bədənimizdə bizimlə birlikdə yaşayan bu canlılarla əlaqədar məlumat sahibi olmalısınız. Bu yazıda bədəndəki bakteriyaların ümumi xüsusiyyətləri və cinsi həyatdakı təsirləri haqqında məlumat verilmişdir.

Bakteriyalar haqqında ümumi məlumatlar:
Bakteriyalar infeksiya xəstəlikləri adını verdiyimiz bəzən ölümcül ola bilən xəstəliklərdən məsul olsalar da canlı həyatın imtina edilməz parçalarıdır. Bakteriyalar olmadan dünya üzərindəki həyatın davam etməsi qeyri-mümkündür.

İnsan bədənində normal şərtlər altında xarici mühitə bağlı olan orqan sistemləri “steril” (“steril” tibbdə “heç bakteriya ehtiva etməyən” mənasında istifadə edilən bir sözdür) olaraq qəbul edilir. Bu bölgələr bakteriyaların törəmələri üçün uyğun şərtlər daşıyan və bu səbəblə steril olmaları çox əhəmiyyətli olan bölgələrdir. Qan, sidik, qarın/arvadın içindəki orqanların çoxu, sinə qəfəsi içindəki strukturlar (ürək və ağciyərlər) və kəllə içindəki strukturlar başda olmaq üzrə hər bölgənin özünə xas bir müdafiə etmə mexanizmi vardır və bu mühitə girməyi bacara bilən az ədəddəki bakteriya möhkəm bir immunitet sistemi sayəsində mühitdən uzaqlaşdırılar və steril vəziyyət davam edər.

Bakteriya florası:
Bədəndə müəyyən orqanlar vardır ki buralarda bakteriyalar davamlı olaraq və normal şərtlərdə tapıldıqları toxumayla yaxşı dolanaraq həyatlarını davam etdirərlər. Ağız və burun boşluğundan qırtlağa qədər olan qisim, xarici qulaq yolu, anüsten qalınbağırsaq-incəbağırsaq sərhədinə qədər olan qisim və apendiks, bədənimizi örtən bütün dərimiz və qadınlarda xarici genital qisimdən rahimağzı sərhədinə qədər olan qisimdə davamlı olaraq bakteriyalar yaşar. Bu bakteriyalar çoxu vəziyyətdə toxuya bir fayda və ya zərər təmin etməzkən, həzm sistemində və vajinada əhəmiyyətli funksiyalara qatqılarda olar.

Bədənin hər anatomik bölgəsində həyatını davam etdirən bu bakteriya birliklərinə flora adı verilər (flora söz mənası olaraq müəyyən bir bölgədəki bitki mənşəli həyat mənasını verər). Ağız içi florası, vajinal flora, kalınbağırsak florası kimi.

Floranı meydana gətirən bakteriyaların cinsi və “davranış formaları” toxumadan toxuya, adamdan adama, ailədən ailəyə və daha da əhəmiyyətlisi ölkədən ölkəyə əhəmiyyətli fərqliliklər göstərər. Yəni nümunə olaraq bir adamın ağız içində yaşayan bakteriyalar növ və funksiya olaraq bənzəsələr də özünə xas fərqli xüsusiyyətlər göstərərlər.

Yenə eyni adamın nümunə olaraq qalın bağırsağındakı floranın xüsusiyyətləri ağız içindəki floraya görə olduqca fərqlidir. Bu səbəblə eyni bədənin bir bölgəsindən başqa bir bölgəsinə daşınan bir bakteriya eyni bakteriya olmasına qarşı öz yerində zərərsizkən, başqa bir yerə gəldiyində zərərli ola bilər. Bunun ən tipik nümunəsi qalınbağırsaqta olan bakteriyaların tualet gigiyenası qeyri-kafi kəslərdə bədənin müxtəlif bölgələrində infeksiyalara səbəb ola bilməsidir.

Flora regional xüsusiyyətlərlə yaxından əlaqəlidir:
Müəyyən bir coğrafi bölgədə yaşayan insanların bədən floraları digər bir bölgədə yaşayandan tamamilə fərqlidir və bir ölkənin insanında zərərsiz bir şəkildə yaşayan bir bakteriya başqa bir ölkənin insanında infeksiyaya yol aça bilər. Bunun ən tipik nümunəsni də “turist ishalı” adı verilən vəziyyətdir: Normal şərtlərdə bölgə insanlarında heç bir əlamət verməyən bir bakteriya növü digər bölgədən gələn insanlara gigiyenik olmayan şərtlərdə hazırlanmış bir qida yoluyla bulaşdığında infeksiyaya səbəb ola bilər. Halbuki bakteriya eynidir.

Flora kəslər arasında da əhəmiyyətli fərqliliklər göstərər:
İki fərdin təması floraların bir mənada qarşılıqlı dəyişməsinə gətirib çıxarar. Biriylə əl sıxışdığınızda qarşı tərəfin bakteriyaları sizə, sizin bakteriyalarınız da qarşı tərəfə keçmiş olar. Bu keçici bakteriya alveri normal şərtlərdə infeksiyaya gətirib çıxarmaz.

Təmas nə qədər yaxınsa və nə qədər uzun davamlıdırsa iki adamın floralarının bir-birlərinə bənzəyən xüsusiyyətləri də artar. Ailə fərdlərinin floraları və xüsusilə də birlikdə yaşayan bir cütün floraları az qala eynidir. Bu, normal şərtlərdə hər hansı bir infeksiyaya gətirib çıxarmazkən, hər hansı bir fərdin çöldən götürdüyü “xarici” bir bakteriya bu adamın təmas etdiyi fərdlərdə infeksiyaya yol aça bilər. Yoldaşlardan birinin başqa biriylə birlikdə olması nəticəsində “qapdığı” bakteriya, virus və ya digər mikroorqanizmlərin digər yoldaşa bulaşdırılması kimi.

Təmas edən iki anatomik bölgə bir-birindən nə qədər fərqlidirsə problem ortaya çıxma ehtimalı o qədər yüksəkdir.

Hər anatomik bölgənin florası fərqlidir və oral seksdə olduğu kimi bir-birindən tamamilə fərqli iki anatomik bölgə təmas etdiyində floraların dəyişməsni infeksiya problemi meydana gətirə bilər.

Üçüncü və ən əhəmiyyətli təyin edici faktor, təmas edən kəslərin floralarında infeksiya quruluşçu faktorların var olub olmamasıdır.

Flora normalda infeksiya quruluşçu xüsusiyyəti zəif bakteriyalardan meydana gələr. Ancaq bəzi kəslərin florasında infeksiya quruluşçu xüsusiyyətləri güclü mikroorqanizmlər var ola bilər. Bu mikroorqanizmlər virus şəklində, bakteriya şəklində və ya parazit şəklində ola bilər və bunlar bəzən ezə çıxa biləcəyi kimi, adam bu mikroorqanizmləri daşıyanlar tamamilə xəbərsiz də ola bilər.

Cinsi yolla bulaşan xəstəliklər adı altında toplanan xəstəliklər fərdin florasında mövcud olan və infeksiya etmə xüsusiyyəti güclü mikroorqanizmlərin cinsi təmas yoluyla digər bir fərdə köçürülməsidir.

Cinsi davranış şəkilləri və infeksiya problemi
Cinsi əlaqənin ən sıx tətbiq olunan şəkli olan “klassik cinsi əlaqədə” təmas edən bakteriya floraları bir-birinə bənzərdir (kişi və qadının genital florası) və bu səbəblə bu cür əlaqədə tərəflərdən birində infeksiya meydana gəlməsini təyin edici təməl faktor tərəflərdən birinin florasında infeksiyaya yol aça biləcək bakteriya və virusların var olub olmamasıdır. Tərəflərdən birində mövcud olan viruslar (HPV (genital siğil), HSV (genital uçuq), HIV (AIDS), Hepatit B kimi), bakteriyalar (klamidya, gonora (bel soyuqluğu), sifiliz (sifilis) kimi), parazitlər (trikomonas ) qarşı tərəfə keçər və qarşı tərəfin immunitet sistemi xüsusiyyətlərinə görə qarşı tərəfi daşıyıcı və ya xəstə edər.

Bu baxımdan qadınlar kişilərə görə daha şanssız vəziyyətdədirlər:

Qadının həssas tarazlıqlar üzərinə qurulu vajinal mukozasında müəyyən bölgələrdə gözlə görülməyən çatlaqlardan genital bölgəyə yaxın olması kimi səbəblərlə qadınlarda normal cinsi əlaqədə belə qarşı tərəfdəki infeksiyaları çox daha asan yoluxarlar. Hətta qarşı tərəfdə heç bir infeksiya olmasa belə normal şərtlərdə steril (bakteriya ehtiva etməyən) olan mesanə girişinin vajinaya yaxın olması səbəbiylə mesanəyə girən bakteriyalar xüsusilə yeni evli və ya klimosda olan qadınlarda sistit meydana gəlməsinə səbəb ola bilərlər.

Öpüşmə
Cinsi məzmunlu yaxın öpüşmə iki fərdin ağız floralarının dəyişməsiylə nəticələnər. Ağız içində hər hansı infeksiya quruluşçu bir faktor olmayan fərdlərdə öpüşməyə bağlı problem meydana gəlməz. Ancaq ağız ifrazatlarında ola bilən virus və bakteriyalar öpüşməylə bulaşa bilərlər.

Ön Sevişmə
Ön sevişmə bedensel təmasın yaxınlaşdığı, dəri bakteriyalarının dəyişdirildiyi bir vəziyyətdir. İnfeksiyaya gətirib çıxarması gözlənilməzdir. Ancaq aktiv genital ziyillər kimi virus sıxlığının çox olduğu vəziyyətlərdə virusların qarşı tərəfə keçməsi ola bilər.

Oral Seks
Oral seks iki ayrı floranın (ağız və genital floranın) qarşılaşdığı bir əlaqə şəklidir. Fərqli floralar olduğundan infeksiya problemi meydana gələ bilər.

Anal Seks anal seks
Anal seks tamamilə ayrı iki floranın (penis və qalınbağırsaq) qarşılaşdığı bir əlaqə şəklidir. Kişinin genital bölgəsinin müdafiə etmə sistemlərinin olduqca inkişaf etmiş olması səbəbiylə kişidə nadir vəziyyətlərdə infeksiya meydana gələrkən, qadında yaranan sıyrıqlardan kişinin genital patogenləri keçə bilər. Yenə anal seksdə səhv edilən bir tətbiq isə anal seks sonrası vajinal sekslə davam edilməsidir, bu vəziyyət qadınlarda ciddi infeksiyalara səbəb ola bilər.

Homoseksual əlaqə
Anal seks üçün deyilənlərin eynisi burada da etibarlıdır.

  • Share/Bookmark